Məhkəmə qərarları › İş №3(002)-618/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-618/2023

06.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-618/2023 06.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1962-ci ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massiv, yeni tikili ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş sənədlərdən aydın olur ki, Şəxs 05 aprel 2023-cü il tarixdə Qaradağ rayonu, Qobustan qəsəbəsi, “Qoruq” adlanan ərazidə polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində 06 aprel 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X2 tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ RPİ-nin PPXBnin polis serjantı Vüsal Məmmədov, manqa komandiri, baş serjant Qubadov Ruslanla xidmətdə olarkən Qobusta qəsəbəsi, “Qoruq” adlanan əraziyə baxış keçirmiş, bu zaman həmin ərazidə dövlət tapşırığı əsasında yaradılmış kino çəkilişləri üçün hazırlanan evlərin dağıdılaraq yarasız hala gətirilməsinin şahidi olmuşlar. Bu zaman həmin həyətdə olan bir nəfərin polis əməkdaşlarını görüb orda olan hasarın arxasında gizləndiyini, başqa bir nəfərin isə evlərin damından qıraraq yandırdığını görmüşlər. Ona etdiyi hərəkəti dayandırılması bildirilsə də o, öz hərəkətlərinə davam etmiş və polisə müqavimət göstərməyə və əl qol atmağa çalışmışdır. Onlar həmin vətəndaşı avtopatrula əyləşdirərək 11-ci Polis Bölməsinə gətirmişlər. Bölmədə onun Şəxs olduğu müəyyən olunmuşdur. Nətiəcədə onun barəsində İXM-nin 535.1-ci maddəsinə əsasən 06 aprel 2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün Qardağ rayon Məhkəməsinə göndərilmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, Şəxs 05 aprel 2023-cü il tarixdə, saat 18:50-də inzibati qaydada tutulmuşdur. Şəxs döyülməsi və eləcə də halhazırda onun xəsarət almasının səbəbləri ilə bağlı hər hansı bir məlumata malik deyildir. Odur ki, qeyd olunanların nəzərə alınaraq sonuncu barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında bildirmişdir ki, tərtib olunmuş protokolla razı deyil. Belə ki, 05 aprel 2023-cü il tarixdə Qobustan qəsəbəsi, “Kiçik taş” adlanan ərazidə iribuynuzlu heyvanları otaran zaman görmüşdür ki, həmin yerdə köhnədən qalan lakin yaşayışı olmayan evlərin ətrafında təmir işləri görürlər. Həmin təmir işləri orada gələcəkdə kino çəkilişləri aparılması üçün imiş. O da orda işləyən fəhlələrlə görüşüb söhbət edirmiş. Həmin vaxt polis əməkaşları ora gələrək ondan nə üçün həmin tikililəri uçurub dağıtdığını soruşmuşlar. O heç bir dağıntı aparmadığını, əksinə həmin torpaqların onun dədə-baba torpaqları olduğunu demişdir. Nə üçün dədə-baba topaqlarında olan tikililəri uçursun? Əksinə o həmin əraziyə nəzarət edir. Həm də ordakı tikililəri uçurub dağıtsa idi, orda işləyən fəhlələr ondan şikayət edərdilər. Bu zaman polislərlə arasında mübahisə yaranmış və onu polis bölməsinə gətirmişlər. Onu polis bölməsinə gətirməzdən qabaq və polis bölməsində də onu döymüşlər. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və polis əməkdaşları tərəfindən döyülməsi barədə tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərələrin izahatını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs həqiqətən də döyülərək xəsarət alması, o cümlədən onun xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı zor tətbiq etməklə müqavimət göstərməsi faktının olubolmamasının müəyyən edilməsi məqsədi ilə inzibati material Qaradağ rayon prokuroruna göndərilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı Şəxs bədənində həqiqətən də müxtəlif xəsarətlərin olması müşahidə edilmişdir. İş materiallarına əlavə edilmiş 05 aprel 2023-cü il tarixli inzibati qaydada tutma protokolundan aydın olur ki, Şəxs 05 aprel 2023-cü il tarixdə, saat 18:50-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 06 aprel 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib olunarkən inzibati xətalar qanunveciliyi kobud şəkildə pozularaq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi inzibati xətanın nədən ibarət olması qeyd olunmamışdır. Bundan başqa iş materiallarına əlavə edilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə” dair 05 aprel 2023-cü il tarixli 2/10110 saylı protokoldan aydın olur ki, Şəxs 05 aprel 2023-cü il tarixdə saat 17:55 radələrində tibbi müayinədən keçirilərkən onda orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Həmin Məcəllənin 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85 və 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və inzibati material yenidən araşdırılması üçün Qaradağ rayon prokuroruna göndərilsin. Şəxs inzibati qaydada tutulmadan dərhal azad edilsin. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar