Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-61/2021 19.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi təhqiqat şöbəsinin rəis müavini, gömrük xidməti mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, Şəxs (bundan sonra -Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-2452/20 nömrəli 01 dekabr 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin ünvanına 54AAJ667/54HN179 qeydiyyat nişanlı avtomaşınla daxil olmuş və **********3207 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan 4060,89 m2 müxtəlif rəngli ipliklərdən denim və ya cins parça yükünün XİFMN kodunun dəqiqləşdirilməsi üçün 1400-012/002-25/000553 saylı 27.01.2020-ci il tarixli məktubla müraciət olunduğu, 2200-015/001-25/000627 saylı 03.02.2020-ci tarixli MGEİnin cavab məktubuna əsasən "xxxx" MMC-nin ünvanına SPA**********034 nömrəli invovs üzrə idxal olunan “X9 Code: 7659-G 65% Cot+31 PES+4%ELS” adlı, boyanmış, polietilentereftalat (CAS 25038-59-9) əsaslı təksaplı kompleks saplardan və pambıq liflərindən sürət təksaplı iplikdən hazırlanmış 3-saplı saria toxunuşlu, səthi sıxlığı 273 q/m2 olan, pambıq iplikləri məmulatın 66%-ni təşkil edən arğac və sapları eyni rəngdə olan parça XİF MN-ə görə 5211 1 000 0 alt varımmövqeyində sinifləşdirilir. **********3207 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların X5 İdarəsindən alınmış 2200- 015/001-25/000627 saylı 03.02.2020-ci tarixli "məktuba əsasən mallar XİF MN üzrə ********** kod altında deyil, 5211 32 000 0 kod altında sinifləşdirildiyi təqdirdə bu halın gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi, təsir etdiyi təqdirdə "xxxx" MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Gömrük prosedurları və ödənişləri şöbəsinə 34/013/031760 saylı 11.11.2020-ci il tarixli raportla müraciət olunmuş, adı qeyd olunan şöbədən 34/012/032370 saylı 17.11.2020-ci il tarixli raportda Bakı Tekstil Qrup” MMC-nin ünvanına 54AAJ667/54HN179 qeydiyyat nişanlı avtomaşınla daxil olmuş və **********07 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan 4060,89 m2 müxtəlif rəngli iylərdən denim və ya cins parça yükünə görə əlavə idxal rüsumu üzrə 1762,611 manat və əlavə dəyər vergisi üzrə 317,273 manat, cəmi isə 2079,884 manat gömrük ödənişləri yarandığı qeyd edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, 27.01.2020-ci il tarixdə "xxxx" MMC Bakı Baş Gömrük İdarəsinə X7 idarəsinin rəyindən sonra yaranacaq əlavə ödənişlərin ödənilməsinə yazılı öhdəlik vermişdir. Beləliklə, ünvan 3 ünvanında qeydiyyatda olan "xxxx" MMC tərəfindən 16.06.2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********3207 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən mallara görə ödənilməli olan idxal rüsumu üzrə 1762,611 manat və əlavə dəyər vergisi üzrə 317,273 manat, cəmi isə 2079,884 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi təhqiqat şöbəsinin rəis müavini, gömrük xidməti mayoru X3 protokolu müdafiə etdiyini qeyd edib, əlavə olaraq bildirmişdir ki, BAKİ TEKSTİL QRUP” Məhdud Məsuliyyətli Cəmiyyəti mütamadi olaraq müxtəlif parça yükləri ölkə ərazisinə idxal edir. Bütün təşkilatların olduğu kimi Şəxs də zərurət olduğu halda idxal etdiyi malların gömrük bəyannaməsi tərtib edilib gömrük orqanına verilməsindən öncə malların XİF MN uyğun kodlarını müəyyən etmək üçün DGK-nin X5 İdarəsinə müraciət etmək hüququ və malların kodunun müəyyən etdikdən sonra malların bəyan edilə biləcəyi bildirmişdir. Hesab edir ki, “Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol qanuni və əsaslıdır. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirini tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X4 izahatında göstərmişdir ki, "xxxx" MMC-nin ünvanına Türkiyə Respublikasından avtomaşınla göndərilmiş 4060,89 m2 müxtəlif rəngli ipliklərdən denim və ya cins parça yükünü Bakı Baş Gömrük İdarəsində 25.01.2020-ci il tarixdə **********3207 sorğu nömrəli gömrük bəyannaməsi ilə mal müşayiət sənədlərinə uyqun olaraq XİF MN uyğun 521142 0000 kodu altında bəyan edilmişdir, qeyd olunan mal 0 faiz idxal rüsumuna cəlb edilir. İdxal etdikləri malın kodunu müəyyən etməkdən ötrü gömrük orqanı tərəfindən X5 İdarəsinə müraciət olunmuş, alınmış rəyə əsasən 4060,89 m2 müxtəlif rəngli ipliklərdən denim və va cins parça yükü tərəflərindən 521132 0000 kodu altında sinifləşdirilməklə 15 faiz idxal rüsumuna cəlb edilmiş, bu səbəbdən də yaranan bütün gömrük ödənişləri tərəflərindən tam şəkildə ödənilmişdir. Ona görə də, hüquqlarını müdafiə etdiyi hüquqi şəxs tərəfindən qeyd olunan xətanın ilk dəfə törədilməsini və ödənilməli olan gömrük ödənişlərinin tam ödənilməsini nəzərə alınaraq iş üzrə icraata İXM-nin 505-ci maddəsinin qeyd hissəsinə əsasən xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X5 İdarəsinin 03.02.2021-ci il tarixli rəyinin nəticəsinə görə SPA**********034 nömrəli invoys üzrə idxal olunan “X9 Code: 7659-G 65% Cot+31PES+4%ELS adlı, boyanmış, polietilentereftalat (CAS 25038-59-9) əsaslı təksaplı kompleks saplardan və pambıq liflərindən sürət təksaplı iplikdən hazırlanmış 3-saplı saria toxunuşlu, səthi sıxlığı 273 q/m2 olan, pambıq iplikləri məmulatın 66%-ni təşkil edən arğac və sapları eyni rəngdə olan parça XİF MN-ə görə 5211 1 000 0 alt yarımmövqeyində sinifləşdirilir. Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Kənan Məmmədova ünvanlanmış 20.11.2020-ci il tarixli raportdan görünür ki, Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/031195 saylı 04.11.2020- tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMCnin ünvanına 54AAJ667/54HN179 qeydiyyat nişanlı avtomaşınla daxil olmuş və **********2552 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan 4060,89 m2 müxtəlif rəngli ipliklərdən denim və ya cins parça yükünün XİFMN kodunun dəqiqləşdirilməsi üçün 1400-012/002-25/000553 saylı 27.01.2020- tarixli məktubla müraciət olunduğu, 2200- 015/001-25/000627 saylı 03.02.2020-ci tarixli MGEİ-nin cavab məktubuna əsasən "xxxx" MMC-nin ünvanına SPA**********034 nömrəli invoys üzrə idxal olunan “X9 Code: 7659-G 65% Cot+31 PES+4%ELS” adlı, boyanmış, polietilentereftalat (CAS 25038-59-9) əsaslı təksaplı kompleks saplardan və pambıq liflərindin ibarət təksaplı iplikdən hazırlanmış 3saplı sarja toxunuşlu, səthi sıxlığı 273 q/m2 olan, pambıq iplikləri məmulatın 66%-ni təşkil edən arğac və sapları eyni rəngdə olan parça XİF MN-ə görə 5211 32 000 0 alt yarımmövqeyində sinifləşdirilir. **********2552 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların X5 İdarəsindən alınmış 2200-015/001-25/000627 saylı 03.02.2020ci tarixli məktuba əsasən mallar XİF MN üzrə ********** kod altında deyil, 5211 32 000 0 kod altında sinifləşdirildiyi təqdirdə bu halın gömrük ödənişlərinin məbləğinə təsir edibetməməsi, təsir etdiyi təqdirdə "xxxx" MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Gömrük prosedurları və ödənişləri şöbəsinə 34/013/031760 saylı 11.11.2020-ci il tarixli raportla müraciət olunmuş, adı qeyd olunan şöbədən 34/012/032370 saylı 17.11.2020-ci il tarixli raportda Bakı Tekstil Qrup” MMC-nin ünvanına 54AAJ667/54HN179 qeydiyyat nişanlı avtomaşınla daxil olmuş və **********2552 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan 4060,89 m2 müxtəlif rəngli ipliklərdən denim və ya cins parça yükünə görə əlavə idxal rüsumu üzrə 1762,611 manat və əlavə dəyər vergisi üzrə 317,273 manat, cəmi isə 2079,884 manat gömrük ödənişləri yarandığı qeyd edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, 27.01.2020-ci il tarixdə "xxxx" MMC Bakı Baş Gömrük idarəsinə X7 İdarəsinin rəyindən sonra yaranacaq əlavə ödənişlərin ödənilməsinə yazılı öhdəlik vermişdir. Bununla da "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Beləliklə, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC tərəfindən 16.06.2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********2552 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən mallara ödənilməli olan idxal rüsumu üzrə 1762,611 manat və əlavə dəyər vergisi üzrə 317,273 manat, cəmi isə 2079,884 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə hadisədə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin tərkib əlamətləri olduğundan qanunamüvafiq qaydada tədbir görülməsi üçün göstəriş verməsi xahiş olunmuşdur. Şəxs MMC-nin nümayəndəsi X4 tərəfindən məhkəməyə təqdim olunmuş 19.02.2021ci ol tarixli mədaxil qəbzindən görünür ki, Şəxs MMC tərəfindən **********3207 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ödənilməli olan gömrük ödənişləri dövlət büdcəsinə tam ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda, ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə tərəhlərin nümayəndələrinin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Şəxs MMC tərəfindən 03.02.2020-ci il tarixli labaratoria rəyinə əsasən yaranmış 2079,884 manat vəsait Dövlət büdcəsinə tam şəkildə ödənildiyindən hüquqi şəxs inzibati məsuliyyətdən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs MMC tərəfindən 03.02.2020-ci il tarixli labaratoria rəyinə əsasən yaranmış 2079,884 manat vəsaitin Dövlət büdcəsinə tam şəkildə ödənilməsini və qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb, hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, həmin Məcəllənin 505-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 84, 112, 114, 115 və 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin maddənin qeyd hissəsinin 2-ci bəndinə əsasən inzibati məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-61/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-61/2021
19.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver