Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-64/2023 18.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi ilə, X1 tərəfindən Bakı şəhər X3 İdarəsinin 04 yanvar 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X1 tərəfindən Bakı şəhər X3 İdarəsinin 04 yanvar 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət daxil olmuşdur. Məhkəmə hesab edir ki, həmin materiallar aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli plenium qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İş materialları araşdırılarkən hadisənin Qaradağ rayon ərazisində baş verməsinə dair heç bir sübutun olmadığı müəyyən edilmişdir. Qeyd edilən hadisə Bakı şəhəri, Yasamal rayonu ərazisində baş vermişdir. X1 inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə qeydiyyatda olduğu yer üzrə baxılması üçün vəsatət əlavə etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110, 112 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 tərəfindən Bakı şəhər X3 İdarəsinin 04 yanvar 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə verilmiş şikayət aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilsin. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-64/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-64/2023
18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver