Məhkəmə qərarları › İş №3(002)-610/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-610/2025

20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-610/2025 20.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Şikayətçi SASSE X8-nın hüquqlarını müdafiə edən müdafiəçi Vəkil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, SASSE X8 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X5 Xidməti Bakı Şəhər İdarəsinin 17 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin baş icraçı direktoru SASSE X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə, saat 17.00 radələrində "xxxx" Açıq Səhmdar Cəmiyyətində sahə operatoru vəzifəsində çalışan X2 ön isidici qüllə C5B borusunun açılması əməliyyatı zamanı platformadan yıxılaraq düşmüş və nəticədə yüngül xəsarət almışdır. Qaradağ Rayon Prokurorluğunun 24-1-2-2/313-1791 nömrəli qərarı ilə "xxxx" ASC-nin növbə rəisi işləyən vəzifəli şəxs X4 barəsində İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlamış və həmin şəxs müfaviq məsuliyyətə cəlb edilmişdir.”Norm”Açıq Səhmdar Cəmiyyətinin baş icraçı direktoru X8 Sasse Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə məktub ünvanlayaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş vermiş hadisə barədə həmin quruma məlumat vermişdir. Sözügedən məktub xx.xx.2025-ci ildə müfaviq orqana çatdırılmışdır. Buna baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən X8 Sasse barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, ona dair İXM-nin 555.3-cü maddəsində nəzərdə tutulmuş (bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsi və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılması) inzinbati xətanı törətdiyi əsası ilə 1800 ( min səkkiz yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. "xxxx" ASC tərəfindən baş vermiş bədbəxt hadisə barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə müvafiq qaydada məlumat verilmişdir. Habelə "xxxx" ASC, Xidmətə müfaviq məlumatı O.Sarıyevin həmin quruma şikayət etməsindən əvvəl göndərilmişdir. Lakin buna baxmayaraq, DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən hadisənin işəgötürən tərəfindən gizlədilməsi və ya araşdırılma aparılmasına dair aktın tərdib edilməsindən boyun qaçırılması əsası ilə X8 Sasse-yə qarşı inzibati cərimə tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin baş icraçı direktoru SASSE X8 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması və inzibati iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən SASSE X8-nın hüquqlarını müdafiə edən müdafiəçi Vəkil şikayətin dəlillərinə uyğun şəkildə izahat verərək, SASSE X8 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və Sasse X8 barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin nümayəndəsi X7 çıxışında qərarı müdafiə edərək şikayətin rədd edilməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı Şəhər İdarəsi tərəfindən tərtib olunmuş 17 mart 2025-ci il tarixli, MN ******* saylı qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 17 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, ona dair İXM-nin 555.3-cü maddəsində nəzərdə tutulmuş (bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsi və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılması) inzibati xətanı törətdiyi əsası ilə 1800 ( min səkkiz yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında SASSE X8-nın hüquqlarını müdafiə edən müdafiəçi Vəkil şikayət ərizəsində qeyd etdiyi halların işin faktiki hallarına uyğun gəlmədiyi müəyyən edilmişdir. SASSE X8-nın hüquqlarını müdafiə edən müdafiəçi Vəkil şikayət ərizəsində, xx.xx.2024-cü il tarixdə, saat 17.00 radələrində "xxxx" Açıq Səhmdar Cəmiyyətində sahə operatoru vəzifəsində çalışan X1 xəsarət alması ilə bağlı hadisə barədə Dövlət Xidmətinə məlumat verildiyini qeyd etmişdir. Məhkəmə şikayətçinin ərizəsində istinad etdiyi dəlili əsassız hesab etməklə qeyd edir ki, “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli qərarının 1.7-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X5 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X5 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Halbuki iş materiallarına əlavə olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin baş icraçı direktoru SASSE X8 tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə ünvanlanmış məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş bədbəxt hadisə barədə xeyli müddət keçdikdən sonra, yəni 28 yanvar 2025-ci il tarixdə Dövlət Xidmətinə məlumat verilmişdir. Bununla da məhkəmə hesab edir ki, "xxxx" ASC işçisi olan X1 iş vaxtı xəsarət alması ilə nəticələnən bədbəxt hadisəni Dövlət Xidmətindən gizlətməklə İXM-nin 555.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və sonununcunun həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı Şəhər İdarəsi tərəfindən tərtib olunmuş 17 mart 2025-ci il tarixli, MN ******* saylı qərarı qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: SASSE X8-nın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar