Məhkəmə qərarları › İş №3(002)-661/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-661/2020

14.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-661/2020 14.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Bakı Baş Gömrük İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə m ü ə yyə n etd i: X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara və inzibati xəta haqqında protokola əsasən, Xüsusi gömrük prosedurları şöbəsindən daxil olmuş 34/012/010133 saylı xx.xx.2020-ci il tarixli raportda qeyd edilən ünvan 1 ünvanında qeydiyyatda olan X2 tərəfindən 1 ədəd kafel-metlax yapışdırıcılarının istehsalı üçün avadanlıqlar dəsti yükü **********2156 sorğu nömrəli xx.xx.2017-ci il tarixli gömrük bəyannaməsi ilə, 1 ədəd kafelmetlax vapışdırıcıları üçün laboratoriya avadanlıqları yükü **********2157 sorğu nömrəli, xx.xx.2017-ci il tarixli gömrük bəyannaməsi ilə, 4 ədəd qara metaldan qum və sement saxlamaq üçün çənlər yükü, 1 ədəd yükləyici yükü **********2159 sorğu nömrəli xx.xx.2017-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2018-ci il tarixədək 1 (bir) il müddətinə müvəqqəti ixrac gömrük proseduranda rəsmiləşdirilmişdir. Sonuncu dəfə sözügedən yüklərin müvəqqəti ixrac müddəti 24/M1/005727 saylı xx.xx.2019-cu il tarixli ərizə əsasında 1 (bir) il müddətinə uzadılmışdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 130-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxxxx 2013-cü il tarixli, 244 nömrəli qərarına əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 (iyirmi dörd) aydan çox olmamaq şərtilə müəyyənləşdirilir və bu müvəqqəti 12 aya qədər uzadıla bilər. Lakin, müvəqqəti ixrac müddətinin xx.xx.2020-ci il tarixdə bitməsinə baxmayaraq **********2156, **********2157, **********2159 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar X2 tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılmamış və ya digər gömrük prosedurunda rəsmiləşdirilməmişdir. Bildiririk kı, **********2156 sorğu nömrəli gömrük bəyannaməsində qeyd edilən yükünümumi dəyəri 121483.98 manat, **********2157 sorğu nömrəli gömrük bəyannaməsində qeyd edilən yüklərin ümumi dəyəri 2586.60 manat, **********2159 sorğu nömrəli gömrük bəyannaməsində qeyd edilən yüklərin ümumi dəyəri 5259.42 manat, ümumilikdə isə 3 bəyannamə üzrə müvəqqəti ixrac proseduru altında yerləşdirilmiş malların ümumi dəyəri 129330 (yüz iyirmi doqquz min üç yüz otuz) manat təşkil edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 izahatında bildirmişdir ki, niyyətimiz alqı-satqı olub, son vaxta kimi qarşı tərəf imtina etməmişdir. Mən vergidən sənədi aldıqdan sonra qarşı tərəf pulu ödəməkdən imtina etmişdir, bu səbəbdən də 2020-ci il yanvar ayında Gürcüstanda vəkilə müraciət etmişəm. Pandemiyaya gğrə məhkəmələr may ayının 21-ə qədər işləri dayandırmışdır. Hal-hazırda iş məhkəmənin icraatındadır. İnzibati xəta haqqında protokolu tərtib edənAzərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onların nümayəndəsi, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında materiala inzibati xəta haqqında protokolu tərtib edənşəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında materialı araşdıraraq məhkəmə hesab edir ki, X2 inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə hesab edirki, X2 tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsinə əsasən, aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələri müsadirə edilir, yaxud vətəndaşlar həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir və ya Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. Məhkəmədə müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş X2 qaytarılması məcburi olan malları Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarmamışdır, bununla da qeyd edilən hərəkətlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsilə düzgün tövsif edilmişdir və barəsində həmin maddə ilə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat zamanı toplanmış sənədləri tədqiq edərək hesab edir ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.2ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin malların dəyərinin, yəni 129330 (yüz iyirmi doqquz min üç yüz otuz) manat məbləğinin 70 (yetmiş) faizi miqdarında, yəni 90531 (doxsan min beş yüz otuz bir) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar