Məhkəmə qərarları › İş №3(002)-665/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-665/2021

19.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-665/2021 19.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Şəxs etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Şəxs (bundan sonra-Şəxs MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ Rayon Məhkəməsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş üzrə 23 aprel 2021-ci il tarixli, 00100-- 0618/21 nömrəli protokoldan görünür ki, Astara rayonu, Ərçivan ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasının “X4 Foodstuffs CO. LTD” şirkətindən 10.03.2021-ci il tarixdə FW023WF/DD841O nömrə nişanlı yük avtomaşınının üzərində olan SEGU ******* nömrəli konteynerlə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********3208 sorğu nömrəli 11.03.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən 24700 kq şabalıd yükünə 11.03.2021- ci il tarixdə “Xocəsən” gömrük postunda gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı **********3208 sorğu nömrəli 11.03.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən 24700 kq şabalıd yükündən əlavə gömrük orqanına düzgün bəyan edilməyən, mal-müsayiət sənədlərində qeyd edilməyən 3160 kq şabalıd yükü aşkar edilmişdir. İnzibati xətanın bilavasitə obyekti olan 3160 kq şabalıd yükünün qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 1400-013/006- 22/002046 nömrəli 31.03.2021-ci il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək is üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən Bakı Bas Gömrük İdarəsinə daxil olmuş 9/1858 nömrəli 20.04.2021-ci il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş ÇXR məhsulu olan 1 kq şabalıd məhsulunun 10.03.2021-ci il tarixə olan orta bazar qiymətinin 4,00 manat, 3160 kq-nın isə ümumilikdə orta bazar qiymətinin 12640,00 (on iki min altı yüz qırx) manat olduğu müəyyən edilmişdir. Beləliklə də, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, Astara rayonu, Ərçivan ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən gömrük orqanına düzgün bəyan edilməyən 3160 kq şabalıd yükünün orta bazar qiyməti 12640,00 (on iki min altı yüz qırx) manat təşkil edir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə görə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsi, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləsdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikası Gömrük Məcəlləsinə uyqun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənsə ölkəsi barədə düzgün olmayan məlumatların göstərilməsi inzibati xəta tərkibi varadır. Beləliklə, 'Şəxs” MMC tərəfindən FW023WF/DD841Q nömrə nişanlı yük avtomaşınının üzərində olan SEGU ******* nömrəli konteynerdə idxal edilmiş və **********3208 sorğu nömrəli 11.03.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmiş malların netto çəkisinin gömrük orqanına düzgün bəyan edilmədiyi, nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 tərtib edilmiş protokola etiraz etmədiklərini bildirərək qeyd etmişdir ki, 10.03.2021- ci il tarixdə MMC-nin ünvanına Cin Xalq Respublikasının “X5 Foodstuffs CO. LTD” şirkətindən konteynerlə şabalıd yükü daxil olmuş, sözügedən mallar Bakı Baş Gömrük idarəsində 11.03.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, malların gömrük rəsmiləşdirilməsi həyata keçirilən zaman həmin mallara görə gömrük ödənişləri ödənildikdən sonra sənəd məmuru tərəfindən gömrük bəyannaməsi emal edilmiş, sonradan gömrük bəyannaməsi buraxılışa verilmiş, idxal edilən mallar “Şəxs" MMC və Çin Xalq Respublikasının “X5 Foodstuffs CO. LTD” şirkəti arasında bağlanmış 28.12.2020-ci il tarixli müqavilə əsasında sifariş edilmişdir. Tərəflər arasında razılaşmaya əsasən qarşı tərəfə ödənişlər mallar təhvil alındıqdan sonra 1 (bir) av müddətində həyata keçiriləcəkdir. Daxil olmuş 3160 kq artıq “şabalıd” yükünün olması barədə heç bir məlumatları olmamış, belə ki, sifariş edilərkən 1000 kisə şabalıd yükü sifariş edilmiş və yükün dəqiq çəkisi barədə məlumatları olmamış, idxal etdikləri yük qöndərilmis mal-müsaviət sənədləri əsasında rəsmiləşdirilmiş, mal-müsaviət sənədlərində malın çəkisi 24700 kq qeyd edildiyindən 11.03.2021-ci il tarixli gömrük bəyannaməsində malın çəkisi 24700 kq bəyan edilmişdir. Göstərilənləri və inzibati xəta hadisəsinin qəsdən törədilməməsi nəzərə alınaraq məhkəmədən təmsil etdiyi hüquqi şəxsin barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3 və 112.4-cü maddələrinə əsasən səlahiyyəti orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 11 mart 2021-ci il tarixli yoxlama haqqında protokoldan görünür ki, gömrük yoxlaması zamanı Çin Xalq Respublikasından Astara rayonu Ərçivan kəndində qeydiyyatda olan Şəxs MMC-nin adına FW023WF/DD841O dövlət nömrə nişanlı avtomaşın ilə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********3208 saylı, 11.03.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilərək rəsmiləşdirilmiş yükə gömrük yoxlanılması keçirildi. Baxış zamanı a/m-da **********3208 saylı gömrük bəyannaməsində bəyan olunan mallardan əlavə bəyan olunmayan netto çəkisi 3160 kq təzə qabıqlı şabalıd yükü aşkar edilmişdir. **********3208 sorğu nömrəli 11.03.2021-ci il tarixli Gömrük bəyannaməsindən görünür ki, bəyannamənin 31-ci qrafasına əsasən Şəxs MMC tərəfindən idxal edilmiş təzə qabıqlı şabalıd yükü 24700,00 kq olmaqla bəyan edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 20.04.2021-ci il tarixli 9/1858 saylı ekspertiza rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş Çin Xalq Respublikası məhsulu olan 1 kq şabalıd məhsulunun 10.03.2021-ci il tarixə orta bazar qiyməti təxminən 4.00 manat, 3160 kq-nın qiyməti isə 12640.00 manat müəyyən edilir. Tədqiqatın dəyəri 100 manat təşkil edir. Protokolun surəti 23 aprel 2021-ci il tarixli, 1400-013/006-24/002632 nömrəli məktubla Şəxs MMC-nin qeydiyyatda olduğu Astara rayonu Ərçivan kəndinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, inzibati iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat ekspertiza xərci Şəxs MMC-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117 maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və hüquqi şəxs qismində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 40 faizi miqdarında, yəni 5056 (beş min əlli altı manat) manat məbləğində cərimə edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat ekspertiza xərci «Şəxs » MMC-dən tutularaq dövlət nəfinə keçirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar