Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-63/2023 15.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Şəxs etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 11 yanvar 2023-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs 88776,19 Avro məbləğində vəsaiti 24 dekabr 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 88776,19 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. İnzibati xəta 25 dekabr 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs etibarnamə üzrə nümayəndəsi X3 iş üzrə icraata xitam verilməsini xahiş etdi. Bundan başqa, Şəxs nümayəndəsi M.M.Hüseynov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2020-ci il tarixində "xxxx" ASC Nərimanov fililalında olan cari hesabından PROJECT MATERİALS GMBH-YƏ 88776.19 avro köçürmə olmuşdur. xx.xx.2020-ci il tarixində olan köçürmə (**********005-3982.84 avro; **********7427-29324.31 avro; **********8124-4040 avro; **********9110-10299.78 avro, **********233-11366.74 avro, **********5853-3780 avro, **********2044-25400 avro) qeyd olunan bəyannamələr üzrə bağlanmışdır. Göstərilənlərlə əlaqədar pulun geri qaytarılmasını təsdiq edən müvafiq sənədi məhkəməyə təqdim edib, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankına qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə səlahiyyətli nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan 17 yanvar 2023-cü il tarixli, 3(002)-63/2023 saylı bildirişdən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının hüquqi ünvanı ünvan 1rəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (18 yanvar 2023-cü il tarixli reyestr nömrəsi 14). İş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, sifarişli poçt göndərişi Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi tərəfindən 25 yanvar 2023cü il tarixdə imza edilməklə qəbul olunmuşdur. İş materiallarında olan 31 yanvar 2023-cü il tarixli, 3(002)-63/2023 saylı bildirişdən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının hüquqi ünvanı ünvan 1rəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (31 yanvar 2023-cü il tarixli reyestr nömrəsi 14). İş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, sifarişli poçt göndərişi Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi tərəfindən 06 fevral 2023-cü il tarixdə imza edilməklə qəbul olunmuşdur. İş materiallarında olan 14 fevral 2023-cü il tarixli telefonaqramdan görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə 14 fevral 2023-cü il tarixdə saat 11:15-də ***-***-**- ** saylı mobil nömrəsindən Azərbaycan Respublikasının Mərkəz Bankının nümayəndəsi X1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng vurularaq məlumat verilmiş, o, müəyyən olunmuş vaxtda işi ilə bağlı məhkəməyə gələ bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bununla da, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iş üzrə icraatda iştirakının təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirilmişdir. Belə ki, vergi ödəyicilərinin məlumatlarında Azərbaycan Respublikasının Mərkəzi Bankının hüquqi ünvanı ünvan 3çinin səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədilə 30 yanvar 2023-cü il tarixli məhkəmə iclası 13 fevral 2023-cü il tarixə, 13 fevral 2023-cü il tarixli məhkəmə iclası isə 15 fevral 2023-cü il tarixə təxirə salınmışdır. Məhkəmə proses iştirakçısının izahat və mülahizəsini nəzərə alıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, "xxxx" ASC tərəfindən Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış məktubdan görünür ki, xx.xx.2020-ci il tarixində "xxxx" ASC Nərimanov fililalında olan cari hesabından PROJECT MATERİALS GMBH-YƏ 88776.19 avro köçürmə olmuşdur. xx.xx.2020-ci il tarixində olan köçürmə (**********005-3982.84 avro; **********7427-29324.31 avro; **********8124-4040 avro; **********9110-10299.78 avro, **********233-11366.74 avro, **********5853-3780 avro, **********2044-25400 avro) qeyd olunan bəyannamələr üzrə bağlanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs tərəfindən 88776,19 Avro məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesablarından 24 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülsə də həmin vəsait eyni tarixdə bağlanmışdır. Məhkəmə qeyd edir ki, Şəxs MMC 88776.19 Avro məbləğində vəsaiti 24 dekabr 2020-ci il tarixdə xaricə köçürmüş və köçürülmüş həmin vəsaitin eyni tarixdə bağlandığını nəzərə alaraq, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-63/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-63/2023
15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver