Məhkəmə qərarları › İş №3(002)-642/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-642/2021

04.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-642/2021 04.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru polis leytenantı X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, 18 yanvar 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon Məhkəməsinə Azərbaycan Respublikası DİN-nin Qaradağ RPİ tərəfindən Şəxs barəsində İXM-nin 332.4-cü maddəsi ilə inzibati material daxil olmuşdur. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 26 mart 2021-ci il tarixdə, saat 15:40 radələrində “Binə” Ticarət Mərkəzində dayanma meydançasında hərəkət edərkən sola dönüb manevr edərkən manevr qaydasını pozmuş, nəticədə qarşı tərəfdən onun sol istiqamətindən gələn “Chevrolet” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, Şəxs avtomobili idarə etmək üçün sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. Hadisə nəticəsində hər iki avtomobilə maddi ziyan dəymişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru polis leytenantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 13 aprel 2021-ci il tarixli AP ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru polis leytenantı X2 öz izahatında protokolu müdafiə edərək, sürücü Şəxs inzibati məsuliyyətə cəlb olunmasnı xahiş etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, Şəxs sürücülük vəsiqəsi olsa da, Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qərarı ilə Şəxs İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ altı ay müddətinə məhdudlaşdırılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, 26 mart 2021-ci il tarixdə idarə etdiyi “Xəzər LX” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili “Binə” Ticarət Mərkəzinə “X5” tərəfdən girişdən daxil olub sola dönmək istəmişdir. Yol dar və ensiz olduğu üçün avtomobili əvvəlcə sağ tərəfə sürüb sola döndərən zaman sağ tərəfdən gələn “Chevrolet Cruze” markalı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində heç kim xəsarət almamışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı siğorta şirkəti ödəmiş və bunun nəticəsində zərərçəkmiş şəxslə barışmışdır. O, öz izahatında daha sonra göstərmişdir ki, Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qərarından xəbəri olmamış, yəni nəqliyyat vasitələrini idarə etmə hüququnun altı ay müddətinə məhdudlaşdırıldığını bilməmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” MMC tərəfindən verilmiş etibarnamənin surətindən aydın olur ki, verilir “xxxx” MMC tərəfindən Şəxs ondan ötrü ki, “xxxx” MMC ilə Şəxs arasında bağlanmış 10.10.2020-ci il tarixli MAS-2883 saylı “X4” əsasında lizinqə verilmiş bir ədəd “Khazar LX” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD 885617 seriyalı, 2020-ci il buraxılışlı, ban № NVABA1HHFLF632732, mühərrik № null, ağ rəngli) maşın yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. Etibarnamə 10 mart 2021-ci il tarixdən 10 aprel 2021-ci il tarixədək etibarlıdır. İş materiallarında olan Qaradağ RPİ DYPŞ-nın rəisi polis mayoru Vüqar Orucov tərəfindən qəbul edilmiş 13 aprel 2021-ci il tarixli qərardan aydın olur ki, “Khazar” markalı, **-PN-*** qeydiyyat nişanlı avtomaşının sürücüsü barədə iş üzrə inzibati icraat dayandırılmışdır. Qaradağ RPİ-nin DYPŞ-nın rəisi polis mayoru Vüqar Orucov tərəfindən qəbul edilmiş 13 aprel 2021-ci il tarixli digər qərardan aydın olur ki, Khazar” markalı, **-PN- *** qeydiyyat nişanlı avtomaşının sürücüsünün yol hərəkəti qaydalarını pozması barədə iş üzrə inzibati icraat təzələnmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs tərəfindən yuxarıda qeyd olunan inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsi daha məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar