Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-615/2022 16.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, X1 iştirakı ilə, X1 DİN-in Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin sahə rəisi, X2 tərəfindən qəbul edilmiş 09 aprel 2022-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək DİN-in Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin sahə rəisi, X2 tərəfindən qəbul edilmiş 09 aprel 2022-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan 09 aprel 2022-ci il tarixli EXP ******* saylı inzibati xəta haqqında protokoldan və 09 aprel 2022-ci il tarixli EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətlərindən aydın olur ki, vətəndaş X4 09 aprel 2022-ci il tarixdə saat 6-12 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən X4 öz izahatında verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki, Azərbaycan Respublikası DİN-in Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin sahə rəisi, X2 tərəfindən 09 aprel 2022-ci il tarixli EPQ ******* saylı qərar qəbul edilərək onu İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə etmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin qərarda qeyd edilir ki, o epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozmaqla Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bildirmişdir ki, özü Quba rayonunda qeydiyyatda olmaqla Yasamal rayonunda kirayədə yaşayır. İqtisad Universitetində oxuyur. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ilə heç bir əlaqəsi yoxdur və həmin ərazidə olmamışdır. Həmin cərimənin haradan yazılması ona aydın deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.2-ci maddəsində qeyd edilir ki, inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Hal-hazırda hazırda da SMS iczə olmadan evdən çıxmaq qadağası götürülmüşdür. Qeyd edilən qanunun tətbiqi onun barəsində tərtib edilmiş inzibati qərara şamil edilməlidir. Odur ki, barəsində DİN-in Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin sahə rəisi, X2 tərəfindən qəbul edilmiş 09 aprel 2022-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada təkrarən məlumatlandırılmasına baxmayaraq Qaradağ RPİ-nin 38-ci Polis Bölməsindən nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasıı mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri, şikayətçinin izahatını araşdıraraq hesab edir ki, X4 barəsində DİN-in Qaradağ RPİ-nin 38ci Polis Bölməsinin sahə rəisi, X2 tərəfindən qəbul edilmiş 09 aprel 2022-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 09 aprel 2022-ci il tarixli EXP ******* saylı inzibati xəta haqqında protokolda İXM-nin 100-cü maddəsinin tələbləri kobud şəkildə pozulmaqla inzibati xəta törətməsi ehtimal olunan X3 iştirakı təmin edilmədən konkret törətdiyi inzibati pozunutunun nədən ibarət olması (o cümlədən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, protokol qəbul edilərkən şəxsin iştirak edib-etməməsi, onun hüquq və vəzifələrinin izah edilməsi, inzibati xətanın törədilməsinin hansı sübutlarla müəyyən edilməsi və sair bir çox halları) müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun qəbul edildiyi tarix və yer; 100.1.2. protokolu qəbul etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Azərbaycn Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə, yuxarıda qeyd olunanlara əsasən və İXM-in 114, 115, 128-131-ci və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair DİN-in Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin sahə rəisi, X2 tərəfindən qəbul edilmiş 09 aprel 2022-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-615/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-615/2022
16.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver