Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-601/2025 09.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X4, Tələbkar Nurəliyeva (Adıgözəlova) Fərqanə Adil qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, deməsinə görə işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ə/d, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, ev 20, mənzil 18-də qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ massiv, ünvansız fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 09 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibatı xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokoldan aydın olur ki, borclu Şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-3596/2023 saylı, 26 dekabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən yığılmış aliment borcu 5100 manat təşkil etməklə tələbkara verilməli əşyalar bir ədəd televizor və bir cüt sırğadan ibarətdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X7 protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2(002)-3596/2023 saylı icra vərəqəsinə əsasən 20 iyun 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdeh Şəxs iddiaçı X2 xeyrinə hər ay bir uşaq üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulması, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X1 üç yaşına çatanadək 80 (səksən) manat alimentin Şəxs X2 xeyrinə tutulması, ödənilmiş 50 (ǝlli) manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilməsi, alimentin tutulmasına dair hissədə qətnamənin dərhal icra edilməsi, aliment tutularkən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16(002)-109/2023 saylı xx.xx.2023cü il tarixli qərardadına əsasən müvəqqəti alimentin tutulmasınln nəzərə alınması qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün 10 yanvar 2024-cü il tarixli Qaradağ rayon icra şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu 5100 manat aliment borcundan bu günədək cəmi 810 manat ödəniş etmiş 4290 manat aliment borcu yığılmışdır. Bundan başqa Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(002)-156/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs aşağıda qeyd olunan əşyalar; "cəmi dəyəri 550 manat olan qızıl zinət əşyaları-uşağa alınan qızıl-qolbaq sünbül formalı, üzərində "Allah korusun" yazılı qolbaq- 585 ayar, 1.5 qram-150 manat, qırmızı muncuqlu qolbaq qızıl işləməli 1 qram 585 ayar dəyəri 100 manat, açıq qəhvəyi muncuqlu qolbaq qızıl işləməli 1 qram 585 ayar dəyəri 100 manat, uşaq sırğası 585 əyar, 2 qram dəyəri 200 manat, cəmi dəyəri 1765 manat olan geyim əşyaları bir ədəd Manqo qara palto dəyəri 200 manat, bir ədəd qara dəri kurtka Bershka dəyəri 40 manat, cins pencək üstü qaşlı dəyəri 30 manat, göy palto dǝyǝri 85 manat, qara qısa balonka dəyəri 25 manat, qəhvəyi uzun kurtka dəyəri 40 manat, qəhvəyi qıza kurtka dəyəri 30 manat, qara pencək dəyəri 30 manat, dama-dama pencək dəyǝri 30 manat, çəhrayı idman dəsti dəyəri 50 manat, boz papaqlı jaket dəyəri 15 manat, dəri şalvar dəyəri 30 manat, borda rəngdə dəri yubka Bershka dəyəri 50 manat, Bir ədəd cins salvar Stradivarios dǝyǝri 30 manat, bir ədəd idman ayaqqabısı, Pul and Bear dəyəri 40 manat, Qara rəng altı ağ makasin ayaqqabı dəyəri 30 manat, Bej qəhvəyi rəng idman ayaqqabısı dəyəri 30 manat, Qaralı ağlı toxunma köynək dəyəri 15 manat, Bej qəhvəyi rəngdə toxunma köynək dəyəri 15 manat, Boz rəngdə toxunma köynək dəyəri 15 manat, 2 ədəd çəhrayı rəngdə toxunma köynək 20 manat, Bej rəngda trapes şalvar 15 manat, cins trapes şalvar 15 manat, Qara trapes şalvar 15 manat, iki ədəd bej rəngdə şalvar 20 manat, Boz idman dəsti 30 manat, Göy rəngdə toxunma jaket 20 manat, Cəhrayı toxynma jaket uzun dəyəri 50 manat, Qara batinka 40 manat, yaşıl idman ayaqqabısı 20 manat, bej klassik kabloklu ayaqqabı dəyəri 20 manat, Bej klasik düz ayaqqabı 20 manat, ədəd ag köynək dəyəri 20 manat, İki ədəd ağ qara futbolka 15 manat, Adidas yasıl sport köynək 30 manat, Sari sumka dəyəri 10 manat, Yaşıl sumka dəyəri 10 manat, Bej dama-dama sumka dəyəri 10 manat, qəhvəyi sumka dəyəri 10 manat, bej qəhvəyi kvadrat sumka dyəri 10 manat, ağ toxunma köynək uzun dəyəri 15 manat,göy toxunma köynək dayari 15 manat,bej qısa qol boğazlı köynək 15 manat,ev paltarı 3-lü dəst bej rəngdə dovşan şəkilli dəyəri 80 manat,ev paltarı 2-li dǝst bordo rǝng Feza dəyəri 100 manat,qara şalvar beli rezin dəyəri 20 manat, Bir eded qara ici tüklü lasin dəyəri 20 manat, iki ədəd qara nazik lasin ǝyǝri 30 manat, Bir ədəd ağ futbolka dəyəri 15 manat, Qara don qaşlı doyori 20 manat,Ağ don dəyəri 45 manat,Mişka şəkilli qara futbolka dəyəri 20 manat, Tünd cins trapes şalvar 60 manat, Tünd cins Biojfriem şalvar dəyəri 30 manat, Yaşıl kurtka dəyəri 20 manat, Qara balonka jilet dəyəri 30 manat, comi doyorl 245 manat olan uşaq geyimləri-uşaq üçün yorğan, yastıq, prostin dosti dəyəri 50 manat Ağ kənarı rozvi əǝdyal dəyəri 10 manat,Qırmızı ayaqqabı dəyəri 20 manat, Rozvi konbinzon corablı dəyəri 20 manat, tünd cins kombinzon bordu rengde bodi dəsti dəyəri 20 manat,Cins kombinzon sortik dəyəri 20 manat, Ağ ad günü donu 20 manat, Maşın oyuncaq 50 manat, Qızıllı rozvi güllü sandal deyeri 15 manat, Ağ toxunma dəst mavi qırmızı zolaqlı dəyəri 10 manat, Qırmızı kit kat yazılı kombinzon dəyəri 10 manat, cəmi dəyəri 21282 manat olan mebel, məişət əşyaları, avadanlıq və digər əşyaları-yataq dəsti-Luchia (Viona)- deste daxildir: çarpayı sadə başlıqlı dəyəri 956 manat, 2 siyirməli tumba dəyəri 578 manat, dolab 4 qapılı (güzgülü) dəyəri 955 manat,kamod dəyəri 462 manat, güzgü askılı dəyəri 313 manat,Barista günc divanı dəyəri 1458 manat, taxt döşeyi letto (1600x2000) dəyəri 273 manat, jurnal stolu dəyəri 87 manat, Family masa dəyəri 316 manat, Arizona stul ayağı ceviz 6 ədəd bir ədədi 109 manat-6 ədədi 654 manat, TV stend (aşağıda 3 skaf) yuxarıda 2 şüşəli, bej rangll, 1 taxtalı qapılı skaf dəyərti 400 manat, Televizor (Neos) 109 dioqanal dəyəri 610 manat, paltaryuyan LG bej rang 7 kg- deyəri 700 manat, soyuducu Hotboint bej reng dəyəri 750 manat, pec "samsunq qara rəng dəyəri 150 manat, aspirator (Samsung) qara rəngli dəyəri 100 manat,sokçəkən Bergamo dəyəri 110 manat,ətçəkən Bergamo dəyəri 150 manat, blender böyük Bergamo dəyəri 60 manat, mikser Bergamo dəyəri 70 manat, kofe üyüdən Bergamo dəyəri 40 manat tozsoran Bergamo dəyəri 150 manat, ütü Bergamo qara rəngli dəyəri 70 manat, blendor balaca dəyəri 50 manat, 2 ədəd divan üzü dəyəri 60 manat, 1 ədəd Karaca yumru meyvə qabı dəyəri 60 manat, 12 nəfərlik yemək, çay, kofe dəsti (bej rəngli, kvadrat forma, gümüşü naxışlı) dəyəri 1450 manat,desert qabı şüşə dəyəri 30 manat, 1 ədəd meyvə qabı dəyəri 30 manat, 2 ədəd konfet qabı dəyəri 40 manat, 2 ədəd mürəbbə qabı dəyəri 30 manat, 2 nəfərlik qaşıq cəngəl dəsti dəyəri, çamadanda servis digar aksesuarlaı ilə birlikdə 300 manat, 2 ədəd 6 nəfərlik taxta qulplu bicaq-cəngəl dəsti dəyəri 30 manat, 1 ədəd ağ rəngli parça süfrə, kənarı toxunma dəyəri 100 manat, 1 ədəd berj rəngli parça süfrə, göy güllü naxışlı dəyəri 40 manat, 12 nəfərlik bakal(fujer) dəsti dəyəri 120 manat, 1 ədəd 3 mərtəbəli göy rəngli cǝrǝz qabı dəyəri 50 manat, 1 ədəd ağ yumru çərəz qabı dəyəri 25 manat, divan üstü ədyal tüklü qəhvəyi dəyəri 30 manat, bogema fujer 6 nəfərlik dəyəri 70 manat, madonna çay dəsti dəyəri 150 manat, bogema xrustal qızıllı dəyəri 80 manat, Pərdələr: yataq otağı-tünd gül qurusu rangi 400 manat,Qonaq otağı-qızılı rəngli 400 manat balaca otaq-yaşıl rǝng 120 manat, Çılçıraq qonaq otağı üçün qızılı rəng 150 manat, yataq otağı üçün boz naxışlı 150 manat, balaca otaq üçün ağ rəngli 150 manat mətbəx üçün jaluz dǝyǝi 50 manat, tooster karaca dəyəri 140 manat, 5-li qazan dəsti qranit, qəhvəyi rəng dəyəri 320 manat, 3-lü qazan dəsti, cəhrayırəngli, dəyəri 50 manat, 1 ədəd ağ uzun qazan üstü gül şəkilli, dəyəri 25 manat,3-lü tava dəsti qara Berghoff dəyəri 160 manat,6 nəfərlik mətbəx üçün qab-qacaq desti Luminark qəhvəyi naxışlı (6 kasa,6 balaca boşqab,6 böyük boşqab, 6 sup üçün boşqab, 1 bulud, 1 bpyük dirin salat qabı, 6 nəfərlik çay stəkanı dəsti, qrafinka 6 stəkan dəyəri 200 manat, akvafor dəyəri 40 manat, 6 ədəd 3 ölçülü saxlama qabı şüşə qəhvəyi yumru naxışlı (Luminark) dəyəri 80 manat, 6 nəfərlik bıçaq, qaşıq dəsti dəyəri 60 manat, 7 predmetli bıçaq dəsti Boss dəyəri 35 manat, bıçaq dəsti qara (Karaca) doyori 70 manat, 6 nəfərlik xrustal çay stəkanı 6 ədəd göy nǝlbəki dəyəri 25 manat,12 nəfərik armudu stəkan nəlbəki şüşə dəyəri 40 manat, 12 nəfərlik su stəkanı şüşə dəyəri 20 manat, 6 nəfərlik armudu stəkan nəlbəki dəsti (Karaca) deyəri 70 manat, mətbəx mebeli dəyəri 1600 manat, 1 ədəd mətbəx stolu ağ rəngli dayari 200 manat, 2 ədəd mətbəx stulu göy narıncı dəyəri 160 manat, 4-lü göy saxlama qabı dəyəri 10 manat, 4-lü yazıl saxlama qabı dəyəri 10 manat,3-lü balaca yaşıl saxlama qabı dəyəri 6 manat, 7 uzun saxlama qabı qara plastik doyeri 100 manat,6 nəfərlik su stəkanı sadə dəyəri 10 manat, 4 nəfərlik boşqab berghoff dəyəri 50 manat, yaşıl çaynik dəst Karaca dəyəri 120 manat, 1 ədəd çaynik dəmir dəyəri 50 manat, 3 ədəd dəm çayniki dəyəri 40 manat, 1 ədəd yaşıl qapaqlı şüşə saxlama qabı dəyəri 10 manat, 2 ədəd temos stəkan dəyəri 30 manat, limon sıxan 2 ədəd sürtgəc (balaca böyük) dəyəri 10 manat, 2 ədəd pendir qabı dəyəri 10 manat, 2 ədəd slikon lapatka sarı, qırmızı, dəyəri 10 manat, 2 ədəd slikon firca dəyəri 5 manat, 3 ədəd taxta qaşıq dəyəri 3 manat,çaysüzən dəyəri 3 manat, yumurta ayıran dəyəri 2 manat,balon banka açan dəyəri 5 manat, bıçaq itələyən dəyəri 3 manat, mətbəx qayçısı dəyəri 5 manat,tərəvəz soyan 2 ədəd dəyəri 6 manat, sarımsaq əzən dəyəri 3 manat, kəfkir dəyəri 2 manat, çömşə dəyəri 4 manat, qaşıq qabı dəyəri 5 manat, qazanaltı 2 ədəd dəyəri 5 manat, qozsındıran dəyəri 6 manat, sipsi dəyəri 4 manat,salfet qabı 2 ədəd dəyəri 10 manat, mətbəx sabun qabı dəyəri 25 manat,3 ədəd dəmir tas dəyəri 80 manat,3-lü dəmir padnos dəsti 50 manat, 3 ədəd padnos (plastik) dəyəri 30 manat, 3-lü damir aşsüzən dǝyǝi 10 manat, 1 ədəd yığılıb açılan aşsüzən dəyəri 15 manat, doğrama taxtası 4 ədəd dəyəri 25 manat, paşabahçe şüşəǝdviyyat qabı 6 ədəd dəyəri 6 manat,6-lı ədviyyat qabı ağ qapaq dəyəri 6 manat, dəmir polkalar 4 ədəd dəyəri 24 manat,5-li qab taxtası naboru dəyəri 15 dəsti Karaca qəhvəyi dəyəri 70 manat,doğrama manat,sari qaşıqlı sarı dərin salat qabı dəyəri 10 manat, ağ 2-li aşsüzən dəyəri 10 manat, dəmir süzgənc qırmızı qulplu dəyəri 10 manat,dəmir süzgenc balaca dəyəri 4 manat, çay dəsmalları 6 ədəd dəyəri 10 manat,cay dəsmalı 1 ədəd sarı dəyəri 5 manat,1 dəst çay dəsmalı, al dəsmalı dəyəri 10 manat, 1 ədəd dəsmal (karaca) dəyəri 10 manat, 1 ədəd boz yumru dəsmal dəyəri 5 manat, 2 qaşıq qabı orqanzer dəyəri 10 manat,6-lı süfle qabı rəngli dəyəri 20 manat, 1 ədəd yumru bozam şüşə dəyəri 20 manat, zibil qabı dəyəri 10 manat, cörək qabı 2 ədəd dəyəri 15 manat, 6 nəfərlik şüşə stəkan balaca dəyəri 10 manat, ağ 2-li aşsüzən dəyəri 10 manat, dəmir süzgənc qırmızı qulplu dəyəri 10 manat, dəmir süzgənc balaca dəyəri 4 manat,çay dəsmalları 6 ədəd dəyəri 10 manat, cay dəsmalı 1 ədəd sarı dəyəri 5 manat, 1 dəst çay dəsmalı, əl dəsmalı dəyəri 10 manat, 1 ədəd dəsmal (karaca) dəyəri 10 manat, 1 ədəd boz yumru dəsmal dəyəri 5 manat, 2 qaşıq qabı orqanzer dəyəri 10 manat, 6-lı süfle qabı rəngli dəyəri 20 manat, 1 ədəd yumru bozam şüşə dəyəri 20 manat, zibil qabı dəyəri 10 manat,cörək qabı 2 ədəd dəyəri 15 manat, 6 nəfərlik şüşə stəkan balaca dəyəri 10 manat, paraşok qabı, zibil vedrəsi, vanna, unitaz sürtən, çirkli paltar səbəri boz rəng dəyəri 80 manat, əl üz dəsmalı 2 ağ, 1 rozvi dəyəri 45 manat, böyük dəsmal 1 ədəd ağ rəngi dəyəri 25 manat, paltar suşulkası dəyəri 50 manat, pol taxtası dəyəri 5 manat, süpürgə xəkandaz dəst dəyəri 15 manat, 2 ədəd ayaqqabı polkası dəyəri 90 manat, yataq dəsti ( 1 ədəd pakrival, ǝdyal, yay pakrivalı, 1 ədəd yastıq, yastıq üzü, döşək üzü, yorğan üzü) karaca gül qurusu rəngdə dəyəri 1000 manat, 1 ədəd prostin dəsti güllü dəyəri 70 manat, 1 ədəd prostin dəsti ürəkli güllü karaca dəyəri 120 manat, 1 ədəd prostin Sənədin elektron İmzalanma tarixi: xx.xx.2024 osti ürəkli dəyəri 70 manat,4 ədəd yastıq doyori 200 manat,1 oded yorğan dəyəri 200 manat, 2 ədəd yun ǝdyal dəyəri 200 manat,2 odod pambıq ǝdyal dəyəri 140 manat, Xalçalar qonaq otağı üçün boz bej qəhvəyi tonlarda dəyəri 350 manat, kolidor üçün boz dəyəri 200 manat,kuxna xalçası doyeri 100 manat, yataq otağı xalçası dəyəri 100 manat,pol vedrəsi fırlanan dost 100 manat1 adod yaşıl adyal 20 manat,hamam üçün pas-pas ayaqaltı gül qırmızı rəngdə (Karaca) dəyəri 70 manat, metbexde qab suşulkası desmal qehbeyi dəyəri 10 manat,kuxna saatı aşbaz şəkilli dəyəri 20 manat, yumru şirniyyat bişirən dəyəri 40 manat, 2 eded 6 neferlik razetka göy rəngli dəyəri 20 manat, Nicer-Dicer salat doğrayan yaşıl rəng dəyəri 20 manat, kruşkalar qırmızı, göy, yeni il bəzəkli dəyərl 20 manat, orqanizerlər 3 ədəd dəyəri 15 manat, göy, qəhvəyi qutular paltar yığmaq üçün dəyəri 30 manat, 3 paçka paltar veşilkası dəyəri 10 manat, kaliddakl veşilka divara vurulan dəyəri 10 manat, qapıdan açılan veşilka dəyəri 10 manat udilnitel dəyəri 5 manat dəyərində olan qızıl-zinət əşyalarının, özünə və uşağa məxsus paltarlarının, cehiz eşyalarının (mebellər, məişət texnikası, qab-qacaq ve diger avadanlıqların) ve ya onlar mövcud olmadıqda isə onların dəyəri-23842 manat və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 161,53 manat dövlət rüsumu alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün 02 aprel 2024-cü il tarixli Qaradağ rayon icra şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu icra sənədində qeyd olunan əşyalardan yalnız bir ədəd televizor və bir cüt uşaq sırğasını tələbkara təhvil verməmişdir. Borclu icra sənədləri üzrə icra tələbini yeirnə yetirməmiş, həmçinin icra məmurunun çağırışlarından da yayınmışdır. Hal-hazırda borclu tərəfindən aliment borcunun ödənilməsi üçün hər hansı bir təşəbbüs göstərilmədiyindən onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə 09 aprel 2025-ci il tarixli, MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında işitrak edən tələbkar Nurəliyeva (Adıgözəlova) Fərqanə Adil qızı öz izahatında bildirmişdir ki, borclu 5100 manat aliment borcundan bu günədək cəmi 810 manat ödəniş etmiş 4290 manat aliment borcu yığılmışdır. Bundan başqa borclu icra sənədində qeyd olunan əşyalardan bir ədəd televizor və bir cüt uşaq sırğasını tələbkara təhvil verməmişdir. Odur ki, yaranmış aliment borcunun tam şəkildə ödənilməsini və qeyd edilən əşyaları ona təhvil verməsini, bu baş vermədikdə isə borclunun inzibati qaydada həbs olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra vərəqəsindən məlumatı vardır və indiyədək aliment borcundan 810 manat ödəniş edilmişdir. Yuxarıda qeyd olunan əşyalar gəlincə isə o bir cüt sırğanı verməyə hazırdır. Bir ədəd televizor isə onda deyil, lakin eyni model televizoru alıb bu yaxınlarda tələbkara təhvil verəcəkdir. Şərait yaradılacağı təqdirdə isə növbəti ayın doqquzundan etibarən yaranmış aliment borcundan hər ay 300 manat ödənişlər edəcəkdir. Həmçinin borclarını ödəməkdən qəsdən yayınmamasını qeyd edərək inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun, icra məmurunun və tələbkarın izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdər ki, icra etməmiş və icra məmurunun çağırışlarına məhəl qoymamışdır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları, iş materialları və inzibati xəta haqqında tərtib edilmiş 09 aprel 2025-ci il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və böyük icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş qətnaməni tam icra etməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu qısa müddətdə ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Buna görə də məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 09 aprel 2025-ci il tarixdən saat 16:10-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-601/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-601/2025
09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver