Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-664/2024 28.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X1 iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bundan sonra - ("xxxx" MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Qaradağ Rayon Məhkəməsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş üzrə EP ******* saylı, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, "Xocasən" gömrük postundan daxil olmuş 3-33-1100/027/003565 nömrəli xx.xx.2024-cü il tarixli raporta əsasən İran İslam Respublikasından AZ1089 ünvan 1 ünvanında qediyyatda olan "xxxx" MMC-nin adına daxil olmuş 41AB187/41AB188 nömrə nişanlı yük nəqliyyat vasitəsində idxal edilmiş və Xocasən gömrük postunda **********0550 nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yükə xx.xx.2024-cü il tarixdə Bakı Baş Gömrük İdarəsinin "Xocasən" gömrük postunda gömrük yoxlaması həyata keçirilmişdir. "xxxx" MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********0550 nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində brutto çəkisi 3480 kq, netto çəkisi 3137 kq, 4 palet/485 yer olmaqla "Xiyar" yükü, 2-ci mal mövqeyində brutto çəkisi 8145 kq, netto çəkisi 7173 kq, 1944 yer olmaqla "Bibər" yükü, 3-cü mal mövqeyində brutto çəkisi 8886 kq, netto çəkisi 7588 kq, 6 palet/1640 yer olmaqla "Badımcan" yükü bəyan edildiyi halda, faktiki 1-ci mal mövqeyində brutto çəkisinin 10256 kq, netto çəkisinin 9643 kq, yer sayının 12 palet / 1132 karton qutu, 2-ci mal mövqeyində brutto çəkisinin 7770 kq. netto çəkisinin 6567 kq, yer sayının 1780 plastik yeşik, 3-cü mal mövqeyində brutto çəkisinin 3230 kq, netto çəkisinin 2931 kq, yer sayının 300 karton qutu olduğu aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə görə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi inzibati xəta tərkibi yaradır. İş materiallarına əlavə edilmiş **********0550 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, "xxxx" MMC tərəfindən həmin bəyannamə üzrə brutto çəkisi 3480, netto çəkisi 3137 kq xiyar, brutto çəkisi 8145, netto çəkisi 7173 kq bibər və brutto çəkisi 8886, netto çəkisi 7588 kq badımcan bəyan edilmişdir. Nəticə olaraq xiyar yükündən netto çəki olaraq 6506 kq artıqlıq olmuşdur və bununla da xiyar yükü gömrük orqanına düzgün bəyan edilməmişdir. İş materiallarına əlavə edilmiş EBDY seriyalı 333177 nömrəli və EBDY seriyalı 332317 nömrəli elektron qaimə-faktura sənədlərindən görünür ki, 1 kq xiyar yükünün qiyməti 2.96 manat təşkil edir. Buna əsasən də 6506 kq xiyar yükünün ümumilikdə qiyməti 19257.76 (on doqquz min iki yüz əlli yeddi manat yetmiş altı qəpik) manat müəyyən edilir. Bununla da, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, hüquqi şəxs "xxxx" MMC tərəfindən gömrük orqanına düzgün bəyan edilməyən 6506 kq xiyar yükünün ümumilikdə qiyməti 19257.76 (on doqquz min iki yüz əlli yeddi manat yetmiş altı qəpik) manat təşkil edir. Beləliklə, ümumilikdə orta bazar qiyməti 19257.76 manat olan 6506 kq xiyar yükünün gömrük ərazisinə düzgün bəyan edilməməklə gətirilməsi faktına görə "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X2 izahatında bildirmişdir ki, sözügedən yükün çəkisindən məlumatlı olmamışdırlar. Belə ki, başqa bir hüquqi şəxsə çatası olan xiyar yükü səhvən "xxxx" MMC-yə məxsus yük maşınına yerləşdirilmişdir. Protokola etirazı yoxdur. Hüquqi şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə səlahiyyətli nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə tərəfin izahatlarını dinləyib, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən "xxxx" MMC barəsində daxil olmuş EP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolu və inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, ölkə ərazisinə gətirilən məhsullara dair bəyannamədə qeyd olunan çəki həmin məhsulun faktiki çəkisi ilə (netto) uyğunluq təşkil etməli və məlumat məhsul gömrük orqanına daxil olanadək verilməlidir. Lakin, hazırkı iş üzrə bəyannamədə qeyd olunan məlumatlar yanlış daxil edilməklə gömrük orqanına təqdim olunmuşdur. Məhkəmə "xxxx" MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbeh tətbiq edilməklə, hüquqi şəxs qismində inzibati xətanın bilavasitə obyekti olan malın dəyərinin 30 faizi miqdarında cərimə edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117 maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və hüquqi şəxs qismində inzibati xətanın bilavasitə obyekti olan malların ümumi dəyəri 19257.76 manatın 30 faizi həddində, yəni 5777 manat 33 qəpik məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-664/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-664/2024
28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver