Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-61/2023 20.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şəxs ASC-nin direktoru X1 iştirakı ilə, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ASC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ASC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İşdə olan EP ******* №-li 10 yanvar 2023-cü il tarixli protokoldan aydın olur ki, Şəxs ASC tərəfindən Mərkəzi Bankın 23 noyabr 2022-ci il tarixli, 6-1.26-2-2022-16833 saylı məktubu ilə tələb edilən 2021-ci ilə dair emitentin illik hesabatı göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında 02 dekabr 2022-ci il tarixdə örədilmişdir. Buna görə həmin təşkilat barəsində barəsində İXMnin 548.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs ASC-nin direktoru X2 Şəxs ASC barəsində tətbiq edilmiş potokolu qəbul etməyərək öz izahatında göstərmişdir ki, Şəxs ASC-nin 2021-ci il üzrə illik fəaliyyətinin yekunlarına həsr olunmuş səhmdarlarının illik ümumi yığıncağı ilin sonunda, yəni 26 dekabr 2022-ci il tarixdə keçirilmiş, bundan sonra beş gün ərzində, yəni 30 dekabr 2022-ci il tarixdə sözügedən illik hesabat həmişə olduğu kimi Azərbaycan Respublikasının Maliyyə Bazarının Nəzarət Palatasına əlbəəl təim edilmişdir. Bundan sonra onlara daxil olmuş şifahi məlumata əsasən həmin hesabatın Mərkəzi Banka verilməsi zərurəti yarandığı bildirildiyinə görə 06 yanvar 2023-cü il tarixdə isə Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etmişlər. O öz izahatında daha sonra göstərmişdir ki, həmin hesabatları hər il olduğu kimi şəxsən hər iki qurumun yanında yerləşən poçt qutusuna atmışlar. Bundan başqa Mərkəzi Bank tərəfindən qeyd olunan inzibati araşdırma ilə əlaqədar onlara rəsmi və ya qeyri-rəsmi qaydada heç bir məlumat verilməmiş, bu araşdırmada onların iştirakı təmin edilməmişdir. Odur ki, yuxarıda qeyd olunanları rəhbər tutaraq Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 10 yanvar 2023-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol əsassız olduğundan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada təkrarən məlumatlandırılmasına baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs ASC-nin törətdiyi inzibati xəta iş materialları ilə sübuta yetirilmədiyinə görə Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs ASC-nin direktoru X1 məhkəmə gedişatında təqdim etdiyi sənədlərdən ayın olur ki, qeyd olunan təşkilatın 2021-ci il üzrə illik fəaliyyətinin yekunlarına dair səhmdarlarının illik ümumi yığıcağı 26 dekabr 2022-ci il tarixdə keçirilmiş və 30 dekabr 2022-ci il tarixli məktubun surətindən aydın olur ki, Şəxs ASC tərəfindən illik hesabat, auditor rəyi və müəssisənin balansı haqqında məlumatlar 30 dekabr 2022-ci il tarixdə Maliyyə Bazarının Nəzarət Palatasına təqdim edilmişdir. Həmçinin eyni hesabat 06 yanvar 2023-cü il tarixdə Azərbaycan Respubliaksının Mərkəzi Bankına da təqdim edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə, yaxud həmin orqanların vəzifəli şəxslərinin qanuni tələbnamələrinin (qərarlarının) və ya icrası məcburi olan göstərişlərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan on min manatadək məbləğdə cərimə edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs ASC Azərbaycan Respublikası İXM-nin 548.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetmədiyindən həmin iş üzrə icraata xitam verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115, 128-129 və 211.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs ASC-nin Azərbaycan Respublikası İXM-nin 548.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-61/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-61/2023
20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver