Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-619/2023 07.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi ilə, X4 barəsində tərtib olunmuş 18 iyun 2021-ci il tarixli EXP1074255 nömrəli və 21 iyun 2021-ci il tarixli, EXP1075541 nömrəli inzibati xəta haqqında protokollar üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, məhkəmə MÜƏYYƏNETDİ: X4 məhkəməyə müraciət edərək barəsində tərtib olunmuş 18 iyun 2021-ci il tarixli EXP1074255 nömrəli və 21 iyun 2021-ci il tarixli, EXP1075541 nömrəli inzibati xəta haqqında protokollar üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, buraxılmış müddətin bərpa edilməsi ilə bağlı 06 aprel 2023-cü il tarixli vəsatət Yasamal rayon məhkəməsinə ünvanlanmışdır. X1 barəsində aparılan inzibati xəta haqqında iş üzrə qərarın olub-olmamasının müəyyən edilməsi mümkün deyildir və həmin qərar varsa belə iş materiallarına əlavə edilməmişdir. Qeyd edilməlidir ki, mübahisələndirilən məsələ ilə bağlı ilk növbədə qərarın şikayətə əlavə olunması zəruridir, çünki məhkəmədə baxılan işin predmeti məhz mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərardır və sözügedən qərar olmadan məhkəmədə işə baxılan zaman onun qanuni olub-olmamasının yoxlanması mümkün deyildir. Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, R.Ş.Məmişov barəsində tərtib olunmuş 18 iyun 2021-ci il tarixli EXP1074255 nömrəli və 21 iyun 2021-ci il tarixli, EXP1075541 nömrəli inzibati xəta haqqında protokollar üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlarından şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalı, həmçinin şikayətçiyə inzibati tənbeh vermə haqqında iş üzrə qərardan şikayət verilməsi müddətinin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 barəsində tərtib olunmuş 18 iyun 2021-ci il tarixli EXP1074255 nömrəli və 21 iyun 2021-ci il tarixli, EXP1075541 nömrəli inzibati xəta haqqında protokollar üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlarından şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılsın. X2 barəsində tərtib olunmuş 18 iyun 2021-ci il tarixli EXP1074255 nömrəli və 21 iyun 2021-ci il tarixli, EXP1075541 nömrəli inzibati xəta haqqında protokollar üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlarından şikayət verilməsi müddətinin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ şikayətçi X3 izah edilsin. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-619/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-619/2023
07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver