Məhkəmə qərarları › İş №3(002)-660/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-660/2024

17.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-660/2024 17.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1981-ci ildə Ucar rayonu, Qaracallı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Şəxs barəsində Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə rəisi, polis kapitanı X4 tərəfindən 17 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsindən daxil olmuş 17 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 22.30 radələrində sərxoş vəziyyətdə 10-cu PŞ-nə daxil olaraq orada olan əməkdaşları nəlayiq sözlərlə söymüş, polis işçilərinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamış və ictimai qaydanı pozmaqla xırda xuliqanlıq hərəkətləri törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş 10-cu PŞ-nin sahə rəisi, polis kapitanı X4 çıxış edərək bildirdi ki, 16 fevral 2024-cü il tarixdə saat 21:53 radələrində Daxili İşlər Nazirliyinin 102 xidməti-zəng mərkəzi sistemindən daxil olmuş ********** saylı məlumata əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qurbanov küçəsi, ev 15-də yaşayan Şəxs zəng edərək 10-cu PB-ni və Niyaməddin adlı şəxsi yandıracağı barədə məlumat vermişdir. Bu barədə dərhal əməliyyat qrupunun üzvüləri tərəfondən M.Neymanovun istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlanılmış Şəxs özü Polis Şöbəsinə yaxınlaşdığını bildirmişdir. Şəxs polis şöbəsinə daxil olan polis əməkdaşlarına yüksək səslə nalayiq ifadələr işlətməyə başlayaraq, polisin qanuni tələblərinə məhəl qoymayıb 10-cuu Polis Şöbəsinin iş rejimini ciddi şəkildə pozmuşdur. T.X1 zaman aydın şəkildə sərxoş olması müşahidə olunmuş və bu səbəbdən onun sərxoşluğunun dərəcəsi təyin olunması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə göndərilmişdir. 16 fevral 2024-cü il tarixli, 218806 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoluna əsasən Şəxs orta dərəcəli sərxoşluq aşkar edilmişdir. Odur ki, inzibati xəta törətmiş şəxsin inzibati qaydada tənbeh edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs inzibati pozuntuya yol verdiyini, əməlindən səmimi peşman olduğunu bildirərək, məhkəmədən barəsində inzibati həbslə bağlı olmayan tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış inzibati materialı nəzərdən keçirərək və izahatları dinləyərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta öz təsdiqini tapmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 16 fevral 2024-cü il tarixdə saat 21:53 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qurbanov küçəsi, ev 15-də yaşayan Şəxs Daxili İşlər Nazirliyinin 102 xidməti-zəng mərkəzi sisteminə zəng edərək 10-cu PB-ni və Niyaməddiin adlı şəxsi yandıracağı barədə məlumat vermişdir. Həmin tarixdə qeyd edilən məlumat 10-cu PŞ-nin törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında 496 nömrə ilə qeydiyyata alınaraq müvafiq araşdırma aparılmışdır. Həmçinin Şəxs polis şöbəsinə gələrkən onun üzərində hər hansı bir yandırıcı maye, alışqan və tez alışan maddə olmamış, o cümlədən polis şöbəsini yandırmağa cəhd etməmişdir. Belə olan halda toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmişdir. Lakin Şəxs polisin ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamış və ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin etni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran hal kimi isə səlahiyyətli şəxsin hüquqazidd hətrəkəti dayandırmağı tələb etdiyinə baxmayaraq, inzibati xətanı törətmiş şəxsin bu hərəkəti davam etdirməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli 17 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs müddətinin əvvəli 17 fevral 2024-cü il tarixdən hesablansın. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar