Məhkəmə qərarları › İş №3(002)-612/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-612/2025

10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-612/2025 10.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X5, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1998-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Qaradağ rayon Məhkəməsinin 2(002)-199/2024 saylı, 19 fevral 2024-cü il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 10 aprel 2025-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək inzibatı material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X9 protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon Məhkəməsinin 2(002)-199/2024 saylı, 19 fevral 2024-cü il tarixli icra vərəqəsinə əsasən, 13 noyabr 2023-cü il tarixindən başlayaraq 02 avqust 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay qazancının dörddə bir hissəsi miqdarında və əlavə olaraq hər ay 50 (əlli) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün 22 fevral 2024-cü il tarixdə Qaradağ rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq həmin tarixdə də tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu 20 iyun 2024-cü il tarixədək “X13” QSCdə“ işləməklə aliment borcu da əməkhaqqına yönəldilmişdir. Borclu işdən çıxdıqdan sonra da aliment borclarını mütəmadi olaraq ödəmiş, yalnız son iki ayda ödənişlər etməmişdir. Belə ki, borclunun indiyədək ödəməli olduğu alimentin miqdarı 3923 manat olmaqla borclu həmin borcdan 2526 manat ödəniş etmiş, 1397 manat aliement borcu qalmışdır. Odur ki, göstərilənlərin nəzərə alınmasını və Şəxs barəsində tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X6 öz izahatında borclu Şəxs alimentin kəsildiyi ilk vaxtdan hal-hazıradək hər ay aliment borcunu demək olar ki, mütəmadi olaraq ödədiyini, lakin son iki ayda ödəniş etməməklə ödəməli olduğu məbləğin 1397 manat olduğunu bildirərək sonuncunun bu borcu ödəmədiyi təqdirdə barəsində inzbati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. O öz izahatında daha sonra borclunun halhazırda alimentə görə təqdim etdiyi 400 manat məbləğində pulu götürməkdən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul etməyərək göstərmişdir ki, icra vərəqəsi üzrə ödənişləri mütəmadi olaraq ödəmişdir. Belə ki, aliemnt kəsilərkən o “X13” QSC-də işləməklə aylıq məvacibi 665 manat olmuş, aliment də əməkhaqqına yönəldilmişdir. Sonradan işdən çıxmış, yaşadığı Qobustan qəsəbəsində paltar mağazası işlətməyə başlamışdır. Fərdi sahibkar kimi işlədiyi dövrdə də aliment borcundan mütəmadi ödənişlər etmişdir. Son aylarda alış-veriş zəif olduğu üçün fevral və mart ayrlarında aliment borcundan ödəniş etməmişdir. Lakin hal-hazırda yaranmış borcundan dörd yüz manat ödəməyə hazırdır. Bundan başqa şərait yaradılacağı təqdirdə bu ayın 13-ü aliment borcundan 235 manat ödəməyi, qalan məbləği isə ayın sonunadək ödəməyi öhdəsinə götürür. Odur ki, bütün qeyd etdiklərinin nəzərə alınaraq barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırkı vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclu indiyədək aliment borcunu mütəmadi olaraq hər ay ödənişlər etməklə 3923 manat olmaqla borclu həmin borcdan 2526 manat ödəniş etmiş, 1397 manat aliement borcu qalmışdır. Bundan başqa borclu məhkəmə iclasının gedişində aliment borcundan dörd yüz manat ödəniş edə biləcəyini, qalan borcunu isə qısa müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin məhkəmə iclasının gedişində müəyyən edilmişdir ki, borclu hal-hazırda rəsmi olaraq hansı gəlirə və ya qazanca da malik olmasına dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Eləcə də borclunun icra məmurunun çağırışlarından yayınmasına dair hər hansı bir sübut aşkar edilməmişdir. Göründüyü kimi borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına və icra məmurunun qanuni tələbinə əməl etməməsinə dair heç bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının “İcra haqqında” Qanunun 8.1-ci maddəsində göstərilir ki, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 8.3. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir.[22] 8.4. Əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru borclunun əmlakını siyahıya alır və bu barədə icraata başlamaq haqqında qərarda müvafiq qeyd aparır. 8.5. Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu Şəxs əməlində hal-hazırda inzibati xəta tərkibinin olması öz təsdiqini tapmamışdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar