Məhkəmə qərarları › İş №3(002)-638/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-638/2021

18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-638/2021 18.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Qaradağ RPİ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 15 aprel 2021-ci il tarixli AP ******* saylı protokoldan və iş materiallarından aydın olur ki, 24 mart 2021-ci il tarixində, saat 12:55 radələrində Şəxs idarə etdiyi “Ravon Nexia” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Qobu yolu, Qobu Park yaşayış kompleksini keçib, yeni inşa edilən tikilinin yaxınlığında sərt döngədə hərəkətdə olan zaman əks istiqamətə çıxmış və əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs3 idarə etdiyi “Kia Cerato” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomaşının yolunda nəqliyyat vasitələri arasında toqquşma baş vermişdir. Hadisə nəticəsində “Kia Cerato” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 və avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yüngül dərəcəli xəsarət almışdırlar. Buna görə də Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Qaradağ RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X1 tərəfindən qəbul edilmiş 08 aprel 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan aydın olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə sürücü Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, sürücü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 49cu maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun əməlində İXM-nin 327.8-ci maddəsinin tərkibi olduğuna həmin maddə ilə sürücü Şəxs barəsində inzibati qaydada ölçü götürülməsindən ötrü toplanmış materialın Qaradağ RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs öz izahatında bildirmişdir ki, etibarnamə əsasında idarə etdiyi “xxxx” MMC-yə məxsus “Ravon Nexia” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşğu olur, iki ilə yaxın müddətdir ki, sürücülük təcrübəsi olmaqla “BC” dərəcəli sürücülük vəsiqəsi vardır. 24 mart 2021-ci il tarixdə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan avtomaşınla Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək TM-dən Qobu Park yaşayış kompleksinə müştəri gətirmiş, müştəriləri düşürdükdən sonra Qobu Park yaşayış kompleksində yerləşən duracaqdan “20 Yanvar” metro stansiyasına gedən iki nəfər tanımadığı şəxsi bir manatdan müştəri qismində götürüb, saat təxminən 12:55 radələrində Qobu-Lökbatan yolu ilə üzü Lökbatan qəsəbəsi istiqamətində saatda 40-50 km/saat sürətlə sərt döngədə hərəkətdə olduğu zaman döngəli yolu geniş döndüyü üçün əks istiqamətə çıxmış və bu zaman əks istiqamətdən hərəkətdə olan “Kia Cerato” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomaşının yolunda qarşı sol hissəsi ilə idarə etdiyi avtomaşının qarşı sağ hissəsi arasında toqquşma baş vermişdir. Toqquşmadan sonra toqquşduğu avtomaşın bir qədər arxaya hərəkətlənərək yolun sol hissəsində, idarə etdiyi avtomaşın isə yoldan çıxaraq yolun sağ torpaq hissəsində dayanmışdır. Bir qədər özünə gəldikdən sonra sərnişinlərlə birlikdə avtomaşından yerə düşmüş və hadisə nəticəsində avtomaşında olan sərnişinlərdən birinin ayaq nahiyyəsindən xəsarət aldığını görmüşdür. Avtomaşınında xəsarət alan şəxs ciddi bir xəsarəti olmadığını bildirərək oradan çıxıb getmiş, daha sonra toqquşduğu avtomaşının yanına yaxınlaşdıqda həmin avtomaşında olan bir nəfər kişi və bir nəfər qadın xəsarət aldığı üçün hadisə yerinə təcili tibbi yardım qrupu və polis əməkdaşları gəlmişdir. Orada xəsarət alan şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım avtomaşını ilə xəstəxanaya aparmışlar. O daha sonra öz izahatında göstərmişdir ki, idarə etdiyi nəqliyyat vasitəsində iki nəfər sərnişin və yüksüz vəziyyətdə olduğunu, eləcə də hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. İdarə etdiyi avtomaşının icbari siğortası üçün zərərçəkmiş şəxslərə vurulmuş ziyanlar siğorta şirkəti tərəfindən ödənilmişdir. İş materialına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 24 mart 2021-ci il tarixli, 2/3657 nömrəli tibbi müayinə aktmdan müəyyən olunmuşdur ki, vətəndaş Şəxs sərxoşluq halları aşkar edilməmişdir. İş materialına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Qaradağ rayon şöbəsindən daxil olmuş 29 mart 2021-ci il tarixli, № 165 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 başın sol alın-təpə, sağ gicgah nahiyələrinin, üst dodağın əzilmiş yaraları, boyun əzələlərinin gərilməsi ilə müşayiət olunan boyunun, sol saidin qançırları bərk küt əşya(əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün 3 saylı Şəhər Klinik Xəstəxanasına müraciət etdiyi 24 mart 2021-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materialına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Qaradağ rayon şöbəsindən daxil olmuş 27 mart 2021-ci il tarixli, № 159 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sol diz oynağı və sol baldırın yuxarı 1/3-nin hərəkət məhdudluğu ilə müşayiət olunan yumşaq toxumalarının əziyi halında qançır-şişkinliyi bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün 3 saylı Şəhər Klinik Xəstəxanasına müraciət etdiyi 24 mart 2021-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materialına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Qaradağ rayon şöbəsindən daxil olmuş 01 aprel 2021-ci il tarixli, № 174 sayli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 sol bazu oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan bazunun, sol körpücük nahiyəsinin və döş qəfəsinin qançırları bərk küt əşya(əşyalar) təsirindən müayinədən 7-9 gün əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərildiyi kimi, yəni 24 mart 2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Məhkəmə iş materillarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsi daha ədalətli və məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on)gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar