Məhkəmə qərarları › İş №3(002)-620/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-620/2022

27.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-620/2022 27.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxxx 2003-cü ildə Xocavənd rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xocavənd rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis kapitanı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 27 may 2022-ci il tarixli MN ******* saylı və MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Protokollar 02 may 2022-ci il tarixli və 21 may 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarlar əsasında tərtib edilmişdir. Qeyd olunan qəraralara və protokollara əsasən, Şəxs 25 aprel 2022-ci il tarixdə, saat 13:00-da Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən “NN” kafesində X4 məxsus “Redmi Note 11” markalı mobil telefonu oğurlamış, bundan başqa o, 11 may 2022-ci il tarixdə Bakı şəhəri, Müşfiqabad qəsəbəsində yerləşən parkda X1 aldadaraq zərərçəkmişdən “Redmit Note 8” markalı mobil telefonu oğurlamışdır. Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis kapitanı X5 öz izahatında tərtib olunmuş protokolları müdafiə edərək bildirmişdir ki, Şəxs 25 aprel 2022-ci il tarixdə, saat 13:00-da Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən “NN” kafesində X4 məxsus “Redmi Note 11” markalı mobil telefonu oğurlamış, bundan başqa o, 11 may 2022-ci il tarixdə Bakı şəhəri, Müşfiqabad qəsəbəsində yerləşən parkda X1 aldadaraq zərərçəkmişdən “Redmit Note 8” markalı mobil telefonu oğurlamış, zərərçəkənlərə müvafiq olaraq 500 manat və 250 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 25 aprel 2022-ci il tarixdə, saat 13:00-da Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən “NN” kafesində X3 “Redmi Note 11” markalı mobil telefonu danışmaq adı ilə alıb, kafeni tərk edərək İnşaatçılar metrosu yaxınlığında tanımadığı bir şəxsə 200 manat məbləğində satmışdır. Bundan başqa o, 11 may 2022-ci il tarixdə Bakı şəhəri, Müşfiqabad qəsəbəsində yerləşən parkda azyaşlı X1 aldadaraq zərərçəkmişdən “Redmit Note 8” markalı mobil telefonu oğurlayaq 20 Yanvar metrosu yaxınlığında 70 manata satmışdır. O, əməlindən peşiman olduğunu və hal-hazırda maddi imkanı olmadığından gələcəkdə zərərçəkənlərə dəymiş maddi ziyanın ödənilməsi üçün əlindən gələni edəcəyini bildirərək iş üzrə inzibati materiala xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə izahatları dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs törətdiyi xırda talama hadisələri tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası İXM-nin 21-ci İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, vurulmuş ziyandan heç bir ödəniş etməməsini və buna hər hansı bir formada cəhd belə göstərməməsini nəzərə alaraq ona inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini daha ədalətli və məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 26 may 2022-ci il saat 22:20-dən hesablansın, həbsin sonu 25 iyun 2022-ci il saat 22:20 müəyyən edilsin. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinin 10-cu PB-nə həvalə edilsin. 4.Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar