Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-640/2025 12.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X2, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətindən Qaradağ rayon Məhkəməsinə Şəxs MMC-in İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələbi pozularaq Şəxs MMC tərəfindən Şahid2 xx.xx.2025-ci il tarixində və xx.xx.2025-ci il tarixdə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Ona görə də Şəxs MMC barəsində 08 aprel 2025-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X4 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, 24 fevral 2025-ci il tarixdə X3 Xidmətinə vətəndaş Şahid2 ərizə ilə müraciət edərək Şəxs MMC tərəfindən 21 yanvar 2025-ci il tarixində işə qəbul olunduğunu və 22 yanvar 2025-ci il tarixində müəssisə tərəfindən müharibə iştirakçısı olduğuna görə məzuniyyət günlərinin sayının çox olması səbəbindən onunla bağlı əmək müqaviləsinə xitam verildiyini bildirmiş, məsələnin araşdırılmasını xahiş etmişdir. Faktla bağlı xx.xx.2025-ci il tarixində Şəxs MMC-nin əməkdaşı Şahid1 təmsil etdiyi İdarədə izahat verərək Şahid2 21-22 yanvar 2025-ci il tarixində Şəxs MMC işlədiyini bildirmişdir. Əmək Müfəttişliyi tərəfindən işin hallarının araşdırılması üçün Şəxs MMC-yə müracitə edilərək müvafiq sənədlər təqdim edilmiş, Şəxs MMC-dən DƏMX-yə ünvanlanmış 28 fevral 2025-ci il tarixli məktubda Şahid2 ilə əmək müqaviləsi yekunlaşmadığı və müraciət edilən sənədlərin təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Beləlikə araşdırma zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən Şahid2 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Odur ki, Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi Vəkil təmsil etdiyi şirkət barəsində tərtib edilmiş ptorokolu qəbul etməyərək və məhkəməyə yazılı formada müdafiəçinin çıxışını təqdim edərək göstərmişdir ki, X1 Bakı Şəhər İdarəsi tərəfindən nümayəndəsi olduğu hüquqi şəxs barəsində Əmək Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati icraat başlanmış, xx.xx.2025-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məqsədilə qərar verilməsi üçün xx.xx.2025-ci il tarixli, ******* saylı qərardadla aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Tərtib edilmiş protokolda nümayəndəsi olduğu hüquqi şəxs tərəfindən güya inzibati xəta törədilməsini təsdiq edən fakt kimi Şahid1 izahatı göstərilmişdir. Qeyd edilən izahat üç cümlədən ibarət olmaqla özündə həqiqətə uyğun olmayan məlumatları əks etdirmişdir. Belə ki, Şahid1 qeyd etmişdir ki, güya Şahid2 21xx.xx.2025-ci il tarixlərində qeyd edilən şirkətdə çalışmışdır. Halbuki onun bu izahatı elektron məhkəmə informasiya sistemi vasitəsilə təqdim etdikləri və nümayəndəsi olduğu hüquqi şəxsdə əmək fəaliyyəti həyata keçirən şəxslər tərəfindən təkzib edilməkdədir və həmin şəxslərin də izahatları Əmək Müfəttişliyi Xidməti tərəfindən araşdırma aparılarkən təqdim edilsə də məhkəməyə göndərilən icraat materiallarına əlavə edilməmişdir. Digər tərəfdən Şahid1 nümayəndəsi olduğu hüquqi şəxsin səlahiyyətli şəxsinin xx.xx.2024-cü il tarixli, 160-K saylı əmri ilə xx.xx.2025-xx.xx.2025-ci il tarixinədək əmək məzuniyyətinə buraxılmış və xx.xx.2025-ci il tarixi işə başlamalı olduğu gün hesab edilmişdir. Yəni Şahid1 izahatında qeyd etdiyi xx.xx.2025-ci il tarixində iş yerində olmamış, əmək məzuniyyətində olmuşdur. Buradan da göründüyü kimi qeyd edilən şəxs əmək məzuniyyətində ola-ola kimin iş yerində əmək funksiyalarının icrasına cəlb edilibedilməməsini bilə bilməzdi və bunu təsdiq edə bilməzdi. Eyni zamanda Şahid2 hər hansı izahatı iş materiallarına əlavə edilməmiş, sadəcə onun 1 saylı Bakı Dost Mərkəzinə 24.02.205-ci il tarixində ünvanladığı müraciət əlavə edilmişdir. Həmin müraciətdə onun tərəfindən güya onun xx.xx.2025-ci il tarixində işə qəbul olunduğu, xx.xx.2025-ci il tarixində isə xitam verildiyi qeyd edilmişdir. Əmək Müfəttişliyi Xidməti tərəfindən "araşdırma" aparılarkən onun izahatı alınmamış, hansı əmək funksiyalarının icrasına "cəlb edildiyi" müəyyən edilməmişdir. Sadəcə qeyd edilən "faktın təsdiqi” olaraq Şahid1 izahatı əsas götürülmüşdür. Bundan əlavə o müraciətində hər hansı əmək funksiyalarının icrasına cəlb olunması barədə hər hansı məlumat verməmiş əsassız olaraq güya "işǝ qəbul olunduğunu” və sabahısı gün yəni xx.xx.2025-ci il tarixində "əmək müqaviləsinə xitam verildiyini" qeyd etmişdir. Halbuki o işə qəbul olunması ilə bağlı əmək qanunvericiliyinə uyğun olaraq elektron informasiya sistemindən hər hansı bildiriş əlavə edə bilməmiş, bu hal Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsi tərəfindən də müəyyən edilməmişdir. Bundan əlavə nə hikmətdirsə Şahid2 əmək müqaviləsinin bağlandığını və daha sonra ona xitam verildiyini iddia etdiyi gündən 1 (bir) ay sonra özü də Şahid1 əmək müqaviləsinə xitam verildiyi və gün 1 saylı DOST Mərkəzinə müraciət etmişdir. Qeyd edilən 1 (bir) ay ərzində nə üçün müraciət etmədiyini, nəyə görə məhz Şahid1 əmək müqaviləsinə xitam verildiyi gün müraciət etməsi də müəmmalıdır. O öz izahatında daha sonra göstərmişdir ki, Şahid2 21 yanvar 2025-ci il tarixdə təmsil etdiyi şirkətdə olsa da nə həmin gün, nə də ki növbəti gün ilkin razılaşmada göstərildiyi kimi “operator” vəzifəsinə aid heç bir əmək funksiyasını icra etməmiş, iş günü ərzində işdə olmamış və onunla bağlanmış əmək müqaviləsi rəsmiləşdirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 192.1-ci maddəsinin tələbləri çərçivəsində inzibati xəta tərkibinin yaranması üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halı mövcud olmalıdır. Yuxarıda qeyd edilən təkzibedilməz faktlar sübut edir ki, Şahid2 hər hansı əmək funksiyasının icrasına cəlb edilməsi halı mövcud olmamışdır. İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən iznibati xəta hadisəsi olmadıqda başlanmış inzibati xəta üzrə icraata xitam verilir. Qeyd etdiklərinə əsasən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında başlanılmış iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid2 öz izahatında bildirmişdir ki, evli, ali təhsilli olmaqla Vətən Müharibəsi iştirakçısıdır. Hal-hazırda taksi fəaliyyəti ilə məşğul olur. Şəxs MMC-yə dostu Şamilin vasitəsilə işləmək üçün müraciət etmişdir. 21 yanvar 2025-ci il tarixdə şirkət ilə əmək müqaviləsi bağlamış, ona operator köməkçisi vəzifəsində işləyəcəyi bildirilərək vəzifə təlimatı ilə tanış olması bildirilmişdir. O həmin gün şirkətdə yalnız təlimat oxumaqla məşğul olmuş, növbəti gün, yəni 22 yanvar 2025-ci il tarixdə işə gələrkən şirkətin rəhbəri onu çağıraraq müharibə iştirakçısı olduğundan ona veriləcək məzuniyyət günlərinin çox olduğunu bildirmiş, buna görə də əmək müqaviləsinə xitam verildiyini bildirmişdir. O öz izahatında daha sonra bildirmişdir ki, 21 yanvar 2025-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə əsasən o cilalama dəzgahında operator vəzifəsini, yəni qeyd olunan aparatı idarə etməklə məşğul olmalı idi, lakin belə bir işlə məşğul olmamışdır. Məhkəmə iclasında iştirak edən Şahid1 öz izahatında bildirmişdir ki, hazırda "xxxx" MMC-də elektrik mühəndisi işləyir. 2024-2025-ci illərdə Şəxs MMC-də elektrik mühəndisi işləmişdir. Şahid2 ilə dostluq münasibətləi var. Buna görə də Şəxs MMC-də işləyərkən şirkətdə cilalama operatoru vəzifəsi boş olduğuna görə İmana şirkətə “CV” göndərməsini təklif etmişdir. İman 21 yanvar 2025-ci il tarixdə şirkətdə işə girmiş, o isə həmin gün məzuniyyətdə olmuşdur. 22 yanvar 2025-ci il tarixdə İmanla birlikdə işə getmişlər. İman şirkətdə yalnız vəzifə təlimatını öyrənmiş, hər hansı işlə məşğul olmamışdır. Belə ki, o təlimatı öyrəndikdən bir həftə sonra işə başlayacaqdı. 22 yanvar 2025-ci il tarixdə ona məlum olmuşdur ki, İmanı müharibə iştirakçısı olmaqla əmək məzuniyyəti günlərinin sayının çox olması səbəbilə işdən çıxarmışlar. Məhkəmə tərəflərin izahatını və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC-nin barəsində tərtib olunmuş protokol əsassız olduğundan iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasının gedişində şahidlər Şahid2 və Şahid1 verdiyi izahatlardan da aydın olur Şahid2 xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməmişdir. Sonuncu 21 və 22 yanvar 2025-ci il tarixlərdə özünün deməsinə görə yalnız vəzifə təlimatı ilə tanış olmuş, hər hansı əmək funksiyasını icra etməmişdir. Baxmayaraq ki, iş materiallarında olan və onunla şirkət arasında bağlanmış 21 yanvar 2025-ci il tarixli əmək müqaviləsində işçinin Şəxs MMC-də operator vəzifəsinə işə qəbul edildiyi və əmək funskiyasında təlimatla tanış olmasına dair heç bir müddəanın olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.2. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Odur ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata əməldə inzibati xətanın tərkibi olmadığına görə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 53.0.1 və 53.0.2-ci maddələrinin tələblərindən aydın olur ki, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin, 53, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-640/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-640/2025
12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver