Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-653/2023 10.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Zərdab rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyat olmaqla ünvan 2i evdə yaşayan Şəxs barədə Qaradağ RPİ-nin 38-ci PB-dan daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X6 protoklu müdafiə edərək bildirmişdir ki, 13 mart 2023-cü il tarixdə Qaradağ RPİ-nin PPXB-nın polis nəfəri, polis serjantı İ. Qasımov raport yazaraq qeyd etmişdir ki, ünvan 3 ünvanında üç nəfər şəxsin uca səslə danışması səsəbilə onlara yaxınlaşmışdır. Onlarla söhbət edərkən həmin şəxslər marixuana çəkdiklərini etiraf etmişlər. Həmin şəxslər polis bölməsinə dəvət olunduqda onların ünvan 4 ünvanında yaşayan X7, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, 5 nömrəli yataqxanada yaşayan X3 və ünvan 2i evdə yaşayan Şəxs olduğu müəyyən olunmuşdur. X7, X3 və Şəxs eyni məzmunlu izahat yazaraq 13 mart 2023-cü il tarixdə, saat 00:30 radələrində ünvan 3 ünvanının yaxınlığında X4 internet vasitəsilə aldığı marixuananı çəkib qurtardıqdan sonra uca səslə danışarkən polis əməkdaşları onlara yaxınlaşmışlar. Buna görə də Şəxs barəsində İXM-nin 206-cı maddəsinə əsasən 10 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati protokol tərtib edilmişdir. O, həmin protokolu Qaradağ RPİ-nin 38-ci PB-nın baş təhqiqatçısı, polis mayoru Azər Vəliyevin 07 aprel 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarı əsasında tərtib etmişdir. Həmin qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qaradağ rayon prokurorluğuna göndərilməsi, çıxarılmış qərar barədə işdə maraqlı tərəflərə məlumat verilməsi və qərarın surətinin X3 və Şəxs barəsində İXM-nin 206-cı maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün Qaradağ RPİ-nin 38-ci PB-na həvalə edilməsi, materialın saxlanılması üçün Qaradağ RPİ-nin 38-ci PB-nın arxivinə təhvil verilməsi qərara alınmışdır. O, öz izahatında protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahat verərək bildirmişdir ki, Zərdab şəhəri, 21 saylı qəsəbə, ev 23, mənzil 7 ünvanında qeydiyyat olmaqla ünvan 2i evdə yaşayır, subaydır, Sahil qəsəbəsində yerləşən kafelərin birində ofisiant işləyir. Əvvəllər bir neçə dəfə narkotik maddə olan marixuanadan istifadə etmişdir. 13 mart 2023-cü il tarixdə, saat 00:30 radələrində ünvan 3 ünvanı yaxınlığında tanışı X4 internet vasitəsilə aldığı marixuananı çəkib qurtardıqdan sonra uca səslə danışarkən polis əməkdaşları onlara yaxınlaşmışlar. Orada nə üçün dayandıqlarını soruşmuşlar. Onlar isə söhbət zamanı narkotik vasitə qəbul etdiklərini etiraf etmişlər. Nəticədə polis əməkdaşları onları bölməyə dəvət etmişlər. Bölmədə onların narkotik qəbul edib-etmədiklərini müəyyənləşdirmək məqsədilə narkoloji dispanserə aparmaq qərarına gəlmişlər. Həmin dispanserdə müayinə zamanı isə onların narkotik vasitə qəbul etdiyi faktı aşkarlanmışdır. O, öz izahatında səhvini başa düşdüyünü, törətdiyi əməldən peşiman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X11 Ambulator X1 06 aprel 2023-cü il tarixli, 1934 nömrəli rəyindən aydın olur ki, müayinə zamanı Şəxs kannabioidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəsətliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsində göstərilir ki, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-653/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-653/2023
10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver