Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-627/2022 31.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş 31 may 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki: “Quba rayon Məhkəməsinin 2(027)-4928/16 saylı, 07 oktyabr 2016-cı il tarixli icra vərəqəsinə əsasən Şəxs iki uşağa görə 234 manat aliment tutularaq X1 ödənilməlidir. 19158 manat aliment borcu var”. Buna görə də Şəxs barəsində İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru X5 o öz izahatında bildirmişdir ki, Quba rayon Məhkəməsinin 2(002)-4928/2016 saylı, 08 noyabr 2016-cı il tarixli icra vərəqəsinə əsasən Quba rayon Məhkəməsinin 16 mart 2015-ci il tarixli, 2(027)-483/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək 19 dekabr 2004-cü il tarixdə doğulmuş X10 və 13 oktyabr 2012-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün 30 avqust 2016-cı il tarixdən başlayaraq cavabdeh Şəxs hər uşağa görə 117 manat olmaqla, iki uşağa görə cəmi 234 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X2 verilməsi qət edilmişdir. Borcluya icra sənədlərinin icrası ilə əlaqədar müvafiq qərar və bildiriş göndərilmiş, icra sənədlərinin icrası ilə bağlı müxtəlif tarixlərdə borcludan izahatlar alınmış və sonuncu izahatında icra sənədi üzrə tələbi iş yeri olmadığından yerinə yetirə bilmədiyini, lakin bundan sonra hər ay yüz manat ödəniş edəcəyini bildirmişdir. Ona görə də göstərilənləri nəzərə alıb sonuncunun barəsində qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. O, öz izahatında daha sonra göstərmişdir ki, məhkəmə iclasının yeri və vaxtı barədə tələbkara məlumat versə də tələbkar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən borclu Şəxs öz izahatında barəsində tərtib olunmuş protokolu qəbul etməyərək qeyd etmişdir ki, icra sənədi üzrə borclu olduğunu qəbul edir. Daimi iş yeri olmamaqla hal-hazıradək aliment borcundan kifayət qədər ödənişlər etmiş və bu ödənişləri təsdiq edən qəbzləri ona vaxt veriləcəyi təqdirdə məhkəməyə təqdim edə bilər. Belə ki, aliment borcuna görə 19 sentyabr 2018-ci il tarixdə bir ay müddətinə inzibati qaydada həbs edilmiş və həbsdən çıxdıqdan sonra heç bir yerdə işləməsə də indiyədək müxtəlif vaxtlarda yüz, iki yüz, yüz əlli manat olmaqla ümumilikdə 2500 manata yaxın aliment borcundan ödəniş etmişdir. Şərait yaradılacağı təqdirdə borclarını ödəyəcəyini bildirərərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasına telefon əlaqəsi vasitəsilə qoşulan tələbkar X4 borclunun indiyədək 2000 manata yaxın məbləğdə aliment borcundan ödənişlər etdiyini və onun barəsində həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq olunmasının xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və izahatları dinləyərək hesab edir ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı borclunun hal-hazıradək yaranmış aliment borcundan hansı miqdarda ödənişlər etməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə hesab edir ki, ödənişlərin olub-olmaması və ödənilmiş alimentin miqdarı yenidən dəqiq müəyyən edilməklə borclunun məhkəmə qətnaməsinin icrasından qərəzli yayınması müəyyən edildikdən sonra məhkəməyə müraciət edilməsi daha məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-in 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən və İXM-nin 109-cu maddəsini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-627/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-627/2022
31.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver