Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-626/2025 24.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakları ilə xx xxxxxx 1969-cu ildə Cəlilabad rayonunda doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, azərbaycanlı, evli, Cəlilabad rayonu, Mirzəli kəndi ünvanında qeydiyyatda olan X1 Azərbaycan Respublikası İXM-nin 327-ci və 342.9-cu maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 11 aprel 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və iş materiallarından aydın olur ki, X2 11 aprel 2025-ci il tarixdə, saat təxminən 13:15 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Dəmiryolçular (Səngəçal), 3 GPS ünvanında idarə etdiyi “Opel Astra” minik markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməməsi və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə etməsi faktı müəyyən edilmişdir. Buna görə də X2 barəsində İXM-nin 327-ci və 342.9-cu maddələrinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 öz izahatında törətmiş olduğu inzibati xətanı etiraf etməyərək bildirmişdir ki, ünvan 2 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir. Hadisədən bir gün əvvəl yaşadığı Cəlilabad rayonundan üç nəfər şəxsi daş karxanasında işləmək üçün Qaradağ rayonu, Puta qəsəbəsinə gətirmiş, özü də həmin ünvanda yaşayan qohumugildə gecələmişdir. Səhəri günü, yəni 11 aprel 2025-ci il tarixdə, günorta saatlarında Cəlilabad rayonunda yaşayan qardaşı uşağının bərk xəstələnməsi xəbərini aldığı üçün təcili Cəlilabad rayonuna getməli olmuşdur. Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən 719 syalı postdan təxminən iki kilometr keçdikdən sonra yol polisi əməkdaşları onu saxlamış və onun nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən istifadə etdiyini bildirmişlər. O dövlət nömrə nişanına hər hansı müdaxilə etməmişdir. Odur ki, məhkəmədən barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə DİN-in BDYPİ-nə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə də məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materillarını araşdıraraq və işdə iştirak edən şəxsin izahatını dinləyərək hesab edir ki, X2 tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında tərəfin iştirakı ilə təqdim edilmiş videogörünütüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, X2 həqiqətən də 11 aprel 2025-cü il tarixdə, günorta saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Buta qəsəbəsində idarə etdiyi “Opel Astra” minik markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etməklə “R” işarəsinə müdaxilə edərək həmin işarəni “P” vəziyyətinə gətirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əməlini etiraf edərək peşiman olmamasını nəzərə alaraq hesab edir ki, X2 Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə sanskiayada nəzərdə tutulmuş cərimənin nisbətən yuxarı həddində inzibati cərimə edilməsi daha ədalətli və məqsədə müvafiqdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilməmişdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 (yeddi) yüz manat məbləğində cərimə edilir. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-626/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-626/2025
24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver