Məhkəmə qərarları › İş №3(002)-64/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-64/2025

10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-64/2025 10.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, Rəhimov Arif Rəfail oğlunun katibliyi, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən tərtib olunmuş EQ 25056868 saylı, 15 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən tərtib olunmuş EQ 25056868 saylı, 15 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə 15 dekabr 2024-cü il tarixli EQ seriyalı 25056868 saylı qərar qəbul edilmişdir. O, 15 dekabr 2024-cü il tarixli EQ seriyalı 25056868 saylı qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 600 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. O, “Howo ZZ3317 N 3867W Yük” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi olaraq barəsində qəbul edilmiş qərarın qanunsuz olduğunu bildirir və bu qərarda göstərilən maddə ilə özünü təqsirli hesab etmir. 15 dekabr 2024-cü il tarixində Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqamətində idarə etdiyi avtomobillə hərəkət edərkən, nəqliyyat vasitəsinin çəkisi çəki ölçmə nəzarət sistemi ilə ölçülmüşdür. Bu ölçməni həyata keçirən cihazın “Kistler 9835A” markalı elektron cihaz olduğu qeyd edilərək, nəticədə onun inzibati xəta törətdiyi qənaətinə gəlindiyi bildirilmişdir. Qəbul edilmiş inzibati tənbeh vermə qərarında qeyd edilir ki, o, **-FR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki həddini aşmışdır. Halbuki nəqliyyat vasitənin çəkisi icazə verilən çəki həddindədir və heç bir yükləmə həddi aşılmamışdır. Bu faktı nəzərə alaraq, o heç bir inzibati xətaya yol verməmişdir. Buna baxmayaraq barəsində qanunsuz olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Ona tətbiq edilən bu inzibati tənbeh, faktlara və mövcud qanunvericiliyə zidd olaraq verilmişdir. Belə çıxır ki, polis əməkdaşları öz üstün mövqelərindən istifadə edərək istədikləri şəxsi ittiham edə və cərimə edə bilər. Məhz bu halın qarşısının alınması üçün qanunvericilik inzibati xətanın törədilməsini sübut etmək vəzifəsini bu barədə qərar qəbul etmiş şəxsin üzərinə qoymuşdur. Buna görə də indiki halda 15 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında qərar qəbul etmiş əməkdaşın qərarın qəbulu üçün əsas olmuş halları sübuta yetirməsi vacibdir. Qeyd edilənlərə əsasən barəsində tərtib edilmiş inzibati xəta haqqında qərar əsassız olduğundan ləğv edilməsini və icraata xitam verilməsini xahiş edir. İnzibati protokol tərtib edən orqana və qərardan şikayət verən şəxsə işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati protokol tərtib edən orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən aydın olur ki, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən tərtib olunmuş EQ 25056868 saylı, 15 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov www. garadagcourt.gov.az Elektron ünvan İş № 3(002)-64/2025 xx.xx.2025-ci il Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi İnzibati xətalar haqında işlər üzrə BİLDİRİŞ X2 Kürdəmir rayonu, Karrar qəsəbəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə X3 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 25056868 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə verilmiş şikayətə mahiyyəti üzrə baxılması xx.xx.2025-ci il tarixə, saat 16:00-a məhkəmə binasına təyin edilmişdir. İş üzrə Sizdə olan bütün sübutlarınızı məhkəməyə təqdim edə bilərsiniz. Qeyd edilən tarixdə məhkəmə iclasında iştirak etməyiniz xahiş olunur. Qeyd: məhkəmədə iştirak etmək səlahiyyətinə malik olan şəxsin şəxsiyyətini və səlahiyyətini təsdiq edən sənədinin məhkəməyə təqdim edilməsi zəruridir. Hakim Teymur Qurbanov AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ AZ-1063 Lökbatan qəsəbəsi, Bünyədzadə küç., 3 Tel: (012) 445-31-84, Faks: (012) 445-31-84 www. garadagcourt.gov.az Elektron ünvan İş № 3(002)-64/2025 xx.xx.2025-ci il Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi İnzibati xətalar haqında işlər üzrə BİLDİRİŞ X2 Quba rayonu, Dəlləkli kəndi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə X3 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 25056868 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə verilmiş şikayətə mahiyyəti üzrə baxılması xx.xx.2025-ci il tarixə, saat 15:10-a məhkəmə binasına təyin edilmişdir. İş üzrə Sizdə olan bütün sübutlarınızı məhkəməyə təqdim edə bilərsiniz. Qeyd edilən tarixdə məhkəmə iclasında iştirak etməyiniz xahiş olunur. Qeyd: məhkəmədə iştirak etmək səlahiyyətinə malik olan şəxsin şəxsiyyətini və səlahiyyətini təsdiq edən sənədinin məhkəməyə təqdim edilməsi zəruridir. Hakim Teymur Qurbanov AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ AZ-1063 Lökbatan qəsəbəsi, Bünyədzadə küç., 3 Tel: (012) 445-31-84, Faks: (012) 445-31-84 www. garadagcourt.gov.az Elektron ünvan İş № 3(002)-64/2025 xx.xx.2025-ci il Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi İnzibati xətalar haqında işlər üzrə BİLDİRİŞ X2 Kürdəmir rayonu, Karrar qəsəbəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə X3 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24993691 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə verilmiş şikayətə mahiyyəti üzrə baxılması xx.xx.2025-ci il tarixə, saat 16:10-a məhkəmə binasına təyin edilmişdir. İş üzrə Sizdə olan bütün sübutlarınızı məhkəməyə təqdim edə bilərsiniz. Qeyd edilən tarixdə məhkəmə iclasında iştirak etməyiniz xahiş olunur. Qeyd: məhkəmədə iştirak etmək səlahiyyətinə malik olan şəxsin şəxsiyyətini və səlahiyyətini təsdiq edən sənədinin məhkəməyə təqdim edilməsi zəruridir. Hakim Teymur Qurbanov AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ AZ-1063 Lökbatan qəsəbəsi, Bünyədzadə küç., 3 Tel: (012) 445-31-84, Faks: (012) 445-31-84 www. garadagcourt.gov.az Elektron ünvan İş № 3(002)-64/2025 xx.xx.2024-cü il Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi İnzibati xətalar haqında işlər üzrə BİLDİRİŞ X2 Bakı şəh., Binəqədi r-nu, Binəqədi qəs., Məd. 2, kor. 93, ev 16B Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə X3 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə verilmiş şikayətə mahiyyəti üzrə baxılması xx.xx.2024-cü il tarixə, saat 16:15-ə məhkəmə binasına təyin edilmişdir. İş üzrə Sizdə olan bütün sübutlarınızı məhkəməyə təqdim edə bilərsiniz. Qeyd edilən tarixdə məhkəmə iclasında iştirak etməyiniz xahiş olunur. Qeyd: məhkəmədə iştirak etmək səlahiyyətinə malik olan şəxsin şəxsiyyətini və səlahiyyətini təsdiq edən sənədinin məhkəməyə təqdim edilməsi zəruridir. Hakim Teymur Qurbanov AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ AZ-1063 Lökbatan qəsəbəsi, Bünyədzadə küç., 3 Tel: (012) 445-31-84, Faks: (012) 445-31-84 www. garadagcourt.gov.az Elektron ünvan İş № 3(002)-64/2025 xx.xx.2024-cü il Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi İnzibati xətalar haqında işlər üzrə BİLDİRİŞ X2 Bakı şəh., Binəqədi r-nu, Binəqədi qəs., Məd. 2, kor. 93, ev 16B Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə X3 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə verilmiş şikayətə mahiyyəti üzrə baxılması xx.xx.2024-cü il tarixə, saat 16:20-ə məhkəmə binasına təyin edilmişdir. İş üzrə Sizdə olan bütün sübutlarınızı məhkəməyə təqdim edə bilərsiniz. Qeyd edilən tarixdə məhkəmə iclasında iştirak etməyiniz xahiş olunur. Qeyd: məhkəmədə iştirak etmək səlahiyyətinə malik olan şəxsin şəxsiyyətini və səlahiyyətini təsdiq edən sənədinin məhkəməyə təqdim edilməsi zəruridir. Hakim Teymur Qurbanov AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ AZ-1063 Lökbatan qəsəbəsi, Bünyədzadə küç., 3 Tel: (012) 445-31-84, Faks: (012) 445-31-84 www. garadagcourt.gov.az Elektron ünvan İş № 3(002)-64/2025 xx.xx.2022-ci il Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi İnzibati xətalar haqında işlər üzrə BİLDİRİŞ X3 Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Torağay yolu, ev 5, mənzil 3 Baş X5 İdarəsinə Bakı şəhəri, Xırdalan-Binəqədi şossesi 4 X3 tərəfindən Baş X5 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 24640081 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə verilmiş şikayətə mahiyyəti üzrə baxılması xx.xx.2022-ci il tarixə, saat 16:00-a məhkəmə binasına təyin edilmişdir. İş üzrə Sizdə olan bütün sübutlarınızı məhkəməyə təqdim edə bilərsiniz. Qeyd edilən tarixdə məhkəmə iclasında iştirak etməyiniz xahiş olunur. Qeyd: məhkəmədə iştirak etmək səlahiyyətinə malik olan şəxsin şəxsiyyətini və səlahiyyətini təsdiq edən sənədinin məhkəməyə təqdim edilməsi zəruridir. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar