Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-657/2024 15.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə rəisi, X5, Zərərçəkmiş şəxs X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1972-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, evli, Ağdam rayonu, Sarıcalı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, xx.xx.2024-cü il tarixdə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 5B-nin arxasından Mercedes Benz markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobildən 170 manatlıq videoregistrator, 50 manat pul, qiyməti 60 manat olan nokia markalı mobil telefon və yaddaş fləş kartı oğurlanması barədə məlumat verilmişdir. Verilmiş məlumatla bağlı araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında qərar olunmuşdur. Bu səbəbdən 10-cu Polis Şöbəsinin sahə inspektoru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə inspektoru X6 çıxış edərək bildirmişdir ki, vətəndaş Şəxs əməlində cinayət tərkibi olmadığından xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanması rədd edilmiş, bundan sonra izahatı alınmış və törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilmişdir. Hazırda zərərçəkmiş şəxslə barışdığını, ona vurulmuş maddi ziyanın tərəfindən tam olaraq ödənildiyini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan əlavə verilmiş suala cavab olaraq bildirmişdir ki, hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı olmadığından vəkildən imtina edir, bu, onun maddi vəziyyəti ilə bağlı deyildir, heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 izahatında bildirmişdir ki, hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Odur ki, Şəxs qarşı heç bir tələbi, şikayəti yoxdur. Göstərilən halları nəzərə alaraq, Şəxs barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materialında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə, cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materialında olan Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin rəisi Sabir Həsənova ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, ünvan 2 ünvanında kirayədə yaşayan X3 xx.xx.2023-cü il tarixdə “102” xidməti zəng mərkəzinə məlumat, Qaradağ RPİnin 10-cu PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 00:30-da baş etibarnamə ilə idarə etdiyi "Mercedes Benz" markalı ** OP *** dövlət qeydiyyat nişanlı avtomobili kirayədə yaşadığı binanın arxa tərəfində yerləşən, işləməyən mağazanın qarşısında saxlamış və xx.xx.2023-cü il tarixdə səhər saat 07:30-da işə getmək üçün avtomobilə yaxınlaşarkən arxa sağ yan şüşədə olan nəfəslik, oval formalı şüşənin sındığını və avtomobilin salonundan 170 manata aldığı videoregistratorun, 50 manat pulun, 60 manata aldığı nokia markalı mobil telefonun və 01 ədəd yaddaş həcmini dəqiq bilmədiyi fləş kartın oğurlandığını aşkar etmişdir. X3 müraciətinin sonunda oğurluq etmiş şəxsi müəyyən edib barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. X2 müraciəti xx.xx.2023-cü il tarixdə 10-cu PŞ-nin "Törədilmiş və hazırlanan cinayətlər barədə ərizə və məlumatların qeydiyyatı kitabında HK-1- 4002 saylı nömrə ilə qeydə alınaraq icraata daxil olmuşdur. X2 ərizə və izahatında göstərilən xüsusatlarda talanmış əmlakın ümumi dəyəri 280 (iki yüz səksən) manat təşkil etdiyi üçün, əməli törətmiş naməlum şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin tərkibi yaranmadığı üçün cinayət işinin başlanması rədd edilməsi və hadisəni törədən şəxs(lər)in müəyyən edilərək Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibinin olduğu müəyyən edilmişdir. Qəbul edilmiş qərarın surətini təqdim etməklə hadisəni törədən şəxsin müəyyən edilərək Azərbaycan Respublikası İXM-nin 227ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə göstəriş verilmişdir. Zərərçəkmiş şəxs X3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmiş, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, zərərçəkmiş şəxs X1 ilə barışmış və ona qarşı heç bir şikayət, tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışdığı üçün onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 53, 114-117, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39-cu maddəsi tətbiq edilməklə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində apelyasiya şikayəti verilə bilər. Hakim Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-657/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-657/2024
15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver