Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-603/2020 16.06.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş 00100-0567/20 saylı xx xxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs MMC-nin ünvanına İspaniya Krallığından E-003604 saylı xx.xx.2020-ci il tarixli invoys sənədi ilə 52K4942/52ABE789 nömrə nişanlı yük avtomobilində daxil olmuş mallar Bakı Baş Gömrük İdarəsində **********6734 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, sənədlərə ilkin baxış zamanı sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə “**********” saylı kod altında “0” % gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədi ilə Mərkəzi Gömrük Ekspertizası İdarəsinə müraciət edilmiş, həmin İdarədən 2200-012/0xx-xx/002302 saylı, xx.xx.2020-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən E-003604 saylı xx.xx.2020-ci il tarixli invoysun 8-43, 48, 49, 69-71-ci mal mövqeləri üzrə bəyan edilmiş “mühərrik valının dövr sensoru və düyməli dəyişdirii açarlar” yüklərinin XİF MN üzrə “902910009” və “**********” saylı kod altında sinifləşdirildiyi, yəni 15 % gömrük rüsumu dərəcəsi ilə idxal gömrük rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur. Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/010422 saylı xx.xx.2020ci il tarixli raportda göstərilmişdir ki, **********6734 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində bəyan edilmiş yüklərin XİF MN üzrə “902910009” və “**********” saylı kod altında sinifləşdirildiyi təqdirdə, Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 1643.4 manat, ƏDV üzrə 295.82 manat, elektron gömrük xidməti haqqı üzrə 90.00 manat, elektron gömrük xidməti üzrə ƏDV 16.20 manat təşkil edir. Qeyd olunan inzibati material Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 1400-013/0xx-xx/003514 saylı xx.xx.2020-ci il tarixli məktubu ilə baxılması üçün aidiyyəti üzrə Qaradağ rayon məhkəməsinə göndərilmiş və xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin və Şəxs MMC-nin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin və Şəxs MMC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci, 114-115, 117 və 152.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ödənilməli olan 2045.42 (iki min qırx beş manat qırx iki qəpik) manat məbləğində gömrük ödənişlərinin məbləğinin 100% (yüz faiz) məbləğində, yəni 2045.42 (iki min qırx beş manat qırx iki qəpik) manatməbləğində cərimə edilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-603/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-603/2020
16.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver