Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-607/2023 19.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsindən daxil olmuş 27 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və inzibati materialdan aydın olur ki, Şəxs 23 fevral 2023-cü il tarixdə, gecə saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, bina 25-in yaxınlığında atası Zərərçəkmiş şəxs məxsus “Opel” markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa faralarını, yan güzgülərini sındırmış və sağ ön təkərini deşmiş, nəticədə sonuncuya 800 manat məbləğində maddi ziyan vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkən şəxs Zərərçəkmiş şəxs öz izahatında göstərmişdir ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Oğlu Şəxs 2022-ci ilin avqust ayından həmin vaxt özü kimi yetkinlik yaşına çatmamış Şəbnəm adlı qızla, sonuncunun anası Səadət Babayeva ilə birlikdə yaşamağa başlayıb. Evdən faktiki olaraq çıxıb gedib, nə onun, nə də anasının sözlərinə məhəl qoymur. Nəticədə qeyd olunan ailə münqaişəsi zəminində aralarında soyuqluq yaranmışdır. 23 fevral 2023-cü il tarixdə oğlu ona zəng vuraraq hərbi xidmətlə əlaqədar qeydiyyat vərəqəsini istəmişdir. O da cavabında həmin vərəqənin onda olmadığını bildirmiş, buna cavab olaraq isə oğlu onun avtomobilinə ziyan vuracağı ilə onu hədələmişdir. O bu sözlərə məhəl qoymamış, bundan sonra 24 fevral 2023-cü il tarixdə, saat 01:56-da oğlu Şəxs sərxoş vəziyətdə ona zəng vuraraq avtomobili zədələdiyini bildirmişdir. O, həmin gün yaşadığı binanın qarşısında saxladığı, özünə məxsus lakin etibarnamə əsasında idarə etdiyi ** TD *** dövlət qeydiyyat nişanlı, “Opel” markalı avtomobilə baxış keçirərəkən avtomobilin arxa faralarının, yan güzgülərinin sındırıldığını və sağ ön təkərinin deşildiyini görmüşdür. Hadisə nəticəsində avtomobilə 800 manat məbləğində maddi ziyan dəydini qeyd etmişdir. O, öz izahatında əlavə olaraq bildirmişdir ki, idarə etdiyi həmin avtomobilin qeyd olunan ön sağ təkəri “Michelin” markalı, 195/65/R/15 ölçülü olmaqla həmin təkəri 110 manata almışdır. Bundan başqa hadisəni törətdikdən sonra oğlu ona zəng edib danışarkən oğlunun səsini telefona yazdığını, həmin səs yazısını məhkəməyə təqim edə biləcəyini və həmin danışıqda da oğlunun bir daha bu hadisəni törətdiyini etiraf etdiyini bildirmişdir. Odur ki, bütün bunların nəzərə alınaraq oğlu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında işitrak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında göstərmişdir ki, ünvan 2 ünvanında qeyri-rəsmi birlikdə olduğu Şəbnəm Babayeva və onun anası Səadət Babayeva ilə birlikdə yaşayır. Ailədaxili problemlərə görə ata evindən öz istəyi ilə çıxmışdır. Çünki atası və anası onun gənc yaşda Şəbnəm Babayeva ilə ailə qurmasını istəməmişdir. Nəticədə münasibətləri pozulmuşdur. O atasından dəfələrlə özünə məxsus müxtəlif əşyaları verməsini xahiş etmişdir. Sonuncu dəfə hərbi xidmətlə əlaqədar qeydiyyat vəsiqəsi ona lazım olduğundan atası ilə mobil telefon əlaqəsi saxlamış, atası ona qeyd edilən sənədi özü tapıb ona məlumat verəcəyini desə də, sonradan onun zənglərinə cavab verməmişdir. O da əsəbiləşərək 23 fevral 2023cü il tarixdən 24 fevral 2023-cü il tarixə keçən gecə atasının yaşadığı həyətə gələrək atasına məxsus ** TD *** dövlət qeydiyyat nişanlı, “Opel” markalı avtomobilin yan güzgülərini sındırmışdır. Lakin hadisə baş verməzdən qabaq avtomobilin ön təkəri deşilmiş vəziyyətdə olmuş və arxa faralarını o sındırmamışdır. Buna görə də onun atasına vurduğu ziyan təxminən 100 manat civarındadır. O, öz izahatında daha sonra göstərmişdir ki, hadisəni törətdikdən sonra atası ilə həqiqətən də telefonla danışmış və əsəbi olduğu üçün qəsdən avtomaşına bütün zərərləri özünün yetirdiyini qeyd etmişdir. Hal-hazırda maddi imkanı olmadığı üçün vurulmuş ziyanı ödəyə bilməyəcəyini göstərmişdir. Odur ki, bütün bunların nəzərə alınaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada təkrarən xəbərdar edilmələrinə baxmayaraq, Qaradağ RPİ-nin 10-cu PB-dan nümayəndə məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyəti orqanın nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 03 mart 2023-cü il tarixli qərarından aydın olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi, X2 İXM-nin 510cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə bölmə rəhbərliyinə raportla məruzə edilməsi, qərarın surətinin məlumat üçün təhqiqata prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna və maraqlı tərəflərə göndərilməsi, materialın saxlanması üçün Qaradağ RPİ-nin 10-cu PB-na təhvil verilməsi qərara alınmışdır. İş materialalrına əlavə edilmiş etibarnamənin surətindən aydın olur ki, X1, adına olan “Opel Astra minik” markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə əsasında 02 noyabr 2023-cü ilədək Zərərçəkmiş şəxs vermişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi tərəflərin izahatı, iş materialları, fotoşəkillər və məhkəmə zalında zərəçəkən tərəfindən təqdim edilmiş və məhkəmənin tədqiq etdiyi səs yazısı və digər sübutlarla tam təsdiq olunur. Təhqiqat zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs istifadəsində olan “Opel Astra minik” markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilə hadisə nəticəsində ümumilikdə 800 manat məbləğində maddi ziyan dəyməsi qeyd edilsə bu barədə iş materiallarına heç bir sübut əlavə edilməmişdir. Eləcə də məhkəmə baxışı zamanı vurulmuş ziyanın məbləği ilə bağlı tərəflər heç bir sübut təqdim etməmişlər. Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı internet resurlarında olan məlumatlar əsasında müəyyən edilmişdir ki, “Opel Astra” minik markalı avtomobilin yan güzgülərinin bir ədədinin qiyməti 48 manat, arxa stoplarının bir ədədi isə 45 manatdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qabaq sağ təkəri isə 110 manata aldığını qeyd etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə dəymiş ziyan ümumilikdə (iki ədəd yan güzgülərə görə: 48+48=96, iki ədəd arxa stoplara görə 45+45=90 və bir ədəd 110 manat dəyərində təkər) 296 manat təşkil etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində göstərilir ki, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən zərərçəkmiş şəxslə barışıq əldə edilməsinə dair heç bir təşəbbüs göstərilməməsini və inzibati xətanı törətmiş şəxsin əməlini etiraf edərək səmimi peşman olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində vurduğu ziyanın iki misli miqdarında cərimə edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati xəta nəticəsində vurduğu ziyanın iki misli miqdarında, yəni 592 (beş yüz doxsan iki) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-607/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-607/2023
19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver