Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-664/2022 06.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X4, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X7, borclu Şəxs barəsində 06 iyun 2022-ci il tarixli MN ******* saylı protokol tərtib edərək, Qaradağ rayon məhkəməsinin 2(002)-3543/2021 saylı, 30 noyabr 2021-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X7 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon məhkəməsinin 2(002)-3543/2021 saylı, 30 noyabr 2021-ci il tarixli icra vərəqəsiniə əsasən 10 sentyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üşün 27 oktyabr 2021-ci il tarixdən başlayaraq cavabdeh Şəxs qazanc və başqa gəlirlərinin dördə bir hissəsi miqdarında və əlavə olaraq hər ay bir uşağa görə 67 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. İcra vərəqəsi icraata daxil olduqdan sonta tələbin könüllü icrası haqqında bildirişlə birlikdə cavabdehə göndərilmiş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borclu indiyədək aliment borcundan cəmi 378 manat ödəniş etmiş, 1454 manat aliment borcu isə qalmaqdadır. Odur ki, borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X8 öz izahatında bildirmişdir ki, icra vərəqəsi qüvvəyə minəndən bu günədək borclu cəmi üç dəfə aliment ödənişi etmişdir. O, bunun kifayət etmədiyini və Şəxs barəsində həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında bildirmişdir ki, icra vərəqəsindən məlumatı vardır. Əvvəllər məktəbdə müəllim işləmiş, daha sonra işdən çıxarılmış və nəticədə aliment borcunu ödəyə bilməmişdir. O öz izahatında daha sonra X3 könüllü olaraq iştirak etdiyini və buna görə təltif olunduğunu da bildirmişdir. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmədiyini və heç bir işlə məşğul olmamaqla hər hansı bir qazanca da malik olmamasını, lakin buna baxmayaraq bu ayın sonuna qədər 150 manat ödəniş dəcəyini, qısa müddətdə yaranmış aliment borcunu ödəmək niyyətində olduğunu bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs yaranmış aliment borclarından xəbəri olmaqla icra sənədini tam icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün şəxsi etirafı və inzibati xəta haqqında tərtib edilmiş 06 iyun 2022-ci il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Həmin Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları, o cümlədən Şəxsnın ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, hal-hazırda rəsmi heç bir yerdə işləməməklə müvafiq gəlirə malik olmamasını və aliment borcundan müəyyən ödənişlər etməklə yaranmış aliment borcunu qısa müddətdə ödəməsinə söz verməsini nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-664/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-664/2022
06.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver