Məhkəmə qərarları › İş №3(002)-618/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-618/2025

28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-618/2025 28.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Şikayət vermiş şəxs X3, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin YNH üzrə baş inspektoru X1 iştirakları ilə, X3 Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərara xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 342.5-ci maddələrinə əsasən 100 manat məbləğində cərimə edilmişdir. Həmin qərarla razı deyildir. Göstərilənlərə əsasən xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərara xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X5 izahatında bildirmişdir ki, həmin vaxt o, Sədərək TM-nin girişinə yaxın ərazidə yerləşən dairəvi yolun qarşısından düz istiqamətdə hərəkətə üstünlük hüququ olduğundan hərəkətinə davam etmiş və dairədən dönən avtomobil ona yol vermişdir. Belə ki, həmin yolda heç bir yol hərəkəti nişanı təchiz olunmadığından, yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmiş və o, hərəkətdə üstünlüyün dairədən dönən avtomobilin deyil, məhz ona məxsus olduğunu hesab etmişdir. Lakin o, YPX əməkdaşı tərəfindən saxlanılaraq barəsində protokol tərtib edilmişdir. Qəbul edilmiş qərarla razı deyildir. Özünü təqsirli hesab etmədiyi halda barəsində qərar qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərara xitam verilməsini xahiş etmişdir. Həmçinin, suallara cavab olaraq bildirmişdir ki, barəsində tətbiq edilmiş inzibati tənbeh tədbiri barədə məlumatlı olduqdan sonra öncə yuxarı inzibati orqana qərardan şikayət etmiş, lakin müsbət cavab əldə etmədiyi üçün daha sonra məhkəməyə müraciət etmişdir. Ona inzibati xəta üzrə tətbiq edilmiş cəriməni ödəmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin YNH üzrə baş inspektoru X2 çıxışında bildirdi ki, hadisə dairəvi yol üzərində baş vermişdir. Həmin yolun yerləşdiyi ərazidə yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Qərardan şikayət vermiş şəxs dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan nəqliyyat vasitəsinə yol verməli olduğu halda bunu etməmişdir. Belə ki, qanunu bilməmək şikayət vermiş şəxsi məsuliyyətdən azad etmir. Həmçinin şikayət vermiş şəxs bu inzibati xəta üzrə ona tətbiq edilmiş cəriməni ödəmişdir. Qeyd olunanları və təqdim edilmiş videogörüntünü nəzərə alaraq, Şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərara əsasən xx.xx.2025-ci il tarixdə **-GU-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” minik markalı avtomobil ilə hərəkətə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materialına əlavə edilmiş 01 ədəd DVD diskə əlavə edilmiş görüntülərdən görünür ki, **-GU-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” minik markalı avtomobil dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan nəqliyyat vasitəsinə yol verməli olduğu halda bunu etməmişdir. Bununla da yolayrıcını keçmə qaydalarının pozulması xətasına yol vermişdir. Beləliklə, məhkəmə X3 şikayətinin dəlillərini işdə olan sübutlar və izahatlara əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Belə ki, şikayətçi X5 xx.xx.2025-ci il tarixdə **-GU-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” minik markalı avtomobil ilə hərəkətdə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin yolun yerləşdiyi ərazidə yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Qərardan şikayət vermiş şəxs dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan nəqliyyat vasitəsinə yol verməli olduğu halda bunu etməmişdir. Həmçinin şikayət vermiş şəxs bu inzibati xəta üzrə ona tətbiq edilmiş cəriməni ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Həmin Qanunun 42-ci maddəsinin 15-ci bəndinə əsasən yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Həmin Qanunun 77-ci maddəsinin 3-cü bəndinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X3 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 01 ədəd CD disk iş materialında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 şikayəti təmin edilməsin. Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. İş üzrə 01 ədəd CD disk iş materialında saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar