Məhkəmə qərarları › İş №3(002)-627/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-627/2025

15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-627/2025 15.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızınun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı Şəhər Reklam İdarəsinin nümayəndəsi Nümayəndə2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), Biləsuvar rayonu, Ağalıkənd kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair toplanmış inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, ünvan 1 ünvanında Şəxs məxsus "Kristal Palace" adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Bununla da, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak etmiş Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı Şəhər Reklam İdarəsinin nümayəndəsi Nümayəndə1 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, ünvan 1 ünvanında Şəxs məxsus "Kristal Palace" adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Bununla da, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Müvafiq olaraq xx.xx.2025-ci il tarixdə müfəttişlər tərəfindən akt tərtib edilmiş, həmin akt əsasında yazılı göstəriş göndərilmiş və göstərişin qəbul edilməkdən imtina olunması ilə bağlı qəbz iş materiallarına əlavə edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı Şəhər Reklam İdarəsinin nümayəndəsi Nümayəndə2 çıxışında Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, inzibati xəta ilə bağlı tərtib edilmiş protokolda “Kristal Palace” adlı obyekt əvvəllər icarə müqaviləsi əsasında onun istifadəsində olmuş və o, həmin obyektdə administrator vəzifəsində çalışmışdır. İşlədiyi müddət ərzində yəni 2023-cü ilin oktyabr ayından 2024-cü ilin oktyabr ayına kimi Bakı şəhər Reklam İdarəsinə şadlıq sarayının reklamının yayımına icazə verilməsi ilə bağlı müraciət etmişdir. Həmin dövr üzrə olan ödənişi həyata keçirmişdir. 2024-cü ilin oktyabr ayının 10-15 tarixlərində həmin məkanda olan fəaliyyətini dayandırdığı üçün vergi ödəyicilərin eyniləşdirmə nömrəsi (VÖEN) həmin obyektlə əlaqəsini bağlamışdır. “Kristal Palace” adlı obyektin reklamının yayımının uzadılması ilə bağlı Bakı şəhər Reklam İdarəsinə hər hansı ərizə təqdim etməmişdir. Bundan əlavə idarənin müfəttişləri tərəfindən ona doldurulması üçün ərizə təqdim olunmamış, o da belə bir ərizənin yazılmasında və ya imzalanmasında iştirak etməmişdir. Onda olan məlumata görə isə “Kristal Palace” adlı obyekt o, təhvil verdikdən sonra başqa şəxslər tərəfindən icarəyə götürülmüş, həmin şəxslər tərəfindən reklam yayımı ilə bağlı ödənişlər artıq həyata keçirilmişdir. xx.xx.2025-ci il tarixdə müfəttişlər tərəfindən obyektə yaxınlaşıb akt tərtib olunan zaman onun həmin obyektdə fəaliyyəti mövcud olmadığından, ümumiyyətlə ərizədən, aktdan, çəkilmiş fotoşəkillərdən, tərtib olunmuş inzibati xəta haqqında protokoldan məlumatı olmamışdır. Həmin obyektlə 2024-cü ilin oktyabr ayından etibarən hər hansı bağlılığının olmadığını, reklam yayımının uzadılması barədə ərizədə olan imzanın ona aid olmadığını, araşdırmanın birtərəfli qaydada, səthi aparıldığını, inzibati xəta haqqında protokolun onun barəsində əsassız tərtib olunduğunu nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq Şəxs bildirdi ki, 2023-cü ilin əvvəllərində o, həmin obyektdə fəaliyyət göstərən zaman reklam yerləşdirilməsi üçün müvafiq icazə almaq məqsədilə səlahiyyətli agentliyə müraciət etmiş, nəticədə bununla bağlı 1 illik müqavilə bağlanmışdır. Buna baxmayaraq, onlar arasında həmin müqavilənin uzadılması və ya ləğv edilməsinə dair hər hansı sənəd imzalanmamışdır. Belə ki, agentliyin təqdim etmiş olduğu, açıq havada reklam yerləşdirilməsinə dair icazənin uzadılması haqqında ərizədə qeyd olunan imza ona məxsus deyil, belə bir ərizədən, barəsində tərtib olunan inzibati xəta haqqında protokoldan məlumatlı olmamışdır. Həmin agentlikdən ona ünvanlanan göstəriş ona təqdim olunmamış və o, təhvil almaqdan imtina etməmişdir. İnzibati xəta haqqında protokol məhkəməyə daxil olduqdan sonra xx.xx.2025-ci il tarixdə reklam idarəsinin əməkdaşı ona zəng etmiş, reklam yayımı ilə bağlı ödənişlər barədə məlumat vermişdir. Məhkəmə iclasında iştirak edən şahid qismində dəvət olunmuş Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı Şəhər Reklam İdarəsinin böyük müfəttişi X1 ifadəsində bildirdi ki, o, xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu tərtib edən şəxsdir. Açıq havada reklam yerləşdirilməsinə dair icazənin əldə edilməsi və yaxud uzadılması haqqında ərizə blankını o, "Kristal Palace" adlı obyektin adını bilmədiyi əməkdaşına təqdim etmiş və blankı obyektin şəxsiyyəti ona məlum olmayan əməkdaşından doldurulmuş vəziyyətdə təhvil almışdır. Həmin ərizə blankının Şəxs təqdim etməmiş, nə də ondan təhvil almamışdır. Ərizə blankının məhz onun tərəfindən doldurulması və imzalanması barədə heç bir sübut təqdim edə bilmir. Eləcə də blankı təhvil aldığı şəxsin kim olduğunu xatırlamır. Məhkəmə proses iştirakçılarını dinləyərək, həmçinin inzibati xəta haqqında protokolu və digər materialları nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən "Kristal Palace" adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir, bununla da, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Reklam İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 15:13-də ünvan 1 ünvanında “Kristal Palace” adlı obyektin üzərində müvafiq icazə olmadan 2 ədəd sahəsi 4,06 m2 reklam daşıyıcısı yerləşdirilməsi faktı aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli göstərişdən görünür ki, fərdi sahibkar Şəxs icrası məcburi olan göstərişi aldığı vaxtdan 5 gün ərzində açıq məkanda reklam yerləşdirilməsnə icazə alınması üçün Bakı şəhəri Reklam İdarəsinə müraciət etməsi və ya icazəsiz reklam yayımını dayandırması tələb olunmuşdur. İş materiallarında olan qəbzin surətindən görünür ki, xx.xx.2025-ci il tarixli göstərişin surəti qəbul etməkdən imtina edilmişdir. İş materialına əlavə olunmuş açıq havada reklam yerləşdirilməsinə dair icazənin uzadılması haqqında ərizədən görünür ki, həmin ərizənin Şəxs tərəfindən imzalandığı qeyd edilmişdir. Lakin məhkəmə baxışında imzanın tədqiqi zamanı həmin imzanın Şəxs şəxsiyyət vəsiqəsində qeydə alınmış imzası ilə eynilik təşkil etmədiyi müəyyən edilmişdir. AZEMİS-dən əldə edilmiş məlumatdan görünür ki, Şəxs məxsus ********** saylı VÖEN-nin “Kristal” adlı obyekt üzərində fəaliyyəti dayandırılmışdır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokol, səlahiyyətli orqanın nümayəndəsinin izahatı, eləcədə inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və törədilməsi ehtimal edilən inzibati xəta hadisəsinə aidiyyəti müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı ünvan 1 ünvanında yerləşən “Kristal Palace” adlı obyektin 2024-cü ilin oktyabr ayından etibarən Şəxs istifadəsində və sahibliyində olmadığı, ********** saylı VÖEN-nin “Kristal” adlı obyekt üzərində fəaliyyətinin dayandırıldığı müəyyən olunmuşdur. Bundan əlavə, təqdim olunmuş açıq havada reklam yerləşdirilməsinə dair icazənin uzadılması haqqında ərizənin Şəxs tərəfindən doldurulması və imzalanması nə şahid ifadəsində, nə də toplanmış sübutlarla təsdiqini tapmamışdır. Sözügedən obyektin Şəxs sonrakı sahibləri tərəfindən reklam yayımına dair icazə ilə bağlı 2025-ci ilin may ayında müvafiq ödənişlər həyata keçirildiyi Bakı Şəhər Reklam İdarəsinin səlahiyyətli nümayəndəsi tərəfindən məhkəmə iclasında bildirilmişdir. Belə olan təqdirdə Şəxs istifadəsində və ya sahibliyində olmayan obyektlə bağlı reklam yayımının icazəsi üzrə ödəniş etməsi və ya obyektdə icazəsiz reklam yayımını dayandırması onun səlahiyyətində olmamışdır. İnzibati xəta haqqında protokol tərtib olunanadək isə aparılan araşdırmada iştirak etməsi ilə bağlı məlumat ona təqdim olunmadığından məhkəmə iclasında qeyd etdiklərini səlahiyyətli orqana bildirməsi mümkün olmamışdır. Beləliklə, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda əks olunan halların Şəxs tərəfindən törədilməsi məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Bu hal isə sonuncunun hərəkətlərində İXM-in 428.7.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğunu istisna edir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan hərəkətlərin Şəxs tərəfindən törədilməsi sübuta yetirilmədiyindən, habelə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 428.7.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar