Məhkəmə qərarları › İş №3(002)-646/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-646/2024

29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-646/2024 29.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi Şikayət vermiş şəxs X3, Qaradağ RPİ DYPŞ-nin inspektoru, polis leytenantı X2 iştirakları ilə, X3 Qaradağ RPİ DYPŞ-nin TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X1 RPİ DYPŞ-nin TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. X5 şikayətini onunla əsaslandırılmışdır ki, o, Qaradağ rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarı ilə İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 80 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş protokol və qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin qərarda qeyd edilir ki, guya o, xx.xx.2023-cü il tarixdə, saat 12:31-də Heybət yolu istiqamətində idarə etdiyi “X9” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuşdur. Bildirir ki, o, heç bir qanun pozuntusuna yol verməmişdir. Belə ki, onun heç bir günahı olmamış, kamera görüntüləri çıxarılarsa günahkar olmadığı tam aşkar edilə bilər. Belə ki, həmin vaxtı yolayrıcını keçmə qaydalarını pozmamış və dairəyə daxil olarkən orada heç bir avtomaşın olmamışdır. Polis əməkdaşları onu saxlayaraq protokol tərtib etmişlər. Barəsində tərtib edilmiş protokoldan narazı olmuş və bu barədə Daxili İşlər Nazirliyinə, BDYPİ-nə onlayn şikayət etsə də heç bir araşdırma aparılmadan barəsində əsassız olaraq qərar qəbul edilmişdir. Qanun pozuntusuna yol verməyinə dair ona heç bir görüntü təqdim edilməmiş və bütün bunların məhkəmə prosesində araşdırılmasını istəyir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 121-ci və 122-ci maddələrinə əsasən inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə uyğun olaraq bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində əsasən həmin maddədə nəzərdə tutulan foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən xətalar üzrə birbaşa elektron qərar çıxarılır. Protokol yalnız İnzibati Xətalar Məcəlləsinin 124-cü maddəsində nəzərdə tutulan qaydada səlahiyyətli vəzifəli şəxs bilavasitə aşkar edilən inzibati xətalar üzrə çıxarıla bilər. Barəsində inzibati xəta səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmədiyindən, müvafıq protokolun tərtib edilməsi anlaşılmazdır. Xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aşkar edildiyi ona edilən telefon SMS-lə bildirilsə də, həmin foto və ya video materiallar elektron kabinetinə yerləşdirilməyib. Bu isə İnzibati Xətalar Məcəlləsinin 38.6-cı və 122.3.1-ci maddələrinə ziddir. İnzibati Xətalar Məcəlləsinin 135.1.5-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardır. Bu səbəbdən də barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərar əsassız olduğundan ləğv edilməlidir. Yuxarıda qeyd etdiklərinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ RPİ DYPŞ-nin TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və əməlində inzibati xata tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 ərizəsinin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ DYPŞ-nin inspektoru, polis leytenantı X4 bildirdi ki, Heybət yolu istiqamətində “X9" markalı 01CN236 dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü tərəfindən yolayrıcını keçmə qaydalarının qaydalarının pozulması halı müəyyən edildiyindən, sonuncu barəsində müvafiq protokol tərtib edilmiş, həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətçini dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmənin gəldiyi qənaətə görə şikayətçi X5 tərəfindən İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları və videogörüntü ilə öz təsdiqini tam olaraq tapdığından, sonuncunun həmin maddə ilə təqsirli bilinib tənbeh edilməsi qanuni və əsaslı olmuşdur. Bu səbəbdən də Qaradağ RPİ DYPŞ-nin TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan X3 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X3 Qaradağ RPİ DYPŞ-nin TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar