Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-632/2022 02.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx xxxx 1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X6, borclu Şəxs barəsində protokol tərtib edərək, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-119/2014 saylı, 09 iyul 2014-cü il tarixli icra vərəqəsi üzrə 9900 manat aliment və 4830 manat borcu üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X6 izahat verərək bildirmişdir ki, Hacıqabul rayon məhkəməsinin 2(071)-119/2014 saylı, 09 iyul 2014-cü il tarixdə verilmiş icra vərəqəsinə əsasən cavabdeh Şəxs 17 sentyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 14 yanvar 2014-cü il tarixdən başlayaraq, hər ay 103 manat məbləğində alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir. Bundan başqa Qaradağ rayon Məhkəməsinin 2(002)-3653/2015 saylı, 21 avqust 2015-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs dəyəri 1200 manat olan yataq dəsti, dəyəri 8 manat olan bir ədə çilçıraq, dəyəri 120 manat olan DVD video, dəyəri 50 manat olan ədyal, dəyəri 50 manat olan somavar, dəyəri 30 manat olan vaza, dəyəri 1500 manat olan bir ədə İtaliya istehsalı olan komplekt ( bir ədəd üzük və iki ədəd sırğa), dəyəri 1200 manat olan bir ədəd İtaliya istehsalı olan qızıl bilərzik və boyunbağı, dəyəri 600 manat olan bir ədəd nişan üzüyünün özü və yaxud həmin əşyalar aşkar edilməzsə onların ümumi dəyəri olan 4830 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 4860 manat məbləğində pulun alınaraq X4 verilməsi qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclu icra sənədini icra etmədiyinə görə Qaradağ rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli, 2(002)-2535/2019 saylı qərarı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Bundan sonra borclu indiyədək aliment borcundan cəmi 400 manat ödəniş etmişdir. Bütün bunların nəzərə alınaraq borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında telefon əlaqəsi ilə qoşulan tələbkar X5 borclunun aliment borclarını ödəmədiyi üçün ondan şikayətçi olduğunu və barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs öz izahatında bildirmişdir ki, borcundan xəbəri vardır, Hacıqabul rayon məhkəməsinin 2(071)-119/2014 saylı, 09 iyul 2014-cü il tarixdə verilmiş icra vərəqəsinə əsasən cavabdeh Şəxs 17 sentyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 14 yanvar 2014-cü il tarixdən başlayaraq, hər ay 103 manat məbləğində aliment tutularaq X2 ödənilməsi qət edilmişdir. O, aliment borcundan müəyyən ödənişlər etdiyini, vaxt veriləcəyi təqdirdə aliment borcundan hissə-hissə ödəyəcəyini bildirmişdir. Bundan başqa Qaradağ rayon Məhkəməsinin 2(002)-3653/2015 saylı, 21 avqust 2015-ci il tarixli icra vərəqəsini icra etməməsini isə onunla əsaslandırmışdır ki, sadalanan əşyaları keçmiş həyat yoldaşı evi tərk edərkən özü ilə götürüb aparmışdır. O barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun, icra məmurunun və tələbkarın izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdər ki, icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları və inzibati xəta haqqında tərtib edilmiş 02 iyun 2022-ci il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməməkvə icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnaməni icra etməməsi və eləcə də icra məmurunun çağırışlarına hər hansı bir üzrlü səbəb olmadan gəlməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 02 iyun 2022-ci il tarixdən saat 16:50-dən hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-632/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-632/2022
02.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver