Məhkəmə qərarları › İş №3(002)-615/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-615/2023

19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-615/2023 19.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi X4, Şəxs MMC-nin nümayəndəsi X3 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 03 aprel 2023cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin İD ********** nömrəli müraciət əsasında ölkəyə idxal olunmuş qida məhsullarını qida təhlükəsizlik sertifikatı olmadan Bakı şəhəri, Qaradağ rayonu, 22, Salyan şossesi-Lökbatan yolu ünvanında xx.xx.2023-cü il tarixdə satmışdır. Həmçinin, AQTA-nın Bakı regional bölməsi tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli, 029 nömrəli “təhlükəli malların gömrük ərazisindən hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi haqqında” qərarı icra etməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 544.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi N.M.Qasımov bildirmişdir ki, Şəxs MMCnin İD ********** nömrəli müraciət edərək ölkəyə idxal olunmuş 13454 kq bibər məhsuluna dair qida təhlükəsizliyi sertifikatının verilməsini xahiş etmişdir. Bununla bağlı məhsul partiyasından götürülmüş nümunələrin labarator müayinəsi nəticəsində həmin məhsulların tərkibində karbedazim adlı pestisit qalığının normadan artıq olduğu müəyyən olunmuş və bu halda həmin məhsulların məhv edilməsi və gömrük ərazisinin hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul olunmuşdur. Qərarda qeyd olunmuş 10 gün müddətində həmin məhsullar ölkə hüdudlarından kənara çıxarılmadıqda 10 gün ərzində məhsullar məhv olunmalıdır. Lakin, şirkət tərəfindən bölməyə heç bir məlumat daxil olmamış daha sonra şirkətin nümayəndəsi M.Məhərrəmov bölməyə dəvət olunmuş, o, həmin məhsulların satıldığını və sözügedən qərarı icra etmədiklərini bildirmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs MMC barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X6 izahatında bildirmişdir ki, şirkət tərəfindən İD ********** nömrəli müraciət əsasında ölkəyə bibər məhsulları idxal edilmişdir. Məhsulun keyfiyyətinin yoxlanılması məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyinin tabeliyində olan laboratoriya məhsuldan göndərilmiş nümunənin analiz nəticələrini 4 günə müəyyən etsə də onlara bu barədə məlumat verilməmişdir. Bu səbəbdən Şirkət “Lisenziya və İcazələr” haqqında Azərbaycan Respublikasının Qanununa 18 və 19-cu maddələrinə əsasən icazənin verilməsinə görə qanunla nəzərdə tutulmuş dövlət rüsumunu ödəyə bilməmişlər və həmin məhsulların satışını sertifikat olmadan həyata keçirmişlər. Göstərilənləri nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 544.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan elektron ərizədən görünür ki, ********** nömrəli müraciət üzrə Şəxs MMC-nin ünvanına göndərilən ümumi çəkisi 13454 kq bibər məhsulu Bakı şəhəri, Qaradağ rayonu, 22, Salyan şossesi-Lökbatan yolu ünvanında boşaldılmışdır. İş materiallarında olan 13 mart 2023-cü il tarixli məktubdan görünür ki, İD********** nömrəli müraciət əsasında ölkəyə idxal olunmuş qida məhsullarında “carbendazim” adlı pestisidin miqdarı normadan artıq olduğuna görə məhsul normativ sənədlərin tələblərinə cavab vermir. “Bazargani Amanj Sahragard” şirkətinin istehsalı olan ümumi çəkisi 13454 kq olan bibər məhsulu partiyası barədə qəbul edilmiş “təhlükəli malların gömrük ərazisindən hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” Agentliyin Bakı regional bölməsinin 029 nömrəli xx.xx.2023-cü il tarixli qərarı icra olunması şirkətin diqqətinə çatdırılmışdır. İş materiallarında olan Şəxs MMC-nin direktoru X2 nümayəndəsi X1 03 aprel 2023-cü il tarixli izahatından görünür ki, İD ********** nömrəli müraciət əsasında ölkəyə idxal olunmuş qida məhsullarını qida təhlükəsizlik sertifikatı olmadan Bakı şəhəri, Qaradağ rayonu, 22, Salyan şossesi-Lökbatan yolu ünvanında xx.xx.2023-cü il tarixdə satmışlar. Qeyd olunan məhsulların satışını həyata keçirdiklərinə görə, Agentlik tərəfindən qəbul edilmiş “təhlükəli malların gömrük ərazisindən hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi haqqında” 029 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı icra edə bilməyəcəklərini bildirmişlər. İnzibati tənbeh barəsində məlumatları var, heç bir etirazları yoxdur. İş materiallarında olan “təhlükəli malların gömrük ərazisindən hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi haqqında” 029 nömrəli, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciəti əsasında idxal olunmuş “Bazargani Amanj Sahragard” şirkətinin istehsalı olan ümumi çəkisi 13454 kq olan bibər məhsulu partiyası qərarın hüquqi qüvvəyə mindiyi gündən 10 gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması qərara alınmışdır. İş materiallarında olan Milli Referans Laboratoriyasının sınaq protokolundan görünür ki, təqdim edilmiş nümunələrdə yoxlanılan təhlükəsizlik göstəricilərindən “carbendazim” adlı pestisid aşkar edildiyinə görə məhsul normativ sənədlərin tələblərinə cavab verməmişdir. Beləliklə, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, İD********** nömrəli müraciət əsasında ölkəyə idxal olunmuş qida məhsullarını qida təhlükəsizlik sertifikatı olmadan Bakı şəhəri, Qaradağ rayonu, 22, Salyan şossesi-Lökbatan yolu ünvanında 10 mart 2023-cü il tarixdə satmışdır. Həmçinin AQTA-nın Bakı regional bölməsi tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli, №029 nömrəli “təhlükəli malların gömrük ərazisindən hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi haqqında” qərarı icra etməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 544.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən ölkəyə idxal olunmuş qida məhsullarını qida təhlükəsizlik sertifikatı olmadan satılması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 544.2-ci maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə - dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 544.2-ci maddələri ilə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 447.0.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 544.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 4.500 (dörd min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar