Məhkəmə qərarları › İş №3(002)-604/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-604/2021

26.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-604/2021 26.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X5, 10 saylı Vəkil Bürosunun vəkili Vəkil Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Qaradağ rayon Məhkəməsinin 2(002)-1377/2020 saylı, xx xxxx 2020-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X7 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon Məhkəməsinin 2(002)- 1377/2020 saylı, xx xxxx 2020-ci il tarixli icra vərəqəsinə əsasən xx xxxxxx 2013-cü il təvəllüdlü X3 və xx xxxxxx 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs xx xxx 2020-ci il tarixdən başlayaraq iddiaçı X1 xeyrinə hər ay hər uşağa görə 170 manat olmaqla, ümumilikdə iki uşağa görə 340 manat sabit pul məbləğində alimet tutulması qət edilmişdir. Borclu hazırki vaxta qədər borcundan ümumilikdə 1250 manat ödəniş etmişdir. Belə ki, sonuncu dəfə xx xxxxx 2021-ci il tarixdə 200 manat və bugün, yəni xx xxxxx 2021-ci il tarixdə məhkəmə iclası zamanı 300 manat ödəniş etmiş, 2490 manat aliment borcu qalmışdır. O öz izahatında daha sonra göstərmişdir ki, məhkəmə iclasında iştirak etməsi üçün tələbkar X4 ilə əlaqə saxlanılsa da sonuncu məhkəmədə iştirak etmək istəmədiyini, tələbkarla üz-üzə gəlmək istəmədiyini, lakin yığılıb qalmış aliment borcunun tam şəkildə ödənilməsini tələb etdiyini və borcludan şikayətçi olduğunu mobil telefon vasitəsi ilə bildirmişdir. Odur ki, borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə xx xxxxx 2021-ci il tarixli protokol tərtib etmiş və borclunun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, məhkəmə qətnaməsindən məlumatı vardır. O, əvvəllər ödənişləri vaxtında və tam şəkildə həyata keçirmişdir. Belə ki, o, əvvəllər Bakı şəhərində yerləşən “Hollywood” restoranında aşbaz işləmiş və hər ay aliment borcundan ödənişlər etmişdir. Lakin karantin rejimi sərtləşdiyi üçün işləri dayanmış, bir müddət maddi olaraq sıxıntılar yaşamış və buna görə də aliment borcu yığılmışdır. Daha sonra isə o, könüllü olaraq xx xxxxxxxx 2020-ci il tarixdə “Vətən müharibəsi”ndə iştirak etmək üçün hərbi xidmətə getmiş, hərbi vəzifəli əsgər kimi N saylı hərbi hissənin 4-cü taborunda maddi texniki təminat taqımının baş texniki vəzifəsində xidmət etmiş, Tərtər rayonunun Talışkənd və Suqovuşan, Füzuli rayonunun Ayıbasanlı, Mirzəcamallı, Seyidəhmədli, Seyidmahmudlu, Dədəli və Ələsgərli kəndləri, Xocavənd rayonunun Hadrut qəsəbəsi, Tuğ və Qırmızı Bazar kəndi, Şuşa şəhərinin və Daşaltının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, xx xxxxxx 2020-ci il tarixdə ordudan təxris olunmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra özünə iş axtarmaqla məşğuldur, lakin hal-hazırda heç bir işlə təmin oluna bilməmişdir. Lakin buna baxmayaraq çətinliklə də olsa azyaşlı uşaqlarına aliment borcundan ödənişlər edir. Sonuncu dəfə xx xxxxx 2021-ci il tarixdə 200 manat və bugün məhkəmə prosesi zamanı 300 manat ödəniş etmişdir. O, aliment borcunu ödəməkdən qəsdən yayınmamış və eləcə də icra məmurunun çağırışlarına vaxtı-vaxtında gəlmişdir. Söz verir ki, qısa müddətdə hər necə olursa olsun özünə iş taparaq işləyəcək və yığılıb qalmış alimenti tam şəkildə ödəyəcəkdir. Odur ki, yuxarıda göstərilənlərin nəzərə alınaraq iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclu hal-hazırda heç bir yerdə işləməməklə və hər-hansı bir gəlirə malik olmamaqla borcunu ödəməkdən qəsdən yayınmamış, eləcə də icra məmurunun çağırışlarına vaxtı-vaxtında gəlmişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Şəxs aliment borcundan məhkəmə prosesinə qədər 950 manat və məhkəmə prosesi zamani daha 300 manat aliment borcundan ödəniş etmişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı hərbi biletin surətindən və N saylı hərbi hissə tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli xidməti xasiyyətnamədən aydın olmuşdur ki, borclu Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə “Vətən müharibəsi”ndə iştirak etmək üçün hərbi xidmətə getmiş, hərbi vəzifəli əsgər kimi N saylı hərbi hissənin 4-cü taborunda maddi texniki təminat taqımının baş texniki vəzifəsində xidmət etmiş, Tərtər rayonunun Talışkənd və Suqovuşan, Füzuli rayonunun Ayıbasanlı, Mirzəcamallı, Seyidəhmədli, Seyidmahmudlu, Dədəli və Ələsgərli kəndləri, Xocavənd rayonunun Hadrut qəsəbəsi, Tuğ və Qırmızı Bazar kəndi, Şuşa şəhərinin və Daşaltının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş və xx xxxxxx 2020-ci il tarixdə ordudan təxris olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən üç iş saatı sərf olunmuşdur. Odur ki, göstərilmiş hüquqi yardımla bağlı on səkkiz manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardımla bağlı 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar