Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-616/2025 24.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs barəsində İXM-nin 198.2-ci maddəsi ilə Bakı şəhəri Qaradağ Rayon Prokurorluğu tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Vəzifəli şəxs Şəxs barəsində İXM-nin 198.2-cü maddəsi ilə Bakı şəhəri Qaradağ Rayon Prokurorluğu tərəfindən toplanmış inzibati material və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 10 aprel 2025-cü il tarixli qərardan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, vəzifəli şəxs Şəxs Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən "xxxx"nda Mexanikə şöbəsinin müdiri vəzifəsində işləyərkən həmin sexdə təhlükəsiz iş şəraitinin yaradılmasına cavabdeh olmaqla, işlərin yerinə yetirilməsi zamanı baş verə biləcək təhlükələri lazımi diqqət və ya ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunları görməyərək "xxxx"nun mexaniki sexində dəzgahda metalların emalı zamanı metaldan çıxan yonqarların yığılaraq atılması işlərinin mexanikiləşdirilmiş üsul ilə aparılması təmin edilməməsi və "xxxx"nun mexaniki sexində dəzgahda metalların emalı zamanı metaldan çıxan yonqarların yığılaraq atılması işinin qaydalara uyğun olaraq mexanikiləşdirilmiş üsul ilə aparılmalı olduğu halda, yonqarların işçilər tərəfindən yarı kəsilmiş çəlləyə yığılıb əl ilə aparılıb boşaldılmasına yol verdiyinə görə, vəzifə təlimatının 4.3, 4.4-cü bəndlərinə əsasən, 5160-89 “Mexaniki sexləri üçün sanitar Qaydaları (metalların kəsim emalı)”nın 4.1.5-ci bəndinin tələblərini pozaraq, Zərərçəkmiş şəxs "xxxx" MMC-də texnik mexanik vəzifəsində işləyərkən xx.xx.2024-cü il tarixdə saat 08 radələrində tullantı qabına doldurulmuş metal yonqarları digər böyük tullantı qabına atan zaman əlinə ilişmiş yonqar hissələri sonuncunun dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmuş, bununla da Azərbaycan Respublikası İXM-in 198.2-ci maddəsində nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulması inzibati xətasını törətmişdir. İş materiallarında olan “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 10 aprel 2025-cü il tarixli qərarın nəticə hissəsindən aydın olur ki, 1.vəzifəli şəxs Şəxs (FİN– xxxxxxx) – xx.xx.1988-ci ildə Neftçala rayonu Qırmizikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, “Bakı Gəmiqayırma Zavodunda” Mexanika şöbəsinin müdiri vəzifəsində işləyən, Baki şəhəri, Qaradağ rayonu, Lökbatan Ə/D, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi, ev 29, mənzil 20 ünvanında yaşayan – barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, 2.barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah edilməsi,
3. qərar və toplanmış material baxılması üçün Bakı şəhəri, Qaradağ rayon məhkəməsinə göndərilməsi,
4. qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərarı qəbul etməyərək bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən "xxxx"nda Mexanika şöbəsinin müdiri vəzifəsində çalışır. Hadisə baş verən gün, yəni 14 dekabr 2024-cü il tarixdə şənbə günü olduğundan o işdə olmamışdır. O heç bir əməyin mühafizəsi qaydalarını pozmamışdır, çünki hadisə baş verərkən Zərərçəkmiş şəxs lazımi geyim forması ilə təchiz olunmuş və lazımi qaydada təlimatlandırılmışdır. Bundan başqa baş vermiş hadisə ilə bağlı o Qaradağ rayon Prokurorluğuna dəvət olunmamış, izahatı alınmamış, onun əməlində inzibati xəta tərkibinin olub-olmaması düzgün araşdırılmamış və iş materialları ilə tanış olamamışdır. Bundan başqa iş üzrə keçirilmiş ekspertiza formal olmaqla ekspertizanın yerində və tərəflərin iştirakı ilə keçirilməsi təmin edilməmişdir. Odur ki, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs öz izahatında Qaradağ rayon Prokurorluğundan verdiyi izahatı təsdiq edərək bildirmişdir ki, hadisə baş verən gün xüsusi geyim ləvazimatları ilə təchiz olunmuş və müvafiq qaydada təlimatlandırılmışdır. Qeyd olunan hadisə ilə bağlı heç bir əməyin mühafizəsi qaydaları pozulmamış, baş vermiş hadisədə heç kimin günahkar olmadığını, gördüyü həmin iş barədə ona heç kəsin göstəriş vermədiyini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Qaradağ Rayon Prokurorluğuna məlumat verilsə də, həmin təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, material natamam olduğundan yenidən araşdırılması üçün Qaradağ Rayon Prokurorluğuna geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs Qaradağ rayon Prokurorluğuna dəvət olunaraq ümumiyyətlə izahatı alınmamış, eləcə də inzibati araşdırma aparılması barədə ona hər hansı bir məlumat verilməmiş və iş materialları ilə tanış edilməmişdir. Bundan başqa iş materiallarına Şəxs əməyin mühafizəsi qaydalarının pozulması faktına görə İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılaraq baxılması üçün aidiyyatı üzrə Qaradağ rayon Məhkəməsinə göndərilməsi barədə bildirişin surəti əlavə olunsa da həmin bildiirşin rəsmi qaydada göndərilməsinə dair heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 128, 129, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati material natamam olduğundan, yenidən araşdırılıb baxılması üçün Qaradağ Rayon Prokurorluğuna geri qaytarılsın.
Hakim: Rufan Mürsəlov