Məhkəmə qərarları › İş №3(002)-634/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-634/2025

23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-634/2025 23.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsin vəkili Nümayəndə iştirakı ilə X1 Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 26779223 nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 26779223 nömrəli qərara xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X1 "SMS Radar" mobil tətbiqinə "DAF FTXF 105" markalı, ** JP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarının pozulması ilə bağlı inzibati xəta üzrə qərarın qəbul edilməsinə dair bildiriş gəlmişdir. Həmin bildirişdən aydın olur ki, X2 barəsində xx.xx.2025-ci il tarixində saat 21:32-də “DAF FTXF 105" markalı, **-JP-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə Qaradağ rayonu, Səngəçəl qəsəbəsində hərəkətdə olarkən İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə EQ 26779223 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. "SMS Radar" mobil tətbiqindən daxil olan fotoşəkildən görünür ki, həmin nəqliyyat vasitəsinin yüklə birlikdə maksimum kütləsi 40 ton olmalı olduğu halda, 42830 kq olmuşdur. Azərbaycan Respublikası Baş Dövlət Yol lisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ26779223 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğu üçün ləğv olunmalıdır. Belə ki, yük çatdırılan zaman, yəni xx.xx.2025-ci il tarixdə, təyinat nöqtəsi olan "Sumqayıt şəhər X4"nda yükün alıcısı "xxxx" QSC tərəfindən "DAF FTXF 105" markalı, dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yüklə birlikdə tərəzidə çəkilmişdir. "xxxx" QSC tərəfindən tərtib edilmiş 12343 nömrəli tərəzi çekinə əsasən, nəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisi 39820 kq olmuşdur. Göründüyü kimi "xxxx" QSC-yə məxsus tərəzinin çəkdiyi çəki ilə "SMS Radar" mobil tətbiqindən daxil olan bildirişdə qeyd olunan çəki arasında kifayət qədər fərq (3010 kq) var. "xxxx" QSC-nin tərəzi çekindəki məlumatlar əsas götürüldüyü halda, "DAF FTXF 105" markalı, **-JP-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə icazə verilən çəki limiti (40000 kq) aşılmamışdır. Ümumi istifadədə olan avtomobil yollarında quraşdırılmış tərəzilər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsusdur. Belə ki, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1191-VİQD nömrəli Qanununa əsasən “aşmaqla" sözündən sonra "(icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq)" sözləri əlavə edilmişdir. Göstərilənlərə əsasən xx.xx.2025-ci il tarixli, EQ 26779223 nömrəli qərara xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilmiş orqana rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsin vəkili Nümayəndə çıxışında xx.xx.2025-ci il tarixli, EQ 26779223 nömrəli qərara xitam verilməsi xahiş etmişdir. Həmçinin məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, yükü avtomobilə yükləyərkən onu serfikatı olan və dövlət qeydiyyatına alınmış tərəzidə çəkdirmişdir. Yük avtomobil ilə birgə yenidən çəkilərək 39820 kq olduğu müəyyən edilmişdir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, xx.xx.2025-ci il tarixli, EQ 26779223 nömrəli qərara əsasən X2 xx.xx.2025-ci il tarixdə idarə etdiyi “DAF FTXF 105” markalı **-JP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 600 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materialına əlavə edilmiş Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən təqdim edilmiş kamera görüntülərinə əsasən xx.xx.2025-ci il tarixdə saat 21:32-də “DAF FTXF 105” markalı **-JP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin daşıdığı yük avtomobillə birlikdə 42830 kq-dır. İş materialına əlavə edilmiş "xxxx" QSC-yə məxsus xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 11:31-də ölçmə nəticəsində **-JP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yüklə birlikdə tərəzinin oxuna düşən kütləsi 39820 kq-dır. Həmçinin "Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsi tərəfindən yoxlanılmış avtomobil tərəzilərini istismar edən təsərrüfat subyektlərinin sırasında "xxxx" QSC-nin adı qeyd olunmuşdur. Beləliklə, məhkəmə X1 şikayətinin dəlillərini işdə olan sübutlar və izahatlara əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Məhkəmə təqdim olunmuş sübutlara əsaslanaraq qeyd edir ki, şikayət ərizəsinə əlavə olunmuş Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən təqdim edilmiş kamera görüntülərinə əsasən xx.xx.2025-ci il tarixdə saat 21:32-də “DAF FTXF 105” markalı **-JP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin daşıdığı yük avtomobillə birlikdə 42830 kq-dır. Buna baxmayaraq, "xxxx" QSC-yə məxsus xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 11:31-də ölçmə nəticəsində **-JP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yüklə birlikdə tərəzinin oxuna düşən kütləsi 39820 kq olduğu müəyyən edilmişdir. Lakin məhkəmə hesab edir ki, inzibati xətanın müəyyən edildiyi tarix və "xxxx" QSC-də yükün yenidən ölçülməsi tarixləri arasında 14 saat fərq mövcuddur və bu hal həmin zaman kəsiyində yükün həcminin dəyişdirilməklə yenidən ölçülməsi məsələsini şübhə altına qoyur. X2 xx.xx.2025-ci il tarixdə idarə etdiyi “DAF FTXF 105” markalı **-JP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. Bu isə istinad edilən normativ hüquqi akta əsasən Azərbaycan Respublikasında nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş, icazə verilən həddin aşılması ilə nəticələnmişdir. Həmin normativ hüquqi aktda qeyd olunan parametrlər avtomobilə münasibətdə deyil, üzərində hərəkət olunan yola münasibətdə tətbiq olunur. İş materialına əlavə edilmiş hərəkət halında çəki ölçmə nəzarət sistemindən əldə olunmuş məlumata əsasən belə növdə olan nəqliyyat vasitələrinə yük daşıma üçün icazə verilən ən yuxarı həddə çəki parametri 40 tondur. Qeyd edilmiş qərarla icazə verilmiş həddən yuxarı çəkidə yük daşıyan nəqliyyat vasitələri avtomobil yollarını zədələyərək deformasiyasına, sıradan çıxmasına səbəb ola bilir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqulu, üçoxlu dartıcı ikioxlu yanmqoşqulu və üçoxlu dartıcı üçoxlu yanmqoşqulu nəqliyyat vasitələri üçün icazə verilən qabarit və çəki parametri 40 tondur. Həmin qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 26779223 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan, X2 isə şikayətini əsaslandıracaq faktları təqdim etmədiyindən şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 26779223 nömrəli inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar