Məhkəmə qərarları › İş №3(002)-635/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-635/2025

15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-635/2025 15.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nın polis sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, 15 saylı X11 Bölməsinin sürücüsü vəzifəsində işləyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan aydın olur ki, Şəxs 11 aprel 2025-ci il tarixdə X11 maşınında inzibati xətalar məcəlləsinin 212.1-ci maddəsi ilə inzibati xəta törətmiş və X3 ünvanına “tik-tok” sosial şəbəkə vasitəsi ilə nalayiq ifadələr işlətmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə 15 aprel 2025-ci il tarixdə MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə rəisi, polis mayoru X4 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 15 saylı X11 Bölməsinin sürücüsü vəzifəsində işləyən Şəxs barəsində tədbir görülməsi üçün “Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyi” X13 tərəfindən 14 mart 2025-ci il tarixdə Azrəbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət edilmişdir. Həmin müraciətdə Şəxs “tik-tok” sosila şəbəkəsi vasitəsi ilə ona təhkim olunmuş xidməti avtomobildə tütün məmulatlarından istifadə etdiyi və vətəndaş N.Quliyevanın ünvanına qeyri-etik ifadələr işlətdiyinə görə inzibatə məsuliyyətə cəlb edilməsi xahiş edilmişdir. Bundan sonra DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin 11 aprel 2025-ci il tarixli məktubu ilə qeyd olunan məlumat və ona əlavə edilmiş sənədlər aidiyyatı üzrə tədbir görülməsi üçün Bakı şəhər, Qaradağ rayon Polis İdarəsinə gönədrilmişdir.Araşdırma zamanı əladə edilmiş video görüntülərdən müəyyən olur ki, Şəxs ona təhkim olunmuş və oksigen balonu yerləşdirilmiş X11 maşınında tütün məhsullarından istifadə etmiş və X3 ünvanına “tik-tok” sosial şəbəkə vasitəsi ilə nalayiq ifadələr işlətmişdir. Odur ki, onun barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Hal-hazırda tərtib etdiyi protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərəçəkmiş şəxs X5 öz izahatında bildirmişdir ki, Şəxs onun bacısının baş tibb bacısı işlədiyi 15 saylı X11 bölməsininin avtomobilinin sürücüsü vəzifəsində işləmişdir. Şəxs öz arvadı ilə birləşərək onun bacısına qarşı haqsızlıqlar etmişdilər. Oda öz bacısını müdafiə etdiyi üçün onaların arasında uzun müddətdir ki, mübahisə və münaqişə yaranmışdır. Aralarında bir neçə məhkəmə çəkişməsi olmuşdur. Bundan sonra Şəxs “Tik-tok” sosial şəbəkəsində canlı yayım açaraq onu bir neçə dəfə, o cümlədən sonuncu dəfə bir ay bundan əvvəl olmaqla çox pis formada hədələyib təhqir etmişdir. Onun anasının qəbrinə qarşı nalayiq hərəkətlər etmişdir. Bu barədə dəfələrlə müxtəlif orqanlara çox saylı şikayətlər etməsinə baxmayaraq heç bir tədbir görülməmişdir. Odur ki, onun barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul etməyərək göstərmişdir ki, X5 ilə onların digər məhkəmə çəkişmələri mövcuddur. Nailə xanımın bacısı onun sürücü kimi işlədiyi xəstəxanada tibb bacısı işləmiş həmin vaxtdan onların aralarında müxtəlif məzmunlu mübahisələr olmuşdur. O xidmətdə olan zaman X5 onun idarə etdiyi X11 avtomobilinin qarşısını kəsərək onu hamının içində təhqir edərək xidməti fəaliyyətinə maneə olmuşdur. “Tik-tok” sosial şəbəkəsində çəkdiyi videoların X5 ilə heç bir əlaqəsi yoxdur. Onu təhqir etməmişdir. Videolarında olan müraciəti başqa adama ünvanlamışdır. Həmin “tik-tok” videosunu 2024-cü ilin oktyabr ayında çəkib sonra silmişdir. X11 maşınında siqaret çəkən zaman olan videosunu isə İİ Qarabağ müharibəsinin gedişi zaman qələbə münasibəti ilə sevindiyindən çəkmişdir. Odur ki, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs vəkili Vəkil öz çıxışında bildirmişdir ki, tərəflər arasında mübahisənin səbəbi X3 bacısı olmuşdur. Onlar arasında o zamandan konflikt yaranmışdır. Protokolda Şəxs X11 maşınında tütün məhsullarından istifadə etməsi ilə bağlı qeyd olunan hissədə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. İnzibati xətalar məcəlləsinin 510-cu maddəsi ilə olan əməl isə öz təsdiqini tapmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını, toplanmış materialları və tərəflərin mübahisələndirmədiyi video görüntüləri nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində onun ictimai qaydanı qəsdən kobud şəkildə pozaraq xırda xuliqanlıq əməli törətməsi öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyi” X10 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanladığı 14 mart 2025-ci il tarixli 18-1/2-Q-1-6657/2025 saylı məktubunda göstərilmişdir: “Bildiririk ki, "Respublika Təcili və X6 Mərkəzi" X10 (Mərkəz) strukturuna daxil olan 15 saylı X11 bölməsinin fəaliyyəti haqqında vətəndaş X3 şikayət xarakterli müraciəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xx.xx.2025-ci il tarixli 1-1-23/2-Q-773- 105/2025 nömrəli müşayiət məktubu ilə baxılması üçün "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X13ə (TƏBİB) göndərilmişdir. Vətəndaşın müraciəti ilə bağlı araşdırma zamanı məlum olmuşdur ki, Mərkəzin 15 saylı X11 bölməsinin (Bölmə) sürücüsü Şəxs növbədə olduğu müddətdə ona təhkim olunmuş xidməti avtomobildə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerdə ("tütün çəkmək qadağandır" yazılmış nəqliyyat vasitəsində), yəni oksigen balonu yerləşdirilmiş xidməti avtomobildə yüksək səsli musiqi sədaları altında tütün məmulatından istifadə edərək həmin video görüntünü "Tik- Tok" sosial şəbəkəsində paylaşmışdır. Məlumat üçün qeyd edirik ki, vətəndaş N.Quliyevanın şikayət xarakterli müraciəti ilə bağlı daha öncə aidiyyəti üzrə TƏBİB-in Daxili nəzarət və monitorinq departamentində xidməti araşdırma aparılmış, xidməti araşdırmanın nəticəsində sürücü Şəxs xx.xx.2024-cü il tarixli 18-1-88/3-1-12536/2024 nömrəli əmrlə növbədə olduğu müddətdə qeyri-etik ifadələr işlətdiyinə, müəssisənin nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiyinə və əmək intizamı qaydalarını kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin "a" bəndinə uyğun olaraq töhmət verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsinə əsasən bu Məcəllənin 299, 305, 306.4, 318 və 322.0.4-cü maddələrində nəzərdə tutulan yerlər istisna olmaqla, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə tütün çəkməyə görə otuz manat məbləğində cərimə edilir. "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması" haqqında Azərbaycan 10.1.18-ci maddəsinə esasen Qanununun yanacaqdoldurma Respublikasının məntəqələrində, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələrində tütün çəkilməsi qadağandır. Həmin Qanunun 10.1.2-ci maddəsinə əsasən tibb müəssisələrində və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində tütün çəkilməsi qadağandır. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətinə aid edilmişdir. Beləliklə, yuxarıda qeyd edilən qanunvericiliyin normalarını hazırkı işin halına tətbiq edərək qeyd edirik ki, Mərkəzin 15 nömrəli bölməsinin sürücüsü Şəxs qadağan edilmiş yerdə ("tütün çəkmək qadağandır" yazılmış nəqliyyat vasitəsində), yəni oksigen balonu yerləşdirilmiş xidməti avtomobildə tütün məmulatından istifadə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsinin tələbini pozaraq inzibati xəta törətmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Mərkəzin 15 nömrəli bölməsinin sürücüsü Şəxs barəsində toplanılan müvafiq materiallar inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün aidiyyəti üzrə göndərilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini polis polkovniki Eldəniz Məmmədovun 11 aprel 2025-ci il tarixli 3-13-44/2-5261/2025 saylı Qaradağ Rayon Polis İdarəsinin rəisinə ünvanlandığı məktubunda göstərilmişdir: “Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X13ə (TƏBİB) tərəfindən DİN-in rəhbərliyinə ünvanlanmış sənədde, "Respublika Təcili və X6 Mərkəzi" X10 (Merkez) strukturuna daxil olan 15 saylı X11 bölməsinin sürücüsü Şəxs növbədə olduğu müddətdə ona təhkim olunmuş xidməti avtomobildə "Tik- Tok" sosial şəbəkəsində canlı yayım açaraq "tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerdə ("tütün çəkmə qadağandır" yazılmış nəqliyyat vasitəsində), yəni oksigen balonu yerleşdirilmiş xidməti avtomobildə yüksəs səsli musiqi sədaları altında tütün məmulatlarından istifadə etməsi bildirilmişdir. 15 saylı X12 bölməsinin sürücüsü Kerim Rəşidzadə canlı yayım zamanı qeyri-etik ifadələr işlətdiyinə, müessisənin nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiyinə və emək intizamı qaydalarını kobud şəkildə pozduğuna görə TƏBİB-in Daxili nəzarət və monitoring departamentində aparılmış xidməti araşdırma nəticəsində ona "töhmət" elan olunmuşdur. Yuxarda qeyd olunanları nəzərə alaraq, həmin şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 212.1-ci maddəsinə esasen inzibati xəta haqında protokol tertib edilməsi və görülmüş işlərin nəticəsi haqqında xx.xx.2025-ci il tarixədək icTİ-yə məlumat verilməsini tələb edirəm”. Məhkmə baxışı zamanı proses iştirakçıları tərəfindən mübahisələndiriləməyən video görüntülərdən aydın olur ki, Şəxs “tik-tok” sosial şəbəkəsində müxtəlif vaxtlarda ona təhkim olunmuş xidməti avtomobildə tütün məmulatlarından istifadə etmiş və özünü qeyri etik aparmaqla Nailə adlı şəxsin ünvanına çox kobud və nalayiq ifadələr işlətmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil öz izahatlarında qeyd olunan hərəkətlərlə bağlı inzibati məsuliyyətə cəlb etmə müddətlərinin keçməsini qeyd etsələrdə məhkəmə bu dəlilləri əsassız hesab edir. Belə ki, iş materiallarında olan məktublardan da aydın olur ki, vətəndaş X2 şikayət xarakterli müraciəti Azərbyacan Respublikası Prezidentinin Adminstrasiyasının 12 fevral 2025-ci il tarixli müşayət məktubu ilə baxılması üçün “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X13ə gönədrilmişdir. Göründüyü kimi X2 şikayəti 2025-ci ilin fevral ayına təsadüf edir ki, buda yuxarıda qeyd olunan inzibati pozuntunun həmin vaxt törədildiyini və yaxud da şəxs tərəfindən həmin vaxtdan aşkara çıxarıldığını göstərir. Azərbaycan Respublikası İXM-nin 38.1-cü maddəsində göstərilmişdir ki, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. 38.2. Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati “həbs” növündə tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 05 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs həbs müddətinin 15 aprel 2025-ci il saat 17:50-dən hesablansın. Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar