Məhkəmə qərarları › İş №3(002)-622/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-622/2022

31.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-622/2022 31.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, X1, DYP əməkdaşının hərəkətindən elektron qaydada verdiyi şikayətinin icraata qəbul edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: X3, Qaradağ Rayon Məhkəməsinə elektron qaydada şikayətlə müraciət edərək bildirmişdir ki, 24 may 2022-ci ildə idarə etdiyi “Hyundai Elantra” minik markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin yol polis inspektoru tərəfindən Meyvəli dairəsində saxlamış, qanunsuz olaraq İXM-nin 342.5-ci maddəsilə ilə protokol yazaraq 50 manat məbləğində cərimə edilmiş və avtomobili cərimə meydançasına aparılmışdır. Buna görə də DYP əməkdaşının qanunsuz hərəkəti ilə bağlı tədbir görülməsini xahiş etmişdir. Məhkəmə, elektron qaydada verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, şikayətə qeyd olunan inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş qərarın surətləri əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində göstərilir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərindən aydın olur ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 110 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X3 tərəfindən verilmiş şikayət geri qaytarılsın. X2 izah edilsin ki, mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında protokol və qərarı da şikayət ərizəsinə əlavə etməklə inzibati xətanın törədildiyi ərazi üzrə məhkəməyə müraciət edə bilər. X2 izah edilsin ki, barəsində qəbul edilmiş protokol və qərarın surətinin səlahiyyətli orqan tərəfindən ona verilməsindən imtina ediləcəyi təqdirdə həmin orqanın hərkətindən (hərəkətsizliyindən) aidiyyatı üzrə inzibati məhkəməyə şikayət vermək hüququ vardır. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar