Məhkəmə qərarları › İş №3(002)-65/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-65/2023

17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-65/2023 17.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nın polis sahə inspektoru, polis leytenantı X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakıları ilə, xx xxxx 1997-ci ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Yağlıvənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, yataqxana 16 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ RPİ-nin 10-cu PB-nın sahə inspektoru, polis leytenantı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 17 yanvar 2023-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Protokol 11 yanvar 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar əsasında tərtib edilmişdir. Qeyd olunan qərara və protokola əsasən Şəxs 01 yanvar 2023cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Binə” TM-da X2 məxsus ümumi dəyəri 80 manat təşkil edən içərisində səkkiz cüt ayaqqabı və papış oğurlamışdır. Qaradağ RPİ-nin 10-cu PB-nın sahə inspektoru, polis leytenantı X5 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 01 yanvar 2023-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Binə” TM-da X2 məxsus içərisində səkkiz cüt ayaqqabı və papış oğurlamışdır. Bütün qeyd etdiklərinin nəzərə alınaraq sonuncu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. O öz izahatında oğurlanmış əşyaların hal-hazırda Qaradağ RPİ-nin 10-cu Polis Bölməsində təhqiqatçının otağında saxlanıldığını, həmin əşyaların zərərçəkmiş şəxsə verilib-verilməməsi barədə məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs X4 öz izahatında göstərmişdir ki, o Binə Ticarət Mərkəzində idman ayaqqabıları və papışların satışı ilə məşğuldur. 01 yanvar 2023-cü il tarixdə səhər saatlarında Binə ticarət mərkəzində xidmət aparan polis əməkdaşları ona zəng vuraraq ona məxsus mağazanın qarşısında piştaxtada olan ayaqqabı və papışların naməlum şəxs tərəfindən oğurlanıb aparılarkən saxladıqlarını ona bildirmişlər. Səhəri gün mağazaya gəldikdə həqiqiqətən ümumi dəyəri 80 manat təşkil edən ayaaqqabı və papışların oğurlandığını müəyyən etmişdir. Bundan sonra o 10-cu Polis Bölməsində olmuş, lakin ona mağazasından oğurlanmış ayaqqabılar təqdim olunaraq təhvil verilməmişdir. Yəni ona dəyən ziyan ödənilməmişdir. Təhqiqatçının otağında olarkən oğurlanmış ayaqqabılar ona təqdim olunmamış və təhvil verilməmişdir. Odur ki, oğurlanmış əmlakın hal-hazırda istifadəyə yararlı olub-olmamsını müəyyən edə bilmir. Buna görə də şikayətçidir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 01 yanvar 2023-cü il tarixdə tanışını Binə Ticarət Mərkəzində işə yola salırmış. Ticarət mərkəzindən çıxarkən ikinci sırada yerləşən mağazanın qarşısında yeddi-səkkiz cüt idman ayaqqabısı görmüş, mağazanın ətrafında heç kimin olmadığından əmin olub oğurluq etmək qərarına gəlmişdir. Bu zaman ticarət mərkəzində xidmətdə olan polis əməkdaşları onu görmüş və 10-cu Polis Bölməsinə gətirmişlər. Oğurladığı ayaqqabıları polis bölməsində təhvil vermişdir. O, hazırda törətdiyi əməldən peşiman olduğunu bildirərək, iş üzrə inzibati materiala xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, daxil olmuş materialı və inzibati xəta haqqında protokolu nəzərdən keçirib hesab edirki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında oğurladığı ayaqqabıları 10-cu polis bölməsində təhvil verdiyini qeyd etsə də 10-cu PB-da iş araşdırılarkən bu xüsusutlarla bağlı heç bir qeyd aparılmamış, maddi sübutların talehi barədə heç bir qərar qəbul edilməmiş və nəticədə zərərçəkmiş X2 dəymiş ziyanın ödənilməsi və oğurlanmış ayaqqabıların özünə qaytarılması istiqamətində heç bir addım atılmamışdır. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis mayoru Zamin Həsənov tərəfindən tərtib edilmiş 11 yanvar 2023-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən aydın olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, vətəndaş Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə qəbul edilmiş qərarın icra olunması üçün bölmənin aidiyyatı əməkdaşlarına həvalə edilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qaradağ rayon prokuroruna göndərilməsi, qərarın surətinin məlumat üçün maraqlı tərəfə göndərilməsi, materialın saxlanılması üçün Qaradağ RPİ-nin 10-cu PB-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. Qeyd olunan qərarda da maddi sübutlarların mövcud olub-olmaması, sahibinə təhvil verilib-verilməməsi və maddi sübutların vəziyyəti ilə bağlı heç bir araşdırma aparılmadığı müəyyən olunur. İş materiallarında olan 16 yanvar 2023-ci il tarixli, “inzibati qaydada tutma haqqında” protokoldan aydın olur ki, Şəxs 16 yanvar 2023-ci il tarixdə, 11:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən və İXM-nin 109-cu maddəsini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan yenidən araşdırılması məqsədilə Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi 10-cu Polis Bölməsinə geri qaytarılsın. Şəxs inzibati qaydada tutmadan məhkəmə zalından dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar