Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-64/2021 08.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Həsənov İslam Telman oğlunun, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Zərərçəkmiş şəxs, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin DYPŞ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 17:30 radələrində sürücülük hüququ olmadan AD- 773793 saylı texniki şəhadətnamə əsasında idarə etdiyi “VAZ-21043” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Lökbatan qəsəbəsi, 2-ci massiv Z.Rəhmanov küçəsində hərəkətdə olan zaman düzgün ara məsafəsi saxlamamış, nəticədə qarşısında hərəkətdə olan Mazda markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomaşının sağ tərəfinə keçərək Mazda markalı avtomaşının qabaq sağ qapısından vuraraq toqquşmuş və hadisə zamanı xəsarət alan olmamış, lakin “Mazda CX-5” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünə maddi ziyan dəymişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, “VAZ-21043” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olsa da, lakin sürücülük hüququ yoxdur. xx xxxxxx 2020-ci il tarixdə, saat 17:30 radələrində özünə məxsus idarə etdiyi “VAZ-21043” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Lökbatan qəsəbəsi, 2-ci massiv Z.Rəhmanov küçəsində 40-50 km/saat hərəkətdə olarkən qarşısındakı Mazda CX9 nömrəli maşının sürücüsü qəflətən avtomobilini sağa tərəf manevir etmiş və nəticəsində idarə etdiyi avtomobilin sol qabaq hissəsi Mazda markalı maşının qabaq sağ krlosuna dəyərək toqquşmuşdur. Hadisə vaxtı xəsarət alan olmamış və bu səbəbdən də təcili tibbi yardıma müraciət etməmişdir. Son olaraq məhkəməyə müraciət edərək əməlindən peşman olduğunu, hadisə nəticəsində xəsarət alan olmadığını, Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alıb barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 17:30 radələrində özünə məxsus Mazda CX-5 markalı avtomaşını Lökbatan qəsəbəsi 2-ci massivdə yaşadığı evin qarşısında saxlamışdır. Maşından düşüb darvazanı açmaq üçün qapıya yaxınlaşmış və bu zaman zərbə səsi eşitmişdir. Sonra görmüşdür ki, maşının ön sağ qapısından Vaz 2104 markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq hissəsi dəyərək toqquşmuşdur. Hadisəyə səbəb Vaz 2104 markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün yaşayış məntəqəsində avtomobili yüksək surətlə idarə etməsi olmuş, bu səbəbdən də onun hadisənin qarşısını ala bilməmişdir. Hadisə zamanı özü və avtomobilində olan şəxslər xəsarət almamışlar, lakin hadisə nəticəsində ona məxsus Mazda CX-5 markalı avtomaşının ön sağ qapısı əzildiyindən ona maddi ziyan dəymişdir. Hazırda ona dəymiş maddi ziyan sığorta tərəfindən ödənildiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını məhkəmədən xahiş edir. İnzibati protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş göndərilmiş, lakin məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında təqiq edilmiş: xx xxxxxx 2020-ci il tarixli 2/12816 nömrəli “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın səxrşoxluq vəziyyətinin tibbi müayinəsi haqqında AKT-dan görünür ki, Şəxs hadisə baş verən zaman ayıq olmuşdur; AR DİN BDYPİ-nin Qİİ tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2000, UNİVERSAL, göy yaşıl rəngli, mühərrik 6241146, Ban XTA210430Y0786330, şassi N, VAZ 21043 minik markalı, ** ZM *** dövlət dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şəxsdur; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi BDYPİ QİŞ tərəfindən xx.xx.2014cü il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2014, tip UNİVERSAL, ağ mirvari rəngli, mühərrik PE20500254, Ban JMZKE**********06, MAZDA CX-5 minik markalı, ** XS *** dövlət dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxsdır; AB N seriyalı 455506 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs adına B dərəcəli sürücülük vəsiqəsi xx.xx.2011-ci il tarixdə verilmişdir. Sürücülük vəsiqəsi xx.xx.2021-ci il tarixinədək etibarlıdır; Qaradağ Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin rəisi polis mayoru Vüqar Orucov tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, AR DİN BDYPİnin X1 məlumatına əsasən Şəxs sürücülük hüququ yoxdur. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxs Şəxs qarşı heç bir şikayət və tələbinin olmamasının məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1), habelə zərərçəkmiş şəxsin ona heç bir şikayət və tələbi olmaması (İXM 32.2) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-64/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-64/2021
08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver