Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-622/2021 28.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1983-cü ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Səbail rayonu, Bayıl qəsəbəsi, ö/t ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, çəhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 28 aprel 2021-ci il tarixli MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 02 aprel 2021-ci il tarixdə Lökbatan qəsəbəsində yerləşən “Bravo” marketlər şəbəkəsinin qarşısında sərxoş vəziyyətdə bilərəkdən öz sağ ayağının bud hissəsini cibində olan kəsici alətlə kəsərək özünə xəsarət yetirmişdir. Buna görə də Qaradağ RPİnin 10-cu PB-nin sahə inspektoru, polis leytenantı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib olunmuşdur. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis leytenantı X2 tərtib edilmiş protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 02 aprel 2021-ci il tarixdə Lökbatan qəsəbəsində yerləşən “Bravo” marketlər şəbəkəsinin qarşısında sərxoş vəziyyətdə bilərəkdən öz sağ ayağını kəsərək özünə xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib olunmuşdur. Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitunun 13 aprel 2021-ci il tarixli 313 nömrəli rəyində bildirilir ki, Şəxs 02 aprel 2021ci il tarixdə 4659 sıra sayı ilə institutun ambulator kitabında qeydə alınaraq klinik müayinə edilmiş, həkim Seyidov İ. və Dostiyev X. tərəfindən sağ baldırın kəsilmiş deşilmiş yarası diaqnozu qoyulmuş, xəstənin dediyinə görə özü özünü vurmuşdur. Hal-hazırda da tərtib edilmiş inzibati protokolu müdafiə edərək Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında bildirmişdir ki, keçmiş həyat yoldaşı X3 ilə 2020-ci ilin noyabr ayında rəsmi olaraq ayrılmışdır. Lakin 11 yaşlı qız övladı keçmiş həyat yoldaşında qaldığı üçün o, 02 aprel 2021-ci il tarixdə sərxoş vəziyyətdə Azadənin işlədiyi Lökbatan qəsəbəsində olan “Bravo” marketlər şəbəkəsinin yanına gedərək keçmiş həyat yoldaşı ilə görüşmək qərarına gəlmişdir. Bu zaman onun keçmiş həyat yoldaşının həmin ünvanda olmadığını gördükdən sonra əsəbləşərək cibində olan kəsici alət ilə sağ ayağının bud nahiyəsinə xəsarət yetirmişdir. Sərxoş vəziyyətdə olduğu üçün baş verən hadisələrdən xəbərsiz olmuş, AETTİ-na təcili tibbi yardım vasitəsi ilə aparıldığıdan xəbəri olmamışdır. Sərxoşluqdan ayıldıqdan sonra baş verən hadisələrdən xəbəri olmuşdur. Əməlindən səmimi peşiman olduğunu, bir daha belə bir hadisə törətməyəcəyini nəzərə alıb barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş 28 aprel 2021-ci il tarixli MN ******* saylı protokoldan göründüyü kimi, Şəxs Şəxs 02 aprel 2021-ci il tarixdə Lökbatan qəsəbəsində yerləşən “Bravo” marketlər şəbəkəsinin qarşısında bilərəkdən öz sağ ayağını kəsərək xəsarət yetirmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib olunmuşdur. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş matetirallarını araşdıraraq və Şəxs əməlini etiraf edərək səmimi peşiman olmasını nəzərə alıb hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tədbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-622/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-622/2021
28.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver