Məhkəmə qərarları › İş №3(002)-656/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-656/2024

15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-656/2024 15.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nın polis sahə inspektoru, polis baş leytenantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakıları ilə, xx xxxxxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə rəisi, polis baş leytenantı X6 tərəfindən X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 15 fevral 2024-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Tətib edilmiş protokoldan aydın olur ki, X1 Samir Hümbət oğluna məxsus Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi yeni massivdə tikilməkdə olan evdən 7 dikt taxta, çəkic və mismar oğurlamışdır. Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə inspektoru, polis baş leytenantı X6 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, vətəndaş X10 09 yanvar 2024-cü il tarixdə 10-cu PŞ-na müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi yeni massivdə tikilməkdə olan evdən ona məxsus 7 dikt taxta, vedrə, bel, çəkic və mismar oğurlanmaqla ona qarşı xırda talama hadisəsinin törədildiyini bildirmişdir. Araşdırma nəticəsində həmin hadisəni törədən şəxsin X5 olduğu müəyyən edilmiş, sonuncu polis şöbəsində izahat verərək törətdiyi əməli etiraf etmişdir. Bütün qeyd etdiklərinin nəzərə alınaraq sonuncu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs X5 özünü təqsirli bilərək törətdiyi əməli etiraf etmiş, zərərçəkmiş şəxsə dəyən ziyanı ödəmək istədiyini bildirmişdir. Odur ki, iş üzrə inzibati materiala xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, daxil olmuş materialı və inzibati xəta haqqında protokolu nəzərdən keçirib hesab edirki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı zərərçəkmiş şəxs X7 məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Bununla da işin xüsusatları, o cümlədən zərərçəkmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçi olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, şəxsin inzibati qaydada tutulması haqqında protokolda inzibati xətalar qanunvericliyinin tələbləri kobud şəkildə pozulmaqla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs X2 inzibati qaydada tutulmadan azad edilməsinin ayı və ili göstərilsə də gün və saat qeyd edilməmişdir. Bundan başqa qeyd olunan hadisə ilə bağlı araşdırmanın aparılıb-aparılmamasına dair hər hansı bir sübut əlavə olunmamışdır. Bundan başqa, iş materiallarına əlavə edilmiş 15 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol İXM-nin tələbləri kobud şəkildə pozulmaqla inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, protokol qəbul edilərkən şəxsin iştirak edib-etməməsi, törədilmiş inzibati xəta nəticəsində vurulmuş ziyanın məbləği, onun hüquq və vəzifələrinin izah edilməsi, (inzibati xətanın törədilməsinin hansı sübutlarla müəyyən edilməsi və sair bir çox halları) müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Azərbaycan Respublikası İXM-nin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən və İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan yenidən araşdırılması məqsədilə Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi 10-cu Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar