Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-629/2022 02.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis kapitanı X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 02 iyun 2022-ci il tarixli MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 10 aprel 2022-ci il tarixdə, saat 22:12 radələrində ünvan 1 ünvanında həyat yoldaşı X4 döyümüşdür. Buna görə də Şəxs barəsində Qaradağ RPİ-nin 10-cu PB-nın sahə inspektoru X6 tərəfindən İXM-nin 157-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 10-cu PB-nın sahə inspektoru, polis kapitanı X6 protokolu müdafiə edərək bildirmişdir ki, o həmin protokolu Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis mayoru Cəmşid Əliyevin 20 aprel 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən tərtib etmişdir. Həmin qərara əsasən X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Qaradağ rayon prokuroruna göndərilməsi, qərarın surətinin X5 göndərilməsi, qərarın surətinin Şəxs İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həlli Qaradağ RPİ-nin 10-cu PB-na təqdim edilməsi, toplanmış materialın Qaradağ RPİ-nin 10-cu PB-nin arxivində saxlanılması qərara alınmışdır. Bundan sonra həmin qərar onun icraatına verilmiş və onun tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 öz izahatında bildirmişdir ki, Şəxs ilə 2012-ci il tarixdə ailə həyatı qurmuşlar, həmin nikahdan iki övladı var. Həyat yoldaşı əvvəllər taksi sürücüsü kimi fəaliyyət göstərsə də sonradan avtomobilin icarə pulunu verə bilmədiyi üçün avtomaşın əlindən alınmışddır və hal-hazırda işsizdir. Bu da aralarında söz-söhbətə səbəb olur. 10 aprel 2022-ci il tarixdə aralarında yaranan mübahisə zəminində Rəvan onu təhqir etmiş və döymüşdür. O da 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir.Bütün bunları nəzərə alaraq Şəxs barəsində inzibati qaydada tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, X7 ilə işləyib evə qazanc gətirməməsi səbəbindən aralarında mübahisə yaranmışdır. 07 aprel 2022-ci il tarixdə Şəfa Rəsulova uşaqları da götürüb bacısının yaşadığı Sumqaıt şəhərinə getmiş, 10 aprel 2022-ci il tarixdə qayıtmışdır. Bu zaman aralarında mübahisə yaranmış və nəticədə o həyat yoldaşını tutub silkələmiş və taxtın üstünə itələmişdir. Bu zaman Şəfa Rəsulova 102 xidmətinə zəng edərək döyülməsi barədə məlumat vermişdir. O, əməlindən peşiman olduğunu bildirərək məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatları dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs törətdiyi inzibati xəta tam sübuta yetirilir. İş üzrə keçirilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3” X9 Qaradağ rayon şöbəsinin 15 aprel 2022-ci il tarixli, 234 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş X2 tibbi müayinəsi zamanı onun bədəni üzərində hər iki bazu nahiyəsinin qançırları bərk küt əşya (əşyalar) təsirindən, müayinədən bir günə qədər əvvəl, qərarın təsviri hissəsində göstərilən 10 aprel 2022-ci il tarixdə törənməsi mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcləri təyin edilmir. X2 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakter və lokalizasiyasına görə həmin xəsarətlərin özü tərəfindən özünə yetirməsi az inandırıcıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan aydın olur ki, Şəxs 01 iyun 2022-ci il tarixdə, saat 20:00-da tutulmuş, 02 iyun 2022-ci il, saat 09:30-da inzibati qaydada tutmadan azad edilmişdir. Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs əməlində cinayət tərkibi yoxdur, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini və şəxsiyyətini nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cü maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-629/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-629/2022
02.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver