Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-639/2025 12.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, X1 iştirakı ilə, X2 DİN-in BDYPİ-nin 29 oktyabr 2024-cü il tarixli, EQ 24405610 nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək DİNnin BDYPİ-nin 29 oktyabr 2024-ci il tarixli EQ 24405610 saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edilməsi xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 3(003)-425/2025 saylı qərardadına əsasən şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Şikayətdə qeyd olunmuşdur ki, barəsində DYP-nin EQ 24405610 qərarının qəbul edilməsi ilə bağlı müraciət edir. Bildirir ki, bu qərar ona nə SMS, nə də ki, poçt vasitəsilə çatdırılmayıb, lakin cərimənin üstünə faiz hesablanır. Həmçinin Mercedes markalı, ** AL *** nömrəli yük avtomaşını 10800 kq-dır. 353.2 maddəsinə əsasən nəqliyyat vasitələrinin iri qabaritli və ya ağırçəkili olmalıdır. Onu da qeyd etmək istəyir ki, xx.xx.2024 tarixində onun daşıdığı yükün çəkisi 6 tondan artıq olmayıb, bu yükün qayiməsi də vardır. Bildirmək istəyir ki, xx.xx.2025 tarixində həbs qoyulacağı barədə SMS gəlmişdir, amma artıq faiz hesablanmağı barəsində heç bir SMS gəlməmişdir. Xahiş edir ki, qeyd olunanları nəzərə alaraq, yol polisi qarşısında aşağıdakı suallar qoyulsun: 1) Mercedes 77AL221 nömrəli yük avtomaşını iri qabaritli, ağırçəkilidirmi? 2) Qəbul edilmiş EQ-24405610 nömrəli qərar ona rəsmi çatdırılmayıb. Əgər çatdırılıbsa sənəd təqdim edilsin. Odur ki, qeyd etdiklərinin nəzərə alaraq barəsində əsassız qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki, 29 oktyabr 2024-cü il tarixdə idarə etdiyi X6 1833 yük markalı, ** AL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Zərdab rayonuna təmir-tikinti avadanlığı yükü aparırmış. Apardığı yükün kütləsi 22 tondan çox olmayıb. Bunu yük doldurma anbarında ona verilmiş 28 oktyabr 2024-cü il tarixli, ******* saylı qaimə faktura sənədi də təsdiq edir. Odur ki, bütün bu qeyd etdiklərinin nəzərə alınaraq DİN-nin BDYPİ-nin 29 oktyabr 2024-cü il tarixli, EQ 24405610 saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edilməsi və inzibati cərimənin silinməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasının yeri və vaxtı barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq həmin təşkiltdan nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materillarına əlavə edilmiş 29 oktyabr 2024-cü il tarixli, EQ 24405610 nömrəli qərardan aydın olur ki, X3 29 oktyabr 2024-cü il tarixdə saat 06:44-də idarə etdiyi «X6 1833» yük markalı, ** AL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən M-2, 47.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqamətində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 600 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Şikayətçinin məhkəməyə təqdim etdiyi 28 oktyabr 2024-ci il tarixli, ******* saylı qaimə fakturada Zərdab rayonuna on beş adda təmir-tikinti avadanlığının aparılması qeyd edilmişdir. Qeyd edilən qaimə-fakturada avtomaşının çəkisinə aid heç bir qeyd öz əksini tapmamışdır. Hətta belə bir qeyd olmuş olsa da belə məhkəmə həmin kserosurətdən ibarət olan və müvafiq qaydada tərtib edilməyərək təsdiqlənməmiş sənədi sübut növü kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə X2 şikayətinin dəlillərini işdə olan sübutlara əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 29 oktyabr 2024-cü il tarixdə saat 06:44-də idarə etdiyi «X6 1833 yük» yük markalı ** AL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin Qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyi BDYPİ-nin 29 oktyabr 2024-cü il tarixli, EQ 24405610 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X2 DİN-in BDYPİ-nin 29 oktyabr 2024-cü il tarixli, EQ 24405610 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-639/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-639/2025
12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver