Məhkəmə qərarları › İş №3(002)-632/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-632/2021

03.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-632/2021 03.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru X2, 10 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10cu PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş sənədlərdən aydın olur ki, Şəxs 23 aprel 2021-ci il tarixdə saat 16:30 radələrində Qaradağ rayonunda yerləşən “Sədərək” TM-də vətəndaş X1 məxsus “VAZ-2107” markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən ümumilikdə 98 AZN dəyərində iki ədəd yataq örtüyü və iki ədəd masa örtüyü oğurlamışdır. Buna görə də onun barəsində 02 may 2021-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 10-ci PB-nin sahə inspektoru, X3 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 23 aprel 2021-ci il tarixdə saat 16:30 radələrində Qaradağ rayonunda yerləşən “Sədərək” TM-də vətəndaş X1 məxsus “VAZ- 2107” markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən ümumilikdə 98 AZN dəyərində iki ədəd yataq örtüyü və iki ədəd masa örtüyü oğurlamışdır. Qeyd olunan oğurluq faktı ilə bağlı Polis Bölməsində araşdırma aparılmış və həmin oğurluğun Şəxs tərəfindən törədildiyi müəyyən edilsə də onun törətdiyi əməl cinayət məsuliyyətinə səbəb olmadığı üçün barəsində 01 may 2021-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PB-nin baş təhqiqatçısı, polis mayoru Valeh Orucov tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmiş və inzibati araşdırma aparılması üçün materallar onun icraatına verilmişdir. O öz izahatında əlavə olaraq bildirmişdir ki, hal-hazırda oğurlanmış mallar sahibinə qaytarılmamış, sahibi şikayətçi olmaqla, barışmamışdır. Hazırda da inzibati protkolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan Şəxs izahatında bildirmişdir ki, maddi cəhətdən ailəsini dolandıra bilmədiyi və heç bir yerdə işləmədiyi üçün qeyd olunan oğurluq hadisəsi onun tərəfindən törədilmişdir. Əməlindən səmimi peşimandır, ikinci qrup əlil olmaqla himayəsində iki azyaşlı uşağı vardır. İlk dəfədir ki, inzibati məsuliyyətə cəlb olunur. Söz verir ki, dəymiş ziyanı iki gün sonra zərərçəkmiş şəxsə ödəyəcəkdir. Odur ki, bütün bu halların nəzərə alınaraq barəsində daha yüngül inzibati tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs törətdiyi əməl iş materilalları və tərəflərin izahatı ilə tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini əsaslı hesab edir. Qaradağ RPİ-nin 10-cu PB-nin baş təhqiqatçısı, polis mayoru Valeh Orucov tərəfindən qəbul edilmiş 01 may 2021-ci il tarixli qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, əməli törtəmiş şəxs Şəxs barəsində İXM-nin 227-ci maddəsinin tələblərinə əsasən tədbir görülməsi üçün qərarın surətinin Qaradağ RPİ-nin 10-cu PB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 01 may 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan aydın olur ki, Şəxs qeyd olunan inzibati pozuntuya görə 01 may 2021-ci il tarixdə saat 18:30 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim etdiyi 086304 nömrəli vəsiqənin surətindən aydın olur ki, Şəxs ikinci qrup əlildir. Vəsiqə 14 noyabr 2014-cü il tarixdə Nəsimi rayonu ƏƏSMN təşkilatı tərəfindən verilmiş və vəsiqə əlillik müddətində etibarlıdır. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində göstərilir ki, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 28.4.1-ci maddəsinin tələbindən aydın olur ki, birinci və ikinci dərəcə əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara ictimai işlər tətbiq oluna bilməz. Həmin Məcəllənin 30.2-ci maddəsində göstərilir ki, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 34-1-ci maddəsində göstərilir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Həmin Məcəllənin 31.4-1-ci maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokollarla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını və ikinci qrup əlil olmasını nəzərə alaraq ona inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini daha ədalətli və əsaslı hesab edir. Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən üç iş saatı sərf olunmuşdur. Odur ki, göstərilmiş hüquqi yardımla bağlı on səkkiz manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək İXM-nin 31.4-1 və 34-1-ci maddələri nəzərə alınmaqla 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs göstərilmiş hüquqi yardımla bağlı 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar