Məhkəmə qərarları › İş №3(002)-658/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-658/2024

28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-658/2024 28.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızınun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Azərbaycan Respublikasının X4 Bakı Şəhər Reklam İdarəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair toplanmış inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, ünvan 1 ünvanında xx.xx.2024-cü il tarixdə saat 11:35-də “X9 yuma” adlı obyektin üzərində müvafiq icazə olmadan reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Bununla da, vəzifəli şəxs X5 Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının X4 Bakı Şəhər Reklam İdarəsinin nümayəndəsi X6 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, ünvan 1 ünvanında xx.xx.2024-cü il tarixdə saat 11:35-də “X9 yuma” adlı obyektin üzərində müvafiq icazə olmadan reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Bununla da, vəzifəli şəxs X5 Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Müvafiq olaraq xx.xx.2024-cü il tarixdə müfəttişlər tərəfindən akt tərtib edilmiş, həmin akt əsasında yazılı göstəriş göndərilmiş və göstərişin çatdırılması ilə bağlı qəbz iş materiallarına əlavə edilmişdir. X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 izahatında bildirmişdir ki, inzibati xəta ilə bağlı tərtib edilmiş protokolda sözügedən obyekt nə onun mülkiyyətində, nə də ki istifadəsində deyil və olmamışdır. Belə ki, inzibati xəta haqqında protokolda qeyd olunan, onun adına qeydə alınmış vergi ödəyicilərin eyniləşdirmə nömrəsi (VÖEN)-nin ünvanı həmin obyektlə eynilik təşkil etmir. Odur ki, həmin obyektin ona məxsus olmadığını, onun istifadəsində olmadığını, sadəcə digər vətəndaşlarla bərabər oraya gəlib-gedən şəxslərdən biri olduğunu nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, həmçinin inzibati xəta haqqında protokolu və digər materialları nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, vəzifəli şəxs X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında xx.xx.2024-cü il tarixdə saat 11:35də “X9 yuma” adlı obyektin üzərində müvafiq icazə olmadan reklam yerləşdirilməsi faktı aşkar edilmişdir, bununla da, Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin protokol X1 iştirakı ilə tərtib edilmiş, lakin o, protokolu imzalamaqdan və onun surətini almaqdan imtina etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Reklam İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 15:40-da ünvan 1 ünvanında “X9 yuma” adlı obyektin üzərində müvafiq icazə olmadan 8 ədəd sahəsi 14,35 m2 reklam daşıyıcısı yerləşdirilməsi faktı aşkar edilmişdir. İş materiallarında olan 1 ədəd CD diskə əlavə olunmuş və X4 Bakı Şəhər Reklam İdarəsinin nümayəndəsi X6 tərəfindən qeydə alınmış görüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 inzibati xəta hadisəsi baş vermiş obyektlərin ona məxsus olmadığını bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli göstərişdən görünür ki, fərdi sahibkar X3 icrası məcburi olan göstərişi aldığı vaxtdan 5 gün ərzində açıq məkanda reklam yerləşdirilməsnə icazə alınması üçün Bakı şəhəri Reklam İdarəsinə müraciət etməsi və ya icazəsiz reklam yayımını dayandırması tələb olunmuşdur. İş materiallarında olan qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixli göstərişin surəti qəbul etməkdən imtina edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi portalından vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair bölməsinin çıxarışından görünür ki, X3 məxsus ********** nömrəli VÖEN mövcuddur. Lakin, qeyd olunan bu hal həmin obyektin X3 məxsus olmasına və ya onun istifadəsində olmasına əsas vermir. İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqan həmin obyektin X3 aid olmasını təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokol, səlahiyyətli orqanın nümayəndəsinin izahatı, eləcədə inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın X5 tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və törədilməsi ehtimal edilən inzibati xəta hadisəsinə aidiyyəti müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı protokolda qeyd olunan tarixdə ünvan 1 ünvanında yerləşən “X9 yuma” adlı obyektin barəsində inzibati icraat aparılan şəxsin istifadəsində və sahibliyində olmadığı aşkar olunmuşdur. Belə olan təqdirdə X1 idarə etmədiyi obyektdə icazəsiz reklam yayımını dayandırması ağlabatan olmamaqla yanaşı xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda əks olunan halların X5 tərəfindən törədilməsi məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Bu hal isə sonuncunun hərəkətlərində İXM-in 428.7.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğunu istisna edir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan hərəkətlərin X5 tərəfindən törədilməsi sübuta yetirilmədiyindən, habelə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 428.7.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar