Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-651/2022 03.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X6, X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə, xx xxxx 1986-cı ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X12, borclu Şəxs barəsində protokol tərtib edərək, Binəqədi rayon Məhkəməsinin MTT(001)-108/2022 saylı, 14 mart 2022-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X12 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Binəqədi rayon Məhkəməsinin MTT(001)-108/2022 saylı, 14 mart 2022-ci il tarixli icra vərəqəsinə əsasən mübahisəyə mahiyyəti üzrə baxılıb iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək maraqlı şəxs X9 hər həftənin bazar günü saat 11:00-dan 15:00-a qədər 11 avqust 2009-cu il təvəllüdlü X13 və 20 sentyabr 2013-cü il təvəllüdlü Şərifzadə Rəhman Rövşən oğlu ilə maneəsiz və sərbəst şəkildə ünsiyyətdə olmaq (görüş) hüququnun verilməsi qərara alınmışdır. İcra vərəqəsi icraata daxil olduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. 16 may 2022-ci ildə X17 Qüdrət oğlu Qaradağ rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək təyin olunan vaxtda uşaqların yaşadıqları ünvana getsə də borclu Şəxs tərəfindən uşaqlara psixoloji təzyiq göstərilməsi üzündən uşaqların onunla ünsiyyətdə olmaqdan imtina etdiklərini bildirmiş və buna görə də borclunun inzibati və cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Qaradağ rayon İcra şöbəsinə dəvət olunan borclu onun tərəfindən icra sənədinin icrasına hər hansı bir etiraz olmadığını və X1 hər həftənin bazar günü saat 11:00-da uşaqların təqdim olunacağına dair izahat vermişdir. 16 may 2022-ci il tarixdə Qaradağ rayon İHBA-nın Qəyyumluq və Himayədarlıq Məslələri üzrə Komissiyasına yazılı müraciət edilərək məhkəmə qərarının icrasını təmin etmək məqsədilə müvafiq komissiya yaradılması, habelə borclu, tələbkar tərəfə və azyaşlılara lazimi psixloji dəstəyin göstərilməsi və uşaqların ataları ilə görüşməsinə mane olan halları müəyən edərək icra sənədinin hazırda icrasının mümkün olub-olmamasına dair rəy verilməsi xahiş edilmişdir. Bu məsələ ilə bağlı Qaradağ rayon İcra şöbəsinə 25 may 2022-ci i tarixdə daxil olmuş rəydə göstərilmişdir ki, Qaradağ rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Qəyyumluq və himayədarlıq məsələləri üzrə komissiya”-nın məsləhətçi psixoloqu Niyazi Əliyev tərəfindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən 11 avqust 2009-cu il təvəllüdlü X21 oğlu və 20 sentyabar 2013-cü il təvəllüdlü X19 oğlu ilə ayrıca söhbət aparılmış, onlardan ataları X15 ilə ünsiyyətdə olmaları barədə fikri öyrənilmişdir. Dinləmə zamanı azyaşlılar əvvəlcə ataları ilə görüşmək istəmədiklərini bildirsələr də bir neçə vaxt görüş və söhbətlər əsnasından sonra uşaqlarda ata və ata qohumlarına qarşı ünsiyyətləri dəyişməyə başlamışdır. Lakin azyaşlılar anaları Şəxs gördükdə fikirlərindən daşınmışlar. Borclu Şəxs söhbət və sözləri heç də ürəkaçan olmamışdır. Sanki onun uşaqlarla ataları arasında soyuqluq yaratmasının başqa səbəbləri vardır. Odur ki, görüş və söhbətlər əsnasından belə qənaətə gəlinir ki, uşaqların psixoloji durumuna borclu tərəfdən təsir olunmuşur. Həmin rəydə azyaşlılar X7 və X5 valideyn-övlad münasibətlərinin bərpa olunması üçün, uşaqların psixoloji durumuna kənardan müdaxilə olunmaması və mənafeyinin qorunması nəzərə alınmaqla ataları X15 ilə ünsiyyət hüquqlarının təmin olunması mümkün hesab edilmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, növbəti icra günü 27 may 2022-ci il tarixə təyin olunmuş və bu barədə tərəflərə rəsmi məlumat verilsə də borclu ilə borclu təyin edilmiş vaxtda azyaşlılarla birlikdə İcra Şöbəsinə gəlməmişdir. Bundan sonra borcluya məxsus ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlanılmış, əlaqə zamanı borclu icra şöbəsinə gəlməyəcəyini və azyaşlı övladlarını gətirməyəcəyini bildirmişdir. 27 may 2022-ci il tarixdə borclunun axtarışı haqqında qərar çıxarılmış və icra olunması üçün Qaradağ rayon Polis İdarəsinə göndərilmişdir. Qaradağ rayon Polis İdarəsi tərəfindən 03 iyun 2022-ci il tarixdə borclunun yeri müəyyən edilərək icra şöbəsinə təqdim edilmişdir. O, öz izahatında daha sonra göstərmişdir ki, borclu bu günədək icra sənədinin icrasında qərəzli olaraq yayınmış və bu səbəbdən də onun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 03 iyun 2022-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Buna görə də borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X15 öz izahatında bildirmişdir ki, icra vərəqində nəzərdə tutulduğu kimi övladları X13 və X10 ilə indiyədək görüşməyə cəhdlər etsə də Şəxs ona uşaqları göstərməkdən imtina etmişdir. Odur ki, Şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, icra vərəqəsindən xəbəri vardır, onun tərəfindən icra sənədinin icrasına hər hansı bir etiraz yoxdur. X1 hər həftənin bazar günü saat 11:00-da uşaqlar təqdim olunacaq. O öz izahatında daha sonra göstərmişdir ki, 27 may 2022-ci il tarixə təyin edilmiş görüşə gəlməməyinin və azyaşlı uşaqlarını gətirməməyinin səbəbi azyaşlı uşaqlarının ataları ilə görüşməkdən imtina etməsi və icra məmurunun onlarla kobud rəftarı zamanı azyaşlıların psixoloji durumuna mənfi təsir etməsi olmuşdur. Odur ki, iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən borclu Şəxs etibarnamə üzrə nümayəndəsi X11 öz izahatında borclu barəsində tərtib edilmiş protokolu qəbul etməyərək göstərmişdir ki, borclu icra vərəqəsinin icrasından yayınmamış, onun belə bir fikri də olmamış, sadəcə uşaqlar istəmədiyi üçün və icra şöbəsində görüş uşaqların psixoloji durumuna mənfi təsir etdiyinə görə borclu icra şöbəsində deyil, qərarda göstərildiyi kimi görüşmək istəmişdir. Odur ki, borclunun əməlində inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, tələbkarın, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs məhkəmə qərarının icrasından heç bir üzrlü səbəb olmadan yayınmış və azyaşlı övladlarının ataları ilə görüşməsinə maneə törətmişdir. Bu faktı iş materillarında olan Qaradağ rayon İHBA-nın Qəyyumluq və Himayədarlıq Məslələri üzrə Komissiyasının 23 may 2022-ci il tarixli rəyi də təsdiq edir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və hal-hazırda himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində aşağı həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-651/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-651/2022
03.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver