Məhkəmə qərarları › İş №3(002)-643/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-643/2025

28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-643/2025 28.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin X7i şöbəsinin YNH üzrə baş inspektoru X1, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti “MAN TGX 18.460 4X2 BLS” yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barəsində məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmiş, bununla da, Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin X7i şöbəsinin YNH üzrə baş inspektoru X3 çıxış edərək bildirdi ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti “MAN TGX 18.460 4X2 BLS” yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barəsində məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Belə ki, hüquqi şəxs tərəfindən sorğu məktubu xx.xx.2025-ci il tarixdə təhvil alınmasına baxmayaraq, xx.xx.2025-ci il tarixdə poçta təhvil verilmiş və müddət ötdükdən sonra Qaradağ RPİ-nin DYPŞ-nə çatdırılmışdır. Bununla da, Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu müdafiə edərək, hüquqi şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəmə iclasında təqdim etdiyi sənədi tədqiq etdikdən sonra X3 iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 izahatında bildirdi ki, şirkətə məxsus bütün nəqliyyat vasitələrinin hansı işçilərə təhkim olunması ilə bağlı xüsusi siyahı tərtib olunaraq Qaradağ RPİ-nin DYPŞ-nə verilməsinə baxmayaraq, yenidən hüquqi şəxsə sorğular göndərilir. O cümlədən, “MAN TGX 18.460 4X2 BLS” yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barəsində məlumatı səlahiyyətli orqana sorğunu xx.xx.2025-ci il tarixdə təhvil aldıqları gündən 5 gün ərzində, xx.xx.2025-ci il tarixdə poçt vasitəsilə göndərilmişdir. Poçt göndərişinin izlənilməsinə dair məlumatdan görünür ki, hüquqi şəxsin səlahiyyətli orqana ünvanlandığı məktub xx.xx.2025-ci il tarixdə poçt tərəfindən qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə səlahiyyətli orqanın ərazisində fəaliyyət göstərən poçt məntəqəsinə daxil olmuş və xx.xx.2025-ci ildə səlahiyyətli orqana təhvil verilmişdir. Poçt göndərişinin təyinat ünvanına gec çatdırılması hüquqi şəxsin məsuliyyəti hesab edilməməlidir. Qeyd olunanlardan aydın görünür ki, hüquqi şəxs tərəfindən hər hansı inzibati hüquq pozuntusuna yol verilməmişdir. Göstərilənləri nəzərə alaraq, inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Ona görə də, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nin Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış sorğudan görünür ki, həmin hüquqi şəxsin mülkiyyətində olan “MAN TGX 18.460 4X2 BLS” yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 iş günü müddətində verilməməsinə görə hüquqi şəxs (vəzifəli şəxs) barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. İş materiallarına əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Qaradağ RPİ-nin DYPŞ-nin Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı sorğu məktubu xx.xx.2025-ci il tarixdə təhvil alınmışdır. İş materiallarına əlavə edilmiş poçt göndərişinin izlənilməsinə dair məlumatdan görünür ki, hüquqi şəxsin səlahiyyətli orqana ünvanlamış olduğu məktub xx.xx.2025-ci il tarixdə poçt tərəfindən qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə səlahiyyətli orqanın ərazisində fəaliyyət göstərən poçt məntəqəsinə daxil olmuş və xx.xx.2025-ci ildə səlahiyyətli orqana təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Qaradağ rayon X7 Şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Daxili İşlər Nazirliyi Qaradağ rayon X7 Şöbəsinə rəsmi müraciət olunaraq şirkətə məxsus “MAN TGX 18.460 4X2 BLS” yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə inzibati xətanın törədilməsi zamanı fiziki şəxs Rəfail Qədirovun idarə etdiyini bildirilmişdir. Həmin məktub Qaradağ rayon X7 Şöbəsində xx.xx.2025-ci il tarixdə təhvil alınmışdır. Məhkəmə iş materiallarına əsasən hesab edir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Daxili İşlər Nazirliyi Qaradağ rayon X7 Şöbəsinə rəsmi müraciət edərək xx.xx.2025-ci il tarixdə inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barədə səlahiyyətli orqana xx.xx.2025-ci il tarixdə məlumat verdiyindən ünvanlanmış sorğuya qanunvericiliklə nəzərdə tutulmuş müddətdə cavablandırılmaması halı mövcud deyildir. Məhkəmə nəzərə alır ki, poçt göndərişinin təyinat ünvanına gec çatdırılması hüquqi şəxsin məsuliyyəti hesab edilməməlidir. Bununla da, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) həmçinin, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar