Məhkəmə qərarları › İş №3(002)-618/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-618/2022

25.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-618/2022 25.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 07 avqust 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X3, borclu Şəxs barəsində protokol tərtib edərək, Qaradağ rayon Məhkəməsinin 2(002)-560/15 saylı, 15 yanvar 2015-ci il tarixli birləşdirmə qərarına əsasən ödənilməmiş 7532 manat 88 qəpik kredit və hüquqi şəxslərə borcunun ödənişini və həmin qərarın icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X3 öz izahatında protokolu müdafiə edərək bildirdi ki, Qaradağ rayon Məhkəməsinin 2(002)- 560/2015 saylı, 15 yanvar 2015-ci il tarixli məhkəmə əmrinə əsasən 07 avqust 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Səngəçal qəsəbəsi, Məmmədyarov küçəsi, 19 saylı evdə qeydiyyatda olan və yaşayan Şəxs 1025,98 ABŞ dolları əsas 80,38 ABŞ dolları faiz borcu və 27,24 ABŞ dolları cərimə borcu, cəmi 1133,60 ABŞ dolları məbləğində borc (Azərbaycan manatına məzənnə ilə) və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" Kommersiya Bankı ASC-nin hesabına ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 05 avqust 2015-ci il tarixli, 2(002)- 4394/2015 saylı məhkəmə əmrinə əsasən 07 avqust 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Məmmədyarov küçəsi, ev 19-da qeydiyyatda olan Şəxs X2 xeyrinə 610 manat əsas borc və 20 manat dövlət rüsumu məbləğində pulun tutulması qərara alınmışdır. 10 oktyabr 2016-cı il tarixli, 2(002)-7192/2016 saylı məhkəmə əmri ilə 07 avqust 1981-ci ildə Bakı şəhərində anadan olmuş Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Məmmədyarov küçəsi, 19 saylı evdə qeydiyyatda olan və yaşayan Şəxs 795,84 manat əsas borc, 520,06 manat faiz borcu və dövlət rüsumu üçün ödənilmiş 20 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. Bundan başqa Qaradağ rayon Məhkəməsinin 2(002)-1905/2015 saylı, 30 mart 2015-ci il tarixli məhkəmə əmri ilə 07 avqust 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Məmmədyarov küçəsi, ev 19 saylı ünvanda yaşayan Şəxs Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, məhəllə 384, ev 55 saylı ünvanda yerləşən "xxxx" ASC-nin xeyrinə banka 999,55 manat əsas borcu, 114, 74 manat faiz borcu, cəmi 1114,29 manat məbləğində borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması qərara alınmışdır. Həmçinin 2(002)-1564/2015 saylı, 27 fevral 2015-ci il tarixli məhkəmə əmri ilə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Məmmədyarov küçəsi, ev 19 ünvanında yaşayan, 07 avqust 1981-ci ildə Bakı şəhərində anadan olmuş Şəxs Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, məhəllə 384, ev 55 saylı ünvanda yerləşən "xxxx" KB ASCnin xeyrinə 386,83 azn əsas borc, 65,28 azn cərimə və 20 manat ödənilmiş dövlət rüsumu cəmi 472 manat 11 qəpik tutulması qərara alınmışdır. Qaradağ rayon Məhkəməsinin 2(002)-1778/2021 saylı, 10 iyun 2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 08 yanvar 2020-ci il tarixli müqavilə üzrə 913 manat ödənilməmiş əsas borc, 90 manat cərimə, 13 fevral 2020-ci il tarixli müqavilə üzrə 429 manat ödənilməmiş əsas borc, 40 manat cərimə, 11 may 2020-ci il tarixli müqavilə üzrə 498,4 manat ödənilməmiş əsas borc, 50 manat cərimə və 26 manat dövlət rüsumu olmaqla, cəmi 2046,4 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra qeydi icraata daxil olduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclunun bu günədək qeyd olunan məhkəmə aktları üzrə ümimilikdə 7532 manat borcu vardır və o, borclarından heç bir ödəniş etməmiş bu səbəbdən də barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 25 may 2022-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Buna görə də borclu Şəxsnın barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, qeyd olunan icra sənədlərindən xəbəri vardır. 2014-cü ildə bədbəxt hadisə nəticəsində sağlamlığını itirmiş və onurğa sütunundan ağır xəsarət almış nəticədə işdən çıxmalı olmuşdur. Daha sonra ailəsini dolandırmaq məqsədilə bağban işləmiş, gündəlik 15-20 manat pul qazanmışdır. Aldığı əməkhaqqı yalnız ailəni dolandırmağa çatmış, qeyd olunan borclarını ödəyə bilməmişdir. O imkan yaradılacağı təqdirdə növbəti aydan vaxtlı-vaxtında ödənişlər edərək borcu bağlayacağını bildirmişdir. Bundan əlavə himayəsində iki uşağının olduğunu, ilk dəfə inzibati məsuliyyətə cəlb edildiyini bildirərək iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxsnın yaranmış borcundan xəbəri olmaqla heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün şəxsi etirafı və inzibati xəta haqqında tərtib edilmiş 25 may 2022ci il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və hal-hazırda rəsmi işləməməklə müvafiq gəlirə malik olmamasını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar