Məhkəmə qərarları › İş №3(002)-617/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-617/2022

09.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-617/2022 09.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş iş materiallarından aydın olur ki, Şəxs MMC- tərəfindən 2022-ci ilin (rüblük) 1-invest (xarici investisiyalar və xidmətlər üzrə əməliyyatlar haqqında) hesabatı İ rüb üzrə aprel ayının 20-dək təqdim edilməmişdir. Buna görə də Petrokem Qrup» MMC barəsində İXM-nin 389-cu maddəsinə əsasən 18 may 2022-ci il tarixli MN № ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsinin nümayəndəsi X2 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs MMC vaxtında məlumatlandırılsa da, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatları vaxtında təqdim etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-yə işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin təşkilat nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamışdır. Belə olan halda, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 61.3-cü və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında materiallara işdə iştirak edən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki Şəxs MMC tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarla tam təsdiq olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs MMC tərəfindən statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatları vaxtında təqdim edilməmiş, bununla da qeyd edilən hərəkətlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsilə tövsif olunmalı və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə əsasən statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın ilk dəfə törədilməsini nəzərə alaraq nəzərdə tutulan cərimə inzibati tənbeh növünün tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 350 (üç yüz əlli) manat miqdarında cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar