Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-647/2024 06.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1987-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində iki azyaşlı uşağı olan), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 13 fevral 2024-cü il tarixli, İXP ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 13 fevral 2024-cü il tarixdə, saat 19:47-də «VAZ 2107» minik markalı ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən ünvan 2 ünvanında saxlanılmış, bu zaman onun hərəkətlərində İXM-nin 327.1-ci və 333-1.1-ci maddəsinin tələblərini pozması aşkar edilmişdir. Məhkəmənin 28 fevral 2024-cü il tarixli iclasında iştirak edən Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru polis baş serjantı X1 öz izahatında tərtib edilmiş protokolu müdafiə edərək göstərmişdir ki, 13 fevral 2024-cü il tarixdə, saat təxminən 19:47 radələrində «VAZ 2107» minik markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılmışdır. Bu zaman yol polisi əməkdaşı sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş və ona törətdiyi əməlin inzibati xəta olduğunu bildirmiş, bu zaman sürücünün həm də narkotik sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. Nəticədə sürücü Şəxs buna heç bir etiraz etmədiyi üçün sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçirilmiş və onda metanfetamin qəbulu faktı aşkar olunmuşdur. Nəticədə sürücü Şəxs İXM-nin 327.1-ci və 333-1.1-ci maddələrinə əsasən 13 fevral 2024cü il tarixdə barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Hal-hazırda da tərtib edilmiş protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirlərinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında törətdiyi əməli etiraf etməyərək göstərmişdir ki, Şirvan şəhəri, Energetik küçəsi 4, 330 saylı fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Himayəsində iki azyaşlı uşağı olmaqla rəsmi qaydada heç bir yerdə işləməməklə fəhləliklə məşğul olur. Bundan başqa qardaşı 2006-cı ildə şəhid olmuşdur. 13 fevral 2024cü il tarixdə, saat 19:47 radələrində ünvan 2 ərazisində ** BG *** dövlət qeydiyyat nişanlı «VAZ 2107» markalı avtomobili ilə hərəkətdə olarkən YPX əməkdaşı onu saxlamış və onda narkotik sərxoşluğu olduğunu bildirilərək tibbi müayinədən keçməsi təklif edilmişdir. O heç vaxt narkotik vasitə və ya psixatrop maddə istifadə etmədiyi üçün buna etiraz etməmiş və tibbi müayinədən keçmişdir. Lakin ona məlum olmayan səbəbdən müayinə zamanı onda metamfetamin qəbulu faktı aşkar olunmuşdur. O bu aktla razılaşmamış, lakin hüquqi savadsızlığı ucbatından bir müddət keçdikdən sonra, ona tövsiyyə edilmişdir ki, özü gedib könüllü tibbi müayinədən keçə bilər. O da 20 fevral 2024-cü il tarixdə narkoloji mərkəzə gedərək müayinədən keçmiş və onda hər hansı bir narkotik və ya psixatrop maddələrdən istifadə etmə halları müəyyən edilməmişdir. Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qayadaları”na əlavə, 652 saylı, 13 fevral 2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından aydın olur ki, Şəxs 13 fevral 2024-cü il tarixdə, saat 18:40 radələrində müayinədən keçirilərkən onda narkotik vasitə olan metafentamin qəbulu faktı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 13 fevral 2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs qeyd olunan tarixdə, saat 19:47-də İXM-nin 327.1-ci və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs məhkəmə iclasının gedişində məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsin “Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixatrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədilə ilə tibbi müayinənin keçirilməsi haqqında” 20 fevral 2024-cü il tarixli, 593 nömrəli aktdan aydın olur ki, Şəxs həmin gün müayinədən keçirilərkən şəxsin sidiyində COC(-) mənfi, BZO (-) mənfi, AMP (-) mənfi, THC (-) mənfi, OPİ (-) mənfi, BAR (-) mənfi, TMC (-) mənfi, MET (-) mənfi, aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə baxışı zamanı Şəxs təqdim etdiyi 20 fevral 2024-cü il tarixli müayinə aktına münasibətdə isə məhkəmə hesab edir ki, ilkin müayinədən yəni 13 fevral 2024-cü il tarixdən, sonrakı müayinəyə yəni, 20 fevral 2024-cü il tarixədək keçən yeddi gün müddət ərzində şəxsin sidiyində narkotik və ya psixatrop maddələrin əlamətlərinin qalmaması mümkündür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları, törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xətanı törətmiş şəxsin əməlinə tənqidi yanaşmasını və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-647/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-647/2024
06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver