Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-622/2025 11.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Bağırova (Baxşiyeva) Aygün Rafiq qızının iştirakları ilə, xx xxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, (himayəsində üç azyaşlı uşağı olan), orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Bağırova (Baxşiyeva) Aygün Rafiq qızı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X5, borclu Bağırova (Baxşiyeva) Aygün Rafiq qızının barəsində protokol tərtib edərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1713/2023 saylı, 09 iyun 2023-cü il tarixli icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X5 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1713/2023 saylı, 09 iyun 2023-cı il tarixli icra vərəqəsinə əsasən iddia qismən təmin edilmiş, cavabdehlər X3 və Baxşiyeva (Bağırova) Aygün Rafiq qızından müştərək qaydada 1394 manat ödənilməmiş əsas borc və 32,82 manat dövlət rüsumunun tutularaq iddiaçı X4 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra 27 iyul 2023-cü il tarixdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclunun yaşadığı yer müəyyən olunmadığından 13 may 2024-cü il tarixdə borclunun axtarışı haqqında qərar qəbul olunmuşdur. 27 yanvar 2025-ci il tarixdə borclu Qaradağ rayon İcra Şöbəsinə yaxınlaşmış, verdiyi izahatında icra sənədindən məlumatlı olmadığını bildirmişdir. Həmin tarixdə ondan iltizam alınmış, borclu verdiyi iltizamda 28 yanvar 2025-ci il tarixdə azı iki yüz manat ödəniş edəcəyini, qalan məbləği isə qısa müddət ərzində ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin borclu tərəfindən icra sənədi icra olunmamış, borc məbləğindən hər hansı bir ödəniş edilməmişdir. Buna görə də borclunun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 11 aprel 2025-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. İcra məmuru öz izahatında borclu Bağırova (Baxşiyeva) Aygün Rafiq qızının barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X6 öz izahatında göstərmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1713/2023 saylı, 09 iyun 2023-cı il tarixli icra vərəqəsinə əsasən iddia qismən təmin edilmiş, cavabdehlər X3 və Baxşiyeva (Bağırova) Aygün Rafiq qızından müştərək qaydada 1394 manat ödənilməmiş əsas borc və 32,82 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Lakin indiyədək borclu Baxşiyeva (Bağırova) Aygün Rafiq qızı tərəfindən borcundan hər hansı ödəniş edilməmişdir. O öz izahatında borclunun borcunu tam şəkildə ödəməsini, bu baş vermədikdə isə barəsində ən ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Bağırova (Baxşiyeva) Aygün Rafiq qızı öz izahatında barəsində tərtib olunmuş protokolu qəbul etməyərək göstərmişdir ki, icra sənədindən yalnız 27 yanvar 2025-ci il tarixdə xəbərdar olmuşdur. Belə ki, əvvəllər Şamaxı şəhərində yaşamış, yalnız son bir ildə Lökbatan qəsəbəsinə köçmüşdür. Subay olmaqla himayəsində olan üç zyaşlı uşağını təkbaşına baxır. Hər hansı gəlirə və ya qazanca malik deyildir. Buna görə də yuxarıda göstərilən məbləği ödəməkdə çətinlik çəkir. Həmçinin aliment ödənişlərini də vaxtıvaxtında ala bilmir. Övladlarından biri bağırsaq xərçəngidir. Şərait yaradılacağı təqdirdə borc məbləğindən kifayət qədər ödənişlər edəcəkdir. Odur ki, barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Baxşiyeva (Bağırova) Aygün Rafiq qızının yaranmış borcundan xəbəri olsa da heç icra sənədini tam olaraq icra etməmişdir. Baxşiyeva (Bağırova) Aygün Rafiq qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tərəflərin izahatları, inzibati xəta haqqında tərtib edilmiş 11 aprel 2025-cü il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Baxşiyeva (Bağırova) Aygün Rafiq qızı tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini, himayəsndə üç azyaşlı uşağının olmasını, eləcə də hal-hazırda rəsmi gəliri olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bağırova (Baxşiyeva) Aygün Rafiq qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-622/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-622/2025
11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver